Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)
Poeziya
Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)
Salam, mənim ruh əkizim,
Bu yalan səltənətində
Riyalar məmləkətində
Mənim kimi yaqız adam,
Qırx dördündə payız adam
Necəsən?
Ay ölüb dirilən adam,
Ay yalandan gülən adam,
Çiynində yük çəkən adam,
Əzilib-bükülən adam
İntəhasız sevən adam
Sevgisin itirən adam
Necəsən?
Ay özü gözündən düşən,
Ay külü közündən düşən,
Şeiri sözündən düşən,
Bəxtdən yox, özündən küsən
Yarpaq tək kökünə düşən
Kədəri köksünə düşən
Ömrü fəsil tək dəyişən,
Payız adam, boran adam,
Necəsəsn?
Hər vaxt sözdə mahir adam
Sail adam, sair adam
Gah mürşid, gah da pir adam,
Şeir adam, şair adam
Beşik adam, qəbir adam
Bu dünyaya göndərilən
Müvəqqəti səfir adam,
Necəsəsn?
Mövzuya uyğun linklər: