Ziqmund Freydin sevgi məktubu
Proza
Ziqmund Freydin sevgi məktubu
Sevgilim!
Yaxşısı, sən bir də heç vaxt, özünün soyuqqanlı olmağından və elə buna görə də,
öz duyğularını yetərincə açıqlaya bilmədiyindən mənə yazma. Sən məni nədəsə
qınayanda da, bunu çox böyük incəliklə eləməyi bacardığından, mənim buna ancaq
səni bağrıma basıb uzun-uzadı öpməklə cavab verəsim gəlir. Gün gələcək, səndən
ayrılıqda necə bərk darıxdığımı və ağrı-acılar çəkdiyimi sənə danışacağam və bütün
bunlar bizim üçün çox dəyərli xatirələrə çevriləcəkdir. Bu ağrı-acılar məni elə sarsıdır,
elə üzür, mən birdən, haçansa səninlə həmişəlik bir yerdə olacağıma da inamımı
itirməyə başlayıram. Ancaq bütün bunlarla bağlı ara vermədən düşünməyi özümdən
uzaqlaşdırmalı oluram, axı bu düşüncələrə qapılmaq, mənim dözümümü tükədə
bilər, mən isə gərək bizim birlikdə yaşaya bilməyimiz üçün, habelə, düşdüyüm ağır
maddi sıxıntılardan çıxış yolu tapa bilmək üçün gecə-gündüz çalışam.
Marta, sənin sorularını cavablarkən yalan danışmağı bacarmadığımdan, heç də
sənin düşündüyün qədər güclü bir insan olmadığımı boynuma almaqdan özümü
saxlaya bilmirəm. Gözəlim, səndən məktub almayanda isə mən ən gücsüz olduğum
çağlarımı yaşayıram. Heç olmasa, qısa bir zaman üçün, bu gərgin işlərdən ayrıla
bilsəydim, bu mənim ürəyimcə olardı. Bunun üçün bir az pul tapıb, bir neçə
günlüyünə kurorta getmək istəyirəm, ancaq bu istəyim alınmasa da, bunu özümə
dərd eləyəsi deyiləm. Bildiyin kimi, Kaşauda dincəlməyə getməyim alınmadı. Sözün
düzü, belə düşüncələrə qapılıb, əyləncə axtaran ərincək birisinə çevrilmək də
istəmirəm. Bizim gələcəkdəki birgəyaşayışımız üçün, mənim indidən özümü
əməksevərliyə və yaşamda aza qane olaraq sevinclə ömür sürməyə alışdırmağım, elə
bilirəm, sənin də ürəyincə olar. Mənim düşüncəmə görə, insanın öz məqsədinə çata
bilməsi üçün biri uzun, o birisi qısa olan iki yol vardır. Mən bu gün məqsədə aparan
uzun yolu tutmalı olmuşam, ancaq bu yolun məni istəklərimə yetirəcəyinə ürəkdən
inanıram. Mən bunun addım-addım doğrulduğunu duyuram.
Sənin özünə belə güvənməyini çox bəyənirəm. Mən isə özümü elmdə
qazanacağım uğurlarda tapmaq istəyirəm, bu uğurlar isə, dayanıqlı və uzun çəkən
əməksevərliklə aparılan elmi axtarışlarla qazanılır və onun gətirdiyi sevinclər
ölçüyəgəlməz dərəcədə böyük olur. Mən, öz ad-soyadının baş hərflərini dəniz
qırağındakı qayalara çapıb, ləpədöyənin haçansa onu silib itirəcəyinə soyuqqanlıqla
yanaşa bilən insanlardan deyiləm.
Mənim incim, birdən yaşamda səni tapmasaydım, kim bilir, mənim sonum nə
olacaqdı, çox ola bilsin, bu durumda mən: özünə güvənməyən, sənin sevgini qazana
bilmədiyi üçün, insan yaşamının bəzəyi olan çoxlu həzlərə və əyləncələrə əli
çatmayan, ölçü-biçili kiçik duyğularla və ağır maddi sıxıntılarla ömrünü çürüdən birisi
olacaqdım. Habelə, mən sıxıntılarımın və düşkünlüklərimin dustaqlığından çıxış yolu
da tapa bilməyəcəkdim. Sən məni böyük məqsədlərə yönəltməklə yanaşı, dəyəri
ölçüyəgəlməz olan bir səadətlə varlandırdın, bunacan yaşamalı olduğum mənəvi
yoxsulluqdan qurtardın.
Sən mənə uğur qazanmaq üçün ümid və inam verirsən. Mən bunu sən hələ məni
sevmədiyin vaxtlardan bilirəm, indi sənin məni sevdiyini bildiyim üçün bunu ucadan
deyirəm. Sənin yardımınla mən özünə güvənən qoçaq bir kişiyə çevrildim.
Marta, mənim gözəl incim, bizim ağgünlü gələcəyimiz bütünlüklə biri-birimizi
sevməyimizdən asılıdır. Mən sənə özünün istədiyindən heç də az olmayan səadət
arzulayıram. Mən bunu çəkinmədən, ürəkdən gələn bir inamla deyirəm: səninlə
birlikdə olmağa yönələn istəklərimin yanında bütün yerdə qalan istəklərim bir heçdir.
Sənin yerin mənim ürəyimin başındadır.
Sənə çatdırmaq istədiyim bir yenilik də vardır: Şenberq hər gün mənim yanıma
gəlir, onun işlərinin gedişi mənim ürəyimcədir. Tezliklə qardaşı Alois qayıdacağından,
indi onun başı qarşıdakı İtaliya səfərinə hazırlaşmağa bərk qarışıbdır.
Dünən anam xəstələndi, ona bərk soyuq dəyib, ona görə də, keçmişdən qalma
ağciyər xəstəliyi də baş qaldırıbdır. Ancaq bugün anamın qızması düşüb. Pauli də
xəstədir.
Dünən Dolfi ilə birlikdə şəhərin qırağındakı Petsleyndorfa gəzməyə getmişdik. O
mənim xəstələrimi qəbul eləyib qurtarmağımı gözləmiş, sonra gəzməyə çıxmışdıq.
Qayıdanda yolumuzu Dornbaxdan saldıq.
Dorfi bacılarımdan ən sevimlisi və ən yaxşısıdır. Onun çox zəngin daxili dünyası
vardır. Ancaq yazıqlar olsun, o təbiətcə çox incədir və tez hissə qapılandır. Bizim
onunla danışıqlarımızın başlıca konusu, sözsüz, sən idin. O sənin daimilik könül
yoldaşın olacaqdır. Ancaq indi o da, instinktiv olaraq, onun səninlə bağlı dediklərinin
mənə təsir göstərmədiyini anlayır.
Marthen! Sənin ürəyinin açılması üçün hansı istəyini yerinə yetirim deyə
düşünürkən, sən özün istəklərindən birini dilə gətirdin və onu yerinə yetirmək mənim
üçün ən böyük xoşbəxtlikdir. Elə bilirəm, sən mənə yazdığından başqa da, nələrisə
almaq istərdin, çəkinmədən onları da mənə yaz. Sən bu məktubu oxuyanda mən
sənə yenə də pul göndərəcəyəm. Sənə nəyisə hədiyyə eləmək mənim üçün çox
böyük sevinc qaynağı olduğundan, çox vaxt özümün hələ də buna layiq olmadığımı
düşünürəm... Sənin mənim niyyətimi düzgün anlayacağına arxayınam.
Mənim birdənəm, sevgilim, sənə çox şeylərdən yazmaq istəyirdim, ancaq bugün
günortadan sonra Şenberqlə Frantseşini bizə gəlib, qaranlıq düşənəcən başımı
qatdılar. Sonra biz onlarla birlikdə şam elədik. İndi isə yuxu gözlərimi tutub, mən indi
sənin dadlı dodaqlarını öpə bilmək yerinə, oturub bu uzaqlıqdan sənə məktub
yazmağıma görə özümü çox qaragünlü birisi sayıram. Ona görə də, icazənlə, xeyirli
gecələr arzulayaraq, səninlə sağollaşıb ayrılmaq istəyirəm.
Səni sarsılmaz bir vurğunluqla sevən Ziqmundun

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Ziqmund Freyd fərziyyələrinin süqutu
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Akutaqava Rünoske - Cəhənnəm iztirabları