Qabriel Qarsia Markesin Nobel Nitqi
Proza
Latın Amerikasının tənhalığı
London ilk şəhər divarını uzatmaq üçün 300 il sərf etdi, Roma 20 əsr boyunca qeyri–müəyyənlik içində yaşadı, bu gün sülhpərvər kimi tanınan İsveçrə XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana çalxaladı…
Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antanio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq yol qeydlərinin müəllifidir. Qeydlərdə o, göbəyi dal ayağında bitən donuzlar, caynaqsız quşlar gördüyünü yazır. Bu quşların dişiləri yumurtalarını erkəklərinin belində qoyurlar. Dilsiz qutanı xatırladan başqa bir quşun isə dimdiyi qaşıq formasındadır. Burada Piqafetta dəvəbədənli marallardan, qulaqları və başı qatırı xatırladan, at kimi kişnəyən hansısa əcaib məxluqdan da danışır. O, güzgü ilə ilk dəfə qarşılaşan patoqoniyalılardan yazır. Dənizçinin yazdığına görə, güzgüdə öz əksini görüb dəhşətə gələn bir nəhəng Patoqoniya sakini huşunu itirib.
Müasir romanların rüşeymlərini daşıyan bu qısa və olduqca maraqlı salnamə, şübhəsiz ki, həmin dövrün ən gözəl hesabatıdır. Bu baxımdan, bizə hindulardan miras qalan salnamələr də son dərəcə maraqlıdır. Kartoqrafların öz arzularına uyğun tərtib etdikləri xəritələrdə, bir vaxtlar böyük həvəslə arayıb-axtardığımız, xəyali Eldorado torpağını dəfələrlə bir yerdən başqa yerə köçürüblər. Alvar Nunes Sabesa de Vaka dirilik suyunu tapmaq ümidi ilə səkkiz il Meksikanın şimal ərazilərini tədqiq edib. Bir-birini qətlə yetirən, aldadılmış 600 heyət üzvündən yalnız beşi geri qayıda bilib. Həmin dövrün çoxsaylı və böyük müəmmalarından biri də budur ki, günlərin bir günü Atahualpanın girov haqqını ödəmək üçün Kuzkodan yola salınan, hər biri qırx beş kiloram qızılla yüklənmiş on bir min dəvədən ibarət karvan heç vaxt göndərildiyi ünvana çatmayıb. Müstəmləkə dövründə Kartagena de İndiada hülqumlarında kiçik qızıl parçaları olan toyuqlar satılırdı. Amerikada qızıl axtarışına çıxanların hərisliyi hələ də canımızdan çıxmayıb. Almaniya nümayəndəliyi keçən əsrin sonlarında Panamanın İstmus ərazisindən okeanlararası dəmir yolunun inşası üçün araşdırma apardıqdan sonra belə qənaətə gəldi ki, bu layihə yalnız bir halda uğurla nəticələnə bilər: yol dəmirdən yox, qızıldan çəkilməlidir. İspan əsarətindən azad olduqdan sonra belə Latın Amerikası bu cür mənasızlıqlardan xilas ola bilmədi. Meksikanın üçqat diktatoru Antonio Lopes de Santa Anna müharibədə itirdiyi sağ ayağı üçün möhtəşəm bir dəfn mərasimi təşkil etdi. General Qabriel Qarsia Moreno 16 il mütləq monarx kimi Ekvadora rəhbərlik etdi: Morenonun ayıq-sayıqlığı nəticəsində onun yerinə prezident taxtına əynində qoruyucu medal qatı ilə bəzədilmiş rəsmi geyim olan meyit əyləşdirilirdi. Salvadorun sufi despotu, 30 min kəndlini amansızcasına qətlə yetirən general Maksimilyano Hernande Martinez yeməyində zəhər olub-olmadığını müəyyən etmək üçün xüsusi kəfkir də icad etmişdi. O, qızılcanın yayılmasının qarşısını almaq üçün küçə lampalarına qırmızı kağızdan örtük çəkdirmişdi. General Fransisko Morasanın Tequsiqalpanın baş meydanında ucaldılan abidəsi, əslində, marşal Neyin Parisin köhnə heykəl anbarlarından gətirilmiş heykəlidir.
Müasir dövrün ən görkəmli ədiblərindən biri Çili şairi Pablo Neruda on bir il əvvəl dinləyicilərini maarifləndirdi. O vaxtdan bəri mərhəmətli, bəzənsə bədxah avropalılar, tükənmək bilməyən inadkarlıqları əfsanəyə çevrilən qadınların və narahat kişilərin vətəni olan Latın Amerikasının qəribə müəmmaları ilə daha çox maraqlanmağa başladılar. Biz bir dəqiqə də dinc yaşaya bilmədik. Yanan sarayında müdafiə olunan prezident bütöv bir orduya qarşı Prometey kimi təkbaşına vuruşa-vuruşa canını tapşırdı. Daha bir mərd prezidentin və xalqının ləyaqətini xilas edən əsgərin həyatına son qoyan, sirlərlə dolu iki təyyarə qəzası hələ də öz izahını tapmayıb. Beş müharibə, on yeddi hərbi çevriliş baş verdi: Allahın adı ilə Latın Amerikasında dövrümüzün ilk soyqırımını törədən zalım diktator peyda oldu. Bu vaxt Latın Amerikasında 20 milyon uşaq bir yaşına çatmamış həyatını itirdi. Bu isə 1970-ci ildən bəri Avropada doğulan uşaqların sayından çoxdur. Repressiyaların ucbatından yoxa çıxanların sayı 120 minə çatdı. Hamilə vəziyyətdə həbs edilən qadınlar uşaqlarını Argentina həbsxanalarında dünyaya gətirməli oldular, çoxları hələ də gizli şəkildə övladlığa götürülən və ya hərbi dairələrin tapşırığı ilə yetimxanalara göndərilən uşaqlarının harada olduğunu bilmir. Latın Amerikasında vəziyyəti dəyişdirməyə çalışan 200 minə yaxın insan bu materikdə can verib. Cənubi Amerikanın üç kiçik və bədbəxt ölkəsi – Nikaraqua, Salvador və Qvatemalada 100 mindən çox insan həyatını itirib.
Bir milyon insan, yəni ölkə əhalisinin 10 faizi Çilini tərk edib. Bir vaxtlar özünü materikin ən mədəni ölkəsi sayan, 2.5 milyon əhalisi olan Uruqvayın 5 vətəndaşından biri sürgündədir. Salvadorda 1979-cu ildən bəri davam edən vətəndaş müharibəsi hər 20 dəqiqədə bir qaçqın yetirir. Latın Amerikasının bütün məcburi köçkün və qaçqınlarının birgə sayı bütövlükdə Norveç əhalisinin sayına bərabərdir.
Fikrimcə, İsveç Ədəbiyyat Akademiyasının diqqətini cəlb edən də bu qeyri-adi reallıqdır. İçində yaşadığımız gün ərzində saysız-hesabsız ölümlərlə müşayiət olunan, kədər və gözəlliklərlə dolu bu reallıq tükənməz yaradıcılıq mənbəyidir. Keçmişin həsrəti ilə yaşayan sərgərdan Kolumbiya yazıçısı – bəndəniz isə sadəcə bu reallığın tale tərəfindən seçilmiş şifrələyicisidir. Varlığını həqiqətə uyğunlaşdırmaq üçün zəruri vasitələrdən məhrum olduqlarına görə ramedilməz reallığın yaratdıqları – şairlər və dilənçilər, sərkərdələr və əclaflar, musiqiçilər və peyğəmbərlər yaradıcı təxəyyülə ehtiyac duyurlar. Tənhalığımızın doğurduğu ən böyük çətinlik budur, dostlarım.
Payımıza düşən bu çətinliklər bizə mane olur. Aydındır ki, dünyanın bu tayındakı mədəniyyətlərin təsiri ilə püxtələşən rasional istedadlar özlərini bizləri ifadə edən tutarlı vasitələrin köməyi olmadan təsdiq etməli idilər. Onların bizləri öz arşınları ilə hesablamağa çalışması tamamilə təbiidir. Lakin onlar həyatın dağıdıcı təsirinin hamı üçün eyni olmadığını və kimlik axtarışının bizlər üçün də qanlı-qadalı və son dərəcə ağır bir proses olduğunu unudurlar. Reallıqlarımızın başqaları tərəfindən şərh edilməsi bizləri daha anlaşılmaz, daha tənha edir, azadlığımızı bir az da azaldır. Möhtərəm Avropa bizə öz keçmişinin bir parçası kimi baxmağa çalışsaydı, bizə daha böyük qayğıkeşlik göstərmiş olardı. Təkcə Londonun ilk şəhər divarını uzatmaq, yepiskopa sahib olmaq üçün 300 il sərf etməyini, Romanın 20 əsr boyunca – Etrus kralının varlığına son qoyulanadək – tutqun qeyri–müəyyənlik içində yaşadığını, bu gün bizi pendir və saatlarla təmin edən sülhpərvər İsveçrənin uzaq XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana buladığını xatırlatmaq kifayətdir. Hətta intibahın çiçəkləndiyi dövrdə landsknextlər (orta əsrlərdə Avropada muzdla tutulmuş əsgərlər) imperiya ordusunun sifarişi ilə Romanı xaraba qoyub, səkkiz min insanı qılıncdan keçirdilər.
Mən heç də 53 il əvvəl fikirləri Tomas Mann tərəfindən göylərə qaldırılan, təmkinli Şimalı ehtiraslı Cənubla birləşdirmək xəyalları quran Tonio Krögerin ideyalarının həyata keçirilməsini nəzərdə tutmuram. Amma inanıram ki, Latın Amerikasına başqa gözlə baxmaq şərtilə daha ədalətlə və insanpərvər vətən uğrunda çalışan uzaqgörən avropalılar bizə çox kömək edə bilərlər. Xəyallarımızla baş-başa qalmaq bizim tənhalıq hissimizi azaltmayacaq. O vaxta qədər ki, bu hiss həyatlarının özlərinə məxsus olduğunu zənn edən bütün insanlar üçün konkret hüquqi müdafiə aktında təzahür edəcək.
Latın Amerikası istəmir və heç bir əsas yoxdur ki, öz müqəddəratını həll edə bilməyən piyadaya çevrilsin. Onun müstəqillik və orijinallıq axtarışlarının Qərb üçün nümunə olduğunu düşünmək də yersizdir. Naviqasiya nailliyətləri Amerika ilə Avropa arasındakı məsafəni qısaltsa da, aramızdakı mədəni uzaqlığı dərinləşdirdi. Ədəbiyyatda imdadımıza yetişən orijinallıq nə üçünsə sosial dəyişiklik cəhətlərimizin qarşısını kəsir. Mütərəqqi avropalıların öz vətənlərinə rəva bildiyi sosial ədalət nə üçün fərqli şəraitdə və fərqli vasitəçilərlə olsa belə, Latın Amerikasını da məqsədinə çevrilə bilmir? Xeyr, tariximizin ölçüyə gəlməz əzab və ağrıları evimizdən 12 min kilometr uzaqda razılaşdırılan məxfi sazişin yox, ənənəvi bərabərsizliyin, misilsiz ədavətin nəticəsidir. Lakin Avropanın əksər liderləri və mütəfəkkirləri, gəncliyin qayda–qanun tanımadığını unudan qocalar kimi hesab edirlər ki, dünyanın iki böyük ağasına itaətdən başqa yol yoxdur. Tənhalığımızın miqyası budur, dostlarım.
Amma biz istismara, qarətə və əxlaqsızlığa yenidən canlanmaqla cavab veririk. Nə daşqınlar, nə aclıq, nə təbii fəlakətlər, nə vəba, nə də bitib–tükənməz müharibələr həyatın ölüm üzərindəki üstünlüyünü azaltmağa qadir deyil. Bu üstünlük getdikcə böyüyür və möhkəmlənir: il boyu doğulanların sayı ölənlərin sayından 74 milyon artıqdır. Bu, Nyu-York əhalisinin sayının hər il əvvəlkinə nisbətən yeddi dəfə artmasına kifayət edəcək qədər böyük rəqəmdir. Doğumların çoxu ən böyük ölkələrin payına düşür. Ən zəngin ölkələr isə əksinə, yalnız insanları yox, bu bədbəxtliklər dünyasında nəfəs ala bilən bütün məxluqları məhv etməyə qadir dağıdıcı qüvvələri bir yerə toplamağa nail olublar.
Ustadım Uilyam Folkner eynilə buna bənzəyən günlərin birində demişdi: “Mən insanlığın sonunu qəbul etməkdən imtina edirəm”. Folknerin 32 il bundan əvvəl qəbul etmək istəmədiyi bu böyük fəlakətin adi elmi ehtimalından başqa bir şey olmadığını bilsəydim, onun dayandığı bu yerdə dayanmağa layiq olmazdım. Utopiyanı xatırladan bu ağırlı reallıqla qarşılaşdıqda, biz – hər şeyə inanmağa hazır olan nağılçılar – hiss edirik ki, cavab utopiyası yaratmaq gec deyil. İnsanların hansı yolla öləcəyinin başqaları tərəfindən müəyyən edilmədiyi, sevginin həqiqət, xoşbəxtliyin mümkün olduğu, yüzillik tənhalığa məhkum olunanların, nəhayət, ikinci dəfə və həmişəlik şans qazandığı yeni və möhtəşəm həyat utopiyasını…
"Xural” qəzeti,
İl: 9, sayı: 028 (436), 24 -30 iyul 2011-ci i

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Romanın respublika və imperiya dövrü diplomatiyası
Mario Varqas Lyosanın Nobel nitqi