Feyruz Muradov - Alqışların sukutu
Həyatda elə adamlar olur ki, onlar özlərinə sənət qazana bilirlər , ev də alırlar. Lakin onlar özlərinə şəxsi həyat qura bilmirlər. Bu səbəbdən belə
adamlar öz sevgilərini ya bacıl və qardaşlarının övladlarına verirlər ya da hansısa parlaq , nəzərəıçarpan məşhur bir şəxsin pərəstişkarna çevrilirlər.Bütün həyatlarının mənasını ona xidmət etməklə keçirirlər.Əsli də belə adamlardan biri idi.
Əslinin şəhərin mərkəzindəki ikiotaqlı mənzilinin işıqları hər səhər saat altıda yanırdı. O,
Politexnik İnstitutualınun məzunu idi – rəqəmlərin, mühəndislik dəqiqliyinin və nizamın adamı. İndi
isə Sənaye-Yeyinti Texnikumunda dərs hissə müdiri vəzifəsində çalışırdı. Tələbələr və müəllim
heyəti arasında onun adı gələndə hamı özünə düzən verirdi. Əsli savadlı, prinsipial və son
dərəcə tələbkar bir müəllimə idi. Heç bir tələbə onun fənnindən oxumadan keçə bilməzdi, amma
eyni zamanda hamı bilirdi ki, o, həm də texnikumun ən ədalətli insanıdır.
Zahirən Əsli klassik mənada gözəl və zərif bir qadın deyildi. Xroniki xəstəliyin gətirdiyi
həddindən artıq arıqlıq bədənini zəif salmışdı. Ən nəzərəçarpan qüsuru isə gözlərindəki yüngül
çəplik idi. Uşaqlıqdan bəri insanların onun baxışlarından qaçması, qohumlarının acıyan ifadələri
onun daxilində böyük bir müdafiə mexanizmi yaratmışdı. Üstəlik, Əsli bir qədər kişiyəbənzər,
sərt davranışlı qadın idi. Ağır gedişi, qətiyyətli jestləri, sözü birbaşa üzə deməyi və rəsmi tərzi
onun bu "dəmir qadın" obrazını tamamlayırdı. O, qadın zərifliyi ilə deyil, mühəndis mətanəti ilə
yaşayırdı.
Tələbə vaxtı həyatında ilk və son dəfə birini sevmişdi. İnstitut illərində bəyəndiyi bir oğlan var idi.
Lakin aparılan tibbi müayinələrdən sonra həkimlər Əsliyə qəti və amansız bir hökm
oxumuşdular: Xəstəliyinə görə ona ailə qurmaq və övlad dünyaya gətirmək qətiyyən olmazdı. Bu
acı həqiqəti öyrənən, onsuz da Əslinin zahiri görünüşünə, gözlərindəki çəpliyə və sərt
davranışlarına görə tərəddüd edən o oğlan, tibbi qadağanı bəhanə edərək ondan uzaqlaşdı. O
gündən sonra Əsli bir daha heç kəsi həyatına buraxmadı. Doğmadığı övladların sevgisini hər
gün auditoriyada qarşısında oturan tələbələrinə verdi.
Öz övladı olmadığı üçün Əsli illərdir qardaşı uşaqlarına hər cür maddi və mənəvi köməklik
edirdi. Maaşını, imkanlarını onların təhsilinə, gələcəyinə xərcləyir, içindəki analıq boşluğunu bu
yolla doldurmağa çalışırdı. Lakin qohumları onun bu fədakarlığını sadəcə bir vərdiş kimi görür,
gizlicə isə onun mərkəzdəki mənzilinə və təkliyinə göz dikirdilər. Onların bu riyakar və mənfəət
güdən münasibətini hiss etdikcə Əslinin ürəyi getdikcə soyuyurdu.
Lakin onun gizli bir dünyası var idi. O, illər öncə rayondan Bakıya gəlmiş, öz istedadı ilə böyük
məşhurluq qazanaraq Fəxri ad almış Ofeliya adlı bir qadın müğənninin böyük pərəstişkarı idi. Səhnədə
minlərlə insanın alqışladığı o qadının şəxsi həyatı tamamilə uğursuz olmuşdu. Uğursuz bir
evlilikdən tək bircə qızı qalmışdı.Əsli Operada Ofelyanın iştirakı ilə keçən tamaşalara tez-tez gedirdi. Onun səs yazılarını həvəslə dinləyirdi. Ofelyanın yanıqlı səsi qəlbinin dərinliklərinə yol açırdı.
Bir dəfə tamaşadan sonra Əsli cəsarət edib bir dəstə gül ilə Ofelyaya yaxınlaşdı. Gül dəstəsini təqdim edib onun sənətinin pərəstişkarı olduğunu bildirdi.Müğənni qadın ona təşəkkürünü bildirib gül dəstəsini aldı.O andan Əsli bu müğənnidə başqalarında görmıdiyi bir sadəlik , səmimiyət olduğunu duydu.
Bir dəfə növbəti tamaşadan sonra Ofelya Əslini evinə dəvət etdi.O şəhərin mərkəzində yaşayırdı.Anası tək qalmasın deyə rayondakı ailələrini qoyaraq Ofelyanın yanına şəhərə gəlmişdi.Əsli onunla da tanış oldu.Beləliklə aralarında olduqca yaxın , səmimi münasibət yarandı ki, sanki Əslinin həyatında yeni,daha həyacanlı,daha təlatümlü bir səhifə açılırdı. Onunla rəfiqə olması Əslinin həyatındakı ən böyük qürur fəsli idi. Əsli artıq tez-tez müğənninin evinə qonaq gedirdi. O parlaq, sənət qoxulu evdə onu sadəcə bir qonaq kimi deyil ən yaxın, ən doğma adam kimi qəbul edirdilər. Bu qapının onun üzünə daim açıq olması, Əslinin illərdir sındırılmış daxili inamını yenidən dirçəldirdi.
Lakin bir gün müğənni qadının rayondakı bacısından gələn acı bir xəbəri hər şeyi dəyişdi. Onun rayonda yaşayan kiçik bacısı İradə ailəsi ilə yola gedə bilmədiyindən boşanmaq qərarına gəlmişdi. Bu
ayrılıq çox ağrılı olmuşdu; İradə boşanarkən böyük qızını atasının yanında qoymağa məcbur
qalmış, özü ilə isə 6-7 yaşlarında olan balaca qızını götürmüşdü. İradə də büyük bacısı
kimi müğənni olmaq xəyalı ilə, qucağında körpəsi ilə Bakıya pənah gətirmişdi. Məşhur müğənni
bacısının istedadına güvənir və ona səhnəyə gəlməkdə köməklik edə bilərdi. Amma ən böyük
problem İradənin və o balaca qızcığazın Bakıda harada yaşayacağı idi. Müğənninin evinə hər
gün sənət dostları, rəfiqələri gəlib-gedirdi, İradə uşaqla orada uzun müddət qala bilməzdi.
Məhz bu gərgin günlərin birində Əsli İradə ilə tanış oldu. İradə zahirən çox yaraşıqlı, daxilən isə
inanılmaz dərəcədə cəsarətli və uğur qazanmağa can atan enerjili gənc bir qadın idi. Onun bu
əzmi və cəsarətliliyi elə ilk görüşdən Əslinin çox xoşuna gəldi. İradənin və balaca qızının yer
problemini həll etmək üçün Əsli heç tərəddüd etmədən öz mərkəzdəki ikiotaqlı mənzilinin
qapılarını onlara açdı və onları evinə dəvət etdi. İradə 7 yaşlı balaca qızı ilə birlikdə birdəfəlik Əslinin evində məskunlaşdılar.
Böyük bacısının dəstəyi ilə İradə tezliklə büyük uğurlar qazanmağa başladı. O, əvvəlcə konsert
birliyinin solisti oldu. Tamaşaçılar onun çıxışlarını çox bəyənir, sürəkli alqışlayırdılar. Bir müddət
sonra isə şəhərdə çox məşhur olan ansambllardan birinin əsas solisti kimi fəaliyyətə başladı.
İradə öz üzərində durmadan çalışır, sənət pillələrini sürətlə dırmaşırdı. Çox keçmədi ki, bir-iki il
ərzində o, Bakıda istedadlı bir müğənni kimi tanınmağa başladı. Artıq onu tez-tez televiziyada
da çıxış etməyə çağırırdılar. İradənin mavi ekrandakı hər çıxışı, hər yeni nəğməsi onun şöhrətini
daha da artırırdı.Bunları görən Əsli onunla fəxr etməyə başlayırdı. Onun hər bir televiziyadakı çıxışını sonsuz həvəslə izləyirdi .Az qala onun hər uğuruna öz uğuru kimi sevinirdi. O, İradəni daha heç vaxt gözündən kənara buraxmayacağını qət etmişdi.
Bu addım Əslini illərdir çiyinlərini çökdürən o amansız təklikdən tamamilə xilas etdi. Evə gələndə
onu qarşılayan bir nəfəsin, ən əsası isə o balaca qızcığazın şirin gülüşlərinin, qaçışlarının
olması Əslinin dünyasını dəyişmişdi. Tibbi qadağalara görə heç vaxt övlad qoxusu duya
bilməyən o sərt, kişisayğı müəllimə daxilən tamamilə yumşalmışdı. O, bu balaca qıza elə
bağlanmışdı ki, sanki öz doğma övladı idi.İradə isə onun həyatda ən yaxın adamına çevrilmişdi.
Əsli İradənin istər səhnədəki, istərsə də televiziyadakı hər uğurunu az qala öz şəxsi uğuru kimi
qəbul edir, daxilən büyük bir iftixar hissi keçirirdi. Amma o, sadəcə kənardan izləyən bir
tamaşaçı olmaqla kifayətlənmirdi. Öz peşəsindən gələn o pedaqoji, tələbkar və mükəmməllikçi
xarakteri ilə İradəyə daim məsləhətlər verməyə, onu daha da təkmilləşdirməyə çalışırdı.
Axşamlar uşaq yatdıqdan sonra eyvanda əyləşib çay içərkən, Əsli o kəskin analitik zəkası ilə
İradənin televiziyadakı çıxışlarını belə təhlil edirdi. Onun zahiri görünüşündəki bəzi kiçik
çatışmazlıqları, səhnə geyiminin incəliklərini, ekranda kameraya qarşı duruşunu, mahnı
oxuyarkən səsinin tonunu necə tənzimləməli olduğunu və səhnə hərəkətlərindəki bəzi qüsurları
düzəltmək üçün ona dostyana, amma ciddi tövsiyələr verirdi.
İradənin mənzilə gəlişi və evdə həqiqi bir ailə mühitinin yaranması Əslinin qohumlarla olan
bağlarını da tamamilə dəyişdi. O, qardaşı uşaqlarının təkcə pul üçün gəlib-getdiyini, onun xəstə
bədəninə və daxili tənhalığına əslində heç vaxt dəyər vermədiklərini anlayaraq onlara etdiyi
maddi yardımları kəsdi. Əsli qardaşı uşaqlarını və digər riyakar qohumlarını tədricən özündən
uzaqlaşdırdı. Həyatındakı o saxta, zəhərli kütləni rədd edərək, bütün enerjisini və sevgisini ona
evinin və qəlbinin qapılarını sonadək açan bu səmimi insanlara verdi. Qonşuların da Əsliyə qarşı münasibəti yaxşıya tərəf dəyişmişdi. Əsliyə olan hörmətləri artmışdı. Onlar televiziyada İradənin çıxışlarını görüb belə məşhurlaşmaqda olan sənət müğənniı ilə qonşu olduqları ilə öyünürdülər.
Lakin İradənin televiziyada parlaması uzaq rayonda əks-səda doğurdu. Keçmiş əri İradəni hər
dəfə ekranda görəndə hiddətdən için-için qovrulurdu. Bir gün həmin adam heç kimə
xəbər vermədən Bakıya gəldi və İradənin Əslinin evində qaldığını öyrənib mənzilin qapısını
döydü. Qapını hər zamankı kimi ciddi və sərt görkəmli Əsli açdı. Əsli o "kişisayğı", qətiyyətli və
soyuq səsi ilə adamın sözünü ağzında qoydu, onu qətiyyətlə qapıdan qovdu və bir daha bu
ailəni narahat etməməsini tapşırdı.
İradənin sənət həyatı isə öz axarı ilə davam edirdi. O, çalışdığı populyar ansamblda gitara çalan
Şükür adlı musiqiçi ilə yaxınlaşdı və aralarında ciddi bir münasibət quruldu. Şükür də İradə kimi
vaxtilə evli olmuş, lakin yola getməyərək boşanmış bir adam idi. Özləri də həmyaşıd idi.Birinci həyat yoldaşı isə yaşca İradədən xeyli böyük olmuşdu. Şükürlə bu münasibəti
irəlilədikcə, İradə evdə hər fürsətdə Şükürü tərifləyir, onun nə qədər diqqətli, istedadlı və fədakar
bir insan olduğundan ağızdolusu danışırdı. Əsli sanki böyük bacı kimi onun coşğusunu sakitcə izlədikdən sonra, ona hisslərinə bir qədər bələdçilik etməyi və Şükürə qarşı bir qədər ehtiyatlı olmağı
məsləhət bildi. Lakin İradə sevdiyi adamı qoruyaraq qətiyyətlə bildirdi ki, o, Şükürə tamamilə
inanır.
İradənin bu inamı Əslini daha da ayıq saldı. İradənin büyük konsertlərindən birinin
axşamı, zal boşaldıqdan sonra Əsli kulis arkasına keçdi və fürsət tapıb gitara qutusunu toplayan
Şükürə yaxınlaşdı.Özünü İradənin böyük bacısı və yaxını kimi təqdim etdi.Şükür bildirdi ki, onun haqda İradədən eşidib. Onların ilk ətraflı və ciddi təkbətek söhbəti elə orada başladı. Əsli Şükürdən
niyyətinin nə dərəcədə ciddi olduğunu soruşdu. Şükür bir anlıq sükutdan sonra tam bir
səmimiyyətlə və təmkinlə İradəyə qarşı heç bir pis niyyətinin olmadığını, onu həqiqətən çox
istədiyini və məqsədinin sadəcə onun və balaca qızının arxasında möhkəm bir dağ kimi durmaq
olduğunu bildirdi. Şükürün bu sözləri Əslinin ürəyindəki son şübhə buludlarını da tamamilə
dağıtdı. Əsli artık Şükürə ürəkdən inanmağa başlamışdı. Əsli Şükürə tam mənada büyük bir
etimad göstərdi.
Bu etimaddan bir müddət sonra, ansamblın növbəti konsertindən sonra Şükür İradə ilə birlikdə
Əsligilə gəldi. Bu, Şükürün mərkəzdəki o ikiotaqlı mənzilə ilk rəsmi və doğma qonaqlığı idi.
Şükür əlində gözəl bir güldəstəsi və balaca qız uşağı üçün aldığı şirin bir hədiyyə ilə qapıdan
içəri addımladı. Şükür süfrə arxasında əyləşərkən öz tərbiyəsi, musiqi haqqında dərin
düşüncələri və Əslinin mühəndis məntiqinə uyğun olan o ciddi, təmkinli danışığı ilə evdəki
doğmalığı daha da artırdı. İradə sevdiyi adamın Əsli tərəfindən qəbul edildiyini görüb
xoşbəxtlikdən uçurdu.
Bu doğma qonaqlıqdan bir müddət sonra, İradə ilə Şükür həyatlarını birləşdirmək – evlənmək
qərarına gəldilər. Bu qərarın arxasında həm də çox mühüm bir məqsəd dayandırdı. İradə, Şükür
və onlara rəhbərlik edən Əsli istəyirdilər ki, rayondakı birinci ərin İradə ilə yenidən barışmaq,
onun həyatına kölgə salmaq cəhətlərinin qarşısını qəti şəkildə alsınlar. O adam İradənin artıq
yeni, rəsmi və sarsılmaz bir seçim etdiyini görməli və birdəfəlik əl çəkməli idi. Əslinin məsləhəti
ilə cütlük böyük bir toy etmək əvəzinə, yalnızca yaxın adamlarının iştirakı ilə sadə, amma son
dərəcə səmimi bir yığıncaq keçirmək qərarına gəldilər. Məclisdə kənar heç kim yox idi; yalnızca
ən yaxınları, başda İradənin hər zaman dayağı olan fəxri adlı böyük bacısı və təbii ki, bu ocağın
qoruyucusu olan Əsli iştirak edirdi. Bu qərar onların həyatında əsl dönüş nöqtəsi kimi tarixə
düşdü. Keçmiş ərin bütün cəhdlərinin qarşısı qəti şəkildə kəsildi və o, birdəfəlik əl çəkməyə
məcbur oldu.
Onlar bu mənzildə bir yerdə, tam 30 ilə yaxın çox xoşbəxt bir həyat sürdülər. Zaman keçdikcə
ailənin maddi imkanları da gözəçarpan dərəgədə yaxşılaşmağa başladı. İradənin şöhrəti
günbəgün daha da artmışdı. O, şən, oynaq və dinamik mahnıları ilə toylarda, böyük məclislərdə
çıxış edərək dinləyicilərin ruhunu oxşayırdı. Bu uğurlarla paralel olaraq ailənin gəlirləri də
durmadan artırdı. Əri Şükür də onunla birlikdə eyni kollektivdə çalışır ,toylara bir yerdə gedir, ona həm səhnədə, həm də həyatda yoldaşlıq edirdi. Çəkdikləri zəhmətin bəhrəsi olaraq, bir müddət sonra pul yığıb
özlərinə gözəl bir maşın da almışdılar.Bu cütlük bütün maneələri dəf edib özlərinə arzu etdikləri xoşbəxt həyatlarını qurmuşdular.Onların bu xoşbəxtliyində Əslinin də böyük payı vardı.Onun dəstəyi olmadan heç zaman xoşbətliyə çata bilməyəcəkdilər.
Lakin illər keçdikcə həyat öz yeni həqiqətlərini də mənzilə gətirirdi. İradənin balaca qızı iki
qadının – həm anasının, həm də Əslinin həddindən artıq qayğısı və sevgisi əhatəsində kifayət
qədər ərköyün bir övlad kimi böyümüşdü. O, 17-18 yaşlarına çatanda, Bakının tanınmış,
hörmətli həkim ailəsindən çıxmış bir oğlanla tanış oldu və gənc yaşda onunla ailə qurdu. Qız
evlənən kimi illərdir sığındığı Əslinin evindən birdəfəlik çıxaraq, yoldaşının şəhərin mərkəzindəki
geniş üçotaqlı mənzilinə köçdü. Lakin bu parıltılı köçün arxasında fərqli bir dram gizlənirdi.
İradənin qızının əri imkanlı, hörmətli bir həkim ailəsindən çıxsa da, əslində tamamilə avara,
məsuliyyətsiz bir gənc idi. O, tamamilə ata-anasının maddi imkanı sayəsində lüks içində
yaşayırdı. Zaman sürətlə axdı və bu evlilikdən onların iki gözəl qız övladı dünyaya gəldi. Artıq
gənc qadının tamamilə öz dünyası, öz gizli kədəri və öz həyatı var idi. Günlərin qaçhaqaçında o,
anasının yanına getdikcə daha az-az gəlməyə başladı. Əvvəlki o hər gün bir yerdə olan
doğmalıq tədricən yerini uzaqdan-uzağa bir-birləri ilə əlaqə saxlamaq üstünlüyünə verdi.
Tədricən həyat daha da dəyişirdi. Zamanın amansız axarı hər kəsin ömründən pay aparırdı.
Günlərin birində bu doğma ocağa böyük və qara bir xəbər gəldi. İradənin hər zaman dayağı olan
fəxri adlı böyük bacısı Ofelya ağır xəstəliyə tutulub. Həkimlərin bütün cəhdlərinə rəğmən, o, cəmi 53
yaşında bu amansız xəstəliyə məğlub olaraq həyatını dəyişdi. Bu vaxtsız itki İradəni dərindən
sarsıtdı və ürəyində heç vaxt dolmayacaq böyük bir boşluq yaratdı. Böyük bacısının vəfatından
sonra İradənin sənət həyatında da eniş dövrü başladı. Zaman keçir, şou dünyası yenilənirdi.
Onun populyarlığı get-gedə azalmağa başladı. Artıq o, əvvəlki kimi tez-tez televiziya
ekranlarında görünmürdü. Mavi ekrana daha gənc, daha fərqli müğənnilər ayaq açmağa
başlayırdı.
Bu sənət kədərinin ardınca, İradənin qızının da həyatında qorxunc bir faciə baş verdi. Onun
gecə həyatına və sürətə meyilli olan yoldaşı qəfil və dəhşətli bir avtomobil qəzasına
düşdü. Gənc adam hadisə yerindəcə faciəvi şəkildə həlak oldu. Bu xəbər hər kəsi sarsıtdı.
İradənin qızı gənc yaşda iki azyaşlı qız övladı ilə tamamilə dul qaldı. İradə va Əsli
ürəkləri parçalanaraq dərhal gənc ananın yanına qaçdılar və onlara öz yanlarına geri dönməyi
təklif etdilər. Lakin İradənin qızı geri dönmədi. O, gənc yaşında iki yetim uşaqla o ərindən qalan
üçotaqlı mənzildə təkbaşına qalmağı, öz ayaqları üzərində durmağı seçdi.
Bu hadisələrin ardınca İradə artık yavaş-yavaş yaşa dolurdu. Sənət aləmində hər zaman çox
güvəndiyi o böyük bacısı artık neçə illər idi həyatda yox idi. Bacısının ölümündən nə qədər çox
zaman keçirdisə, İradənin şöhrəti də bir o qədər çox itirdi, sönürdü. Ekrana daha gənc
müğənnilər ayaq açdıqca İradə unudulurdu. Üstəlik, şöhrətin itməsi ilə bərabər onun səhhətində
də ciddi problemlər yaranırdı. Həyatın çətinlikləri va taleyin ağır zərbələri onun sağlamlığını
büsbütün sarsıtmışdı. Yaş da öz sözünü deyirdi.Əri Şükürlə aralarında konfliktlər, maddi çətinliklərin gətirdiyi mübahisələr get-gedə artırdı. Artıq onları toylara da çağıran olmurdu. Bu səbəbdən ailənin maddi vəziyyəti də bərk pisləşməyə üz almışdı.
Keçirdiyi sarsıntılardan İradə ağır xəstəliyə tutuldu. O, mərkəzdəki o ikiotaqlı evdə yorğan-döşəyə düşdü. Əsli va Şükür gecə-gündüz onun başının üstündən ayrılmır, hər cür qulluğunu edirdilər. Lakin İradə bu ağır xəstəlikdən şəfa tapa bilmədi va bir payız günü bu amansız dünyaya əbədi olaraq
gözlərini yumdu, dünyasını dəyişdi.
İradənin ölümündən sonra mənzildəki kədər buludları daha da tündləşdi. Bu arada Şükürün də
səhhətində ciddi problemlər özünü göstərməyə başlamışdı. İradə öləndən sonra, onun o
ərköyün qızı Şükürə qarşı amansız bir rəftar nümayiş etdirdi. Qız Şükürün tezliklə mənzili tərk
edib öz ata evinə gitməsini tələb etdi. Onun Şükürün üzünə dediyi sözlər sənətkarın qəlbinə
vurulan sonuncu, ən ağır zərbə oldu:
---- "Artıq anam yoxdur. Sən ona görə burada qalırdın. O həyatdan gitdi, sən də çıx get."
Şükür bu sözlərdən sonra heç bir etiraz etmədən, gitarasını da götürüb Əslinin evinden çıxdı va
öz ata evinə getdi. Onun ata mülkündə kiçik bacısı qalırdı. Şükür də bacısının yanına sığınıb
orada yaşamağa başladı.Bacısının qaldığı ata evi kiçik və darısqal idi. Səhnələrin,
alqışların va mərkəzdəki o isti ikiotaqlı evin hüzurundan sonra uzaq bir küncə, balaca , darısqal həyət evinə sıxılmaq ona ağır gəlirdi. Sanki Şükürün həyatı elə İradə ilə birgə bitmişdi. İçindəki bu dərin qubar va xəstəlik onun bədənini tezliklə əritdi. Cəmi 5 ay sonra o, bacısıgildə dünyasını değişti.
Əsli isə İradə öləndən sonra tamamilə ruhdan düşdü. Şükür də evdən getdikdən sonra o,
mərkəzdəki ikiotaqlı mənzilində tam bir sükut içində, tək-tənha qalmışdı. İradənin qızı artıq öz
həyatının qayğıları ilə məşğul olduğundan, Əslinin yanına çox az-az gəlib ona baş çəkirdi. Çox
keçmədi ki, Şükürün də ölüm xəbəri Əslinin tənha mənzilinə çatdı. Bu xəbər yaşlı va xəstə
qadını daha da sarsıtdı. O, hər gün eyvanda oturub ötən o parlaq, musiqili günlərin həsrətini
çəkir, İradənin yoxluğunun dözülmez əzabını yaşayırdı. Onun üçün həyat artık öz mənasını
tamamilə itirmişdi. Rəqəmlər də, mühəndislik nizamı da bu daxili boşluğu doldura bilmirdi.
Qonşular bir neçə gün idi ki, Əslinin görünmədiyini sezdilər.Amma əvvəl buna heç kəs əhəmiyyət vermədi. Hər səhər saat altıda yanan o pəncərənin işıqları artık sönülü idi. Narahat olan qonşular gəlib onun qapısını döydülər, lakin cavab verən olmadı. Onlar Əslinin evdə vəfat etmiş olduğundan
şübhələnib, binanın komendantı ilə birlikdə qapını sındırmağa qərar verdilər. Qapını açıb evə
daxil olduqda içəridən kəskin, ağır bir qoxu gəldiyini müşahidə edilirdi. Həyəcanla içəri otağa
daxil olarkən, orada Əslinin cansız bədəninin yerdə uzandığını gördülər. Sonradan məlum oldu
ki, o, 2-3 gün əvvəl elə bu evdə, tək-tənha vaxtsız vəfat edibmiş.
Qonşular dərhal İradənin qızına zəng vurdular. O gəldi, göz yaşları içində Əslini də dəfn etdilər.
Əslinin vaxtilə qohumlarından qoruduğu, canı bahasına sahib olduğu
mənzili rəsmi olaraq İradənin qızının adına keçdi. Qız mənzilə köçmək istəmədi. O,Əslinin va anasının xatirələri ilə dolu olan o evi yad insanlara kirayə verdi, pulunu aldı. Öz geniş üçotaqlı mənzilinə, öz həyatına geri döndü. İkinci dəfə ailə qurdu. Səhnənin o parlaq nəğmələri, Əslinin dəmir iradəsi va 30 illik büyük dostluq dastanından geriyə yalnız yad adamların addımladığı soyuq, kirayəlik bir mənzil qaldı.
8 avqust, 2026-cı il
