Şəlalə Camal - Soruşdunmu necəyəm?

Poeziya
Şəlalə Camal - Soruşdunmu necəyəm?
Soruşdunmu necəyəm?
Elə sındı qanadım
Qorxaq, ürkək sərçəyəm...
Soruşdunmu necəyəm?
Hər şeyi deyəcəyəm
Sən xoşbəxt görünürsən,
Ya mənmi sevincəyəm?!
Soruşdunmu necəyəm?
Necə keçir günlərim?
Mən bu Yer kürəsində,
Vallah dustaq kimiyəm.
Soruşdunmu necəyəm?
Bir az ölü kimiyəm,
Qisası almaq üçün,
Mütləq diriləcəyəm.
Mövzuya uyğun linklər:
Nizami Bayramlı - Cabbar Çətinin poetik məhkəməsi: məsumluğun dağıdılmış mifologiyası
ŞvartsMan (Tamerlan) - Nikahdan kənar münasibətlər (hekayə)
Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”
Mətanət Teymurlu- Tarixlə Əfsanənin Kəsişdiyi Qadın
Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr