Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə - Dünyaya yeni baxış üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)

Nəcəf Əsgərzadə - Dünyaya yeni baxış üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)

Nəcəf Əsgərzadə - Dünyaya yeni baxış üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)
Proza
Necef Esgerzade
Müəllif:
11:35, 05 sentyabr 2019
1 332
0

İkinci hissə

Qara kvadratın içində

Dünyaya yeni baxış üzərinə müzakirə

 A: Çay istəyən var?
 B: Zəhmət olmasa mənim üçün gətirərsən.
 D: Mən çay istəmirəm. Su olsa əla olardı.
 C: Mənim üçün su gətirərsən.

(A yerindən qalxıb mətbəxə gedir. Çay və suları gətirir).

 B: Tələb substansiyadır - ilkin olan və yaradandır. Bütün kainatı, varlıqları yaradan səbəb tələbdir. 
 D: Deməli biz öz- özümüzə yaranmamışıq.
 A: İnsanın yaranmasında bir səbəb olmalıdır.
 B: Mən heç bir səbəb görə bilmirəm. Məsələn götürək məni, mənim yaranman kimə lazımdır?
 C: Buradakı məsələ kimə lazımdır məsələsi deyil.
 B: Nədir bəs?
 C: Bəşəriyyətə insanın yaranması lazım imiş ki, insan yaranıb.
 A: İnsan tanrının ən mükəmməl varlığıdır.
 D: İnsana ehtiyac duyulub. Çünki təkcə insan tanrı kimi yaradıcıdır.
 C: Həm də dağıdıcı...
 B: Deməli mən də yaradıcıyam. Mənim yaradıcılığım yoxdur axı.
 A: O, sənə elə gəlir. Sadəcə sən içində olan enerjini yönəltməyi bacarmamısan bu vaxtacan.
 D: Tələb-Düşüncə- İstək modeli
 
C: Düşüncə həmişə tələb ilə istək arasında vurnuxur.
 B: İnsanı istəkləri idarə edir.
 A: İstəklər həm də insanı çöküşə aparır.
 B: İstəklər insanı yüksəldir.
 D: İnsan düşüncədən ibarətdir.
 C: Onu düşüncədən ayrılan istəkləridir mənə görə.
 B: Bəs istəklərimiz olmasa biz nə edərdik?
 A: İstəklərin olması lazımdır. Amma, gərək istəkləri kontrolda sağlamağı bacararsan.
 C: Yuxarıda yazılan modelə əsasən belə bir asılılıq deyə bilərəm T>İ.
 B: Tələblər həmişə İstəklərdən böyük olmalıdır?
 C: Bəli. Mən belə düşünürəm.
 D: İnsanda tələbin kiçik hissəsi yerləşir. Buda bizim həyatımıza dolayı yolla təsir.
 A: Kitabda belə fikir yazılıb: İnsandakı tələb (t) ilkin olanın - T-nin hissəsidir. Ayrılıqda onun kimi qüdrətli deyil, elə bu səbəbdən də insan dünyanı dərk etməyə müvəffəq ola bilmir. Hər şeyi bilmək bütün hissələri (Ti) özündə cəmləmək deməkdir. Bu isə ilk olana T-ə məxsusdur.
 
B: İnsan niyə dünyanı dərk etmək istəsin ki? Onsuzda öləcəyik. Başqa şey haqda düşünmək lazımdır.
 D: İnsan istər-istəməz dünya haqqında, yaradılış haqda bir dəfə də olsun düşünür.
 C: Sizcə insan böyük T-i ələ keçirsə idi nə olardı?
 A: İnsan tanrıya çevrilərdi.
 D: Qandi deyir ki, insan tanrının zərrələrini özündə cəmləyib.
 B: Mən tanrı olmaq istəmərəm.
 D: Dünya gündən günə tükənir.
 A: Bunun olması qəbulolunandır. Çünki insanlar hər şeyi məhv edir.
 D: Biz insanlar yaradıcılıqdan daha çox dağıdıcılığa meyllənmişik.
 B: İnsan təbiətən dağıdıcıdır. Yaratmaq tanrıya məxsusdur.
 A: Yaratmaq dağıtmaqdan çətindir.
 D: Dünyanın tükənməsi təbiətin insana qarşı müharibəsindən doğur.
 C: Düz deyirsən biz insanlar təbiəti qırıb, məhv edirik. Özü də aramsız şəkildə. Təbiət də insanı cəzalandırır.
 D: Təbiət elə tanrının özüdür
 A: İnsan təbiətə qalib gələ bilməz. Buna insanın içimdə böyük T-dən qopmuş balaca t imkan vermir.
 D: Müəllif yazır: “İnsan qələbəyə can atmaqla özünü əbədi məğlubiyyətə məhkum edib, əslində”.
 
B: Ona görə insan həmişə məyusdur. Darıxır.
 A: İnsan öləcəyini bilir ona görə darıxır.
 C: Müəllif kitabda darıxmaq haqqında belə yazır: “İnsan nəsə gözləyəndə həmişə darıxır, ona tez nail olmaq istəyir. Əslində insan bütün fəaliyyətində sonu, nəticəni gözlədiyi kimi, "ömür adlı fəaliyyət" də sonu – nəticəni gözləyir”.
 
B: Bəs darıxmaqdan necə canımızı qurtara bilərik.
 A: Darıxmaqdan can qurtarmaq lazım deyil. Düşünməyən insan darıxmaya bilər. Düşünən insan isə darıxmağa məhkumdur.
 D: Yaratmaq, yaratmaq. Darıxmamaq üçün özündən nələrsə yaratmalıdır insan.
 C: Ancaq insan yaradaraq xoşbəxt ola bilər. Amma qısa müddətliyə.
 A: İçimizdə balaca t parçası bizi yaratmağa səsləyir.
 D: Yaratdıqca həm də ölümə yaxınlaşırıq günbəgün. Çünki yaratmaq hərəkət etmək deməkdir. Müəllif hərəkət haqda deyir: “İnsan - hərəkətdir. Hərəkət dəyişmə və hər an azalmadır”.
 
C: Hansısa iş görüb ölmək, heç bir iş görməyib ölməkdən daha üstündür mənim üçün.
 A: Yaratmaq həm də dünyaya yeni baxışdır. İnsan özü üçün yeni pəncərə açır yaradıcılıq vasitəsilə. Yenilik edir.
 B: Mən yeniliklərə həmişə açıq olmuşam.
 D: Yeniliklər istəkdən doğur həm də.
 A: Ona görə yenilik bizi uçuruma da apara bilər.
 C: Müəllif burada məsələyə riyazi tərəfdən yanaşıb, özü üçün bir düstur yaradıb. Düsturun adını da xoşbəxtlik ehtimalı qoyub:
 

                                                                             P = R/N

 D: Xoşbəxtlik ehtimalı...
 B: Buradakı hərflər nəyi ifadə edir?
 C: N- istəklərin ümumi sayı, R - istəklərdən həyata keçənlərin sayı, P- xoşbəxtlik ehtimalıdır.
 
A: İstəklər artdıqca xoşbəxtlik ehtimalı azalır.
 B: İstəklərimizi azaltmayıq ki, xoşbəxt olaq.
 C: Ona görə kənddə, meşədə yaşayanlar xoşbəxtdir. İstəkləri azdır. Seçimləri azdır.
 A: Seçimlər istəkləri çoxaldır.
 D: İnsan müəyyən qədər özünü sakitliyə, sükuta qərq etməlidir ki, çox şey istəməsin.
 A: Lakin biz istəsək də sükuta dala bilmirik. Gündəlik qayğılarımız bizi həkərət də olmağa məcbur edir.
 C: İçimizdə balaca t parçası bizi daima çarx kimi fırladır. Hərəkət etdikcə azalırıq. Enerjimiz tükənir.
 B: Texnoloji kəşflər insanın ömrünü yeyir əslində. Əvvəllər insanlar daha uzunömürlü idilər. İndi isə insanlar daha az yaşayırlar.
 D: O vaxt seçimlər az idi. Avtomatik istəklər də az olurdu. İnsanlar təbii qidalarla qidalanırdı.
 A: Texnologiya insanları əsir edib özünə. Texnologiya insanın yeni tanrısıdır.
 
B: Təəssüf ki, bu səviyyəyə gəlib çatmışıq.
 D: Sevgi. Bizi, insanları yalnız sevgi xilas edə bilər.
 A: Sevgi nədir?
 C: Sevgi bilinməz, açıqlanması çətin hissdir.
 B: Şopenhauer deyir ki, sevgi nəsilin diqtəsiylə gerçəkləşir.
 C: Biz sevgini də yuxarıda dediyiniz model ( T-D-İ) əsasında yoza bilərik. İnsan tələb ilə istək arasında vurnuxur. İstək tələbə qalib gəlməyə çalışır. Və müəllif bu modelə əsasən sevgiyə belə tərif verir : “ Sevgi - qadınla kişinin bir-birinə olan cinsi tələbinin düşüncə vasitəsilə istəyə çevrilməsidir “.
 
D: Maraqlı yanaşmadır. Sevgi cinsi istəkdən yaranır, sonradan isə dostluğa çevrilir.
 A: Dostluq sevginin itdiyi xəttin tapdalanmasıdır.
 
B: Sevgi yoxdur məncə. Bir-birinə uyumlu iki əks cins var. Onların qərarı evliliyi yaradır.
 D: Sevgi sonsuzluğun predmetidir.
 
C: Sonsuzluq və sevgi bəzən bərabərləşir.
 A: Kainat sonsuzdur. Eynən sevgi kimi
 D: Bir qadın düşünək. Deyək ki, o övlad dünyaya gətirə bilmir. Həmin qadın da sevə bilir. Ona da sevgi hissi yad deyil.
 B: Sonsuz qadın digər qadınlara nisbətdə daha enerjili olur.
 D: Çünki insanın başqa insan doğması enerjinin azalmasına səbəb olur.
 C: Sonsuz qadında t-ın miqdarı bir qədər çox olur.
 B: Ona görə onlar digər qadınlara nisbətdə biraz daha dözümlü olur. Amma istinalar var.
 A: Sevgi ilə təsadüf arasında bağlılıq var.
 B: Sevgi təsadüfidir.
 D: Bu bizə elə gəlir. Əslində burada talenin rolu böyükdür.
 C: Bu haqda əvvəldə danışmışdıq. Əlavə olaraq onu demək istəyirəm ki, insanın içindəki t bizə sevgini təsadüfi hadisə kimi aşılayır. t bizə baş vermiş hadisənin nədən qaynaqlandığı deyə bilmir. Bunu yalnız T bilir.
 A: Müəllif yazır: “ Təsadüfilik səbəblər qarşısında bixəbərliyin məhsuludur “.
 D: Bəlkəm də təsadüfi hadisə elə təsadüfi olaraq qalsa yaxşıdır. Bəlkəm insan sadəcə bu yolla xoşbəxt ola bilər nisbətən.
 C: Xoşbəxtlik - bədbəxtliyin astar üzüdür.
 
B: Hər xoşbəxtlikdə bədbəxtlikmi var?
 A: Xoşbəxtlik anlıq bir şeydir.
 C: Hər şey tam formada mövcud deyil. Qeyri - səlis məntiq nəzəriyyəsi də bunu deyir.
 A: Xoşbəxtlik bizə varlığımızı dərk etməyə qoymur. T də bunu istəyir.
 D: Deməli biz bədbəxt olmağı seçməliyik.
 C: Yox. Sadəcə darıxmaq insanı hərəkət etməyə sövq edir. Məncə insan darıxmalıdır ki, bir şeylərin fərqinə vara bilsin.
 B: Mənə görə dünya kiçik şeylərdən ibarətdir. Çox dərinə getsəm bataram.
 D: Bəlkəm də başqa dünyada, başqa zamanda xoşbəxt ola bilərik
 A: İnsan ölmür, varlığını başqa zamanda davam etdirir.
 B: Mənim xoşbəxtliyim yuxudan ibarətdir. Yaxşı yatanda, yuxumu tam alanda xoşbəxt oluram.
 C: Yuxu başqa bir dünyaya keçiddir.
 A: Müəllif yuxu haqqında yazır: “ Yuxu - fərqli məkanda baş verən gerçəklikdir”.
 
D: Yuxu vasitəsilə başqa dünyaya keçid edirik. Müəllif belə deyir: “ İnsan düşüncəsi yuxu vasitəsilə başqa məkan-zaman ölçülərində baş verən gerçək hadisələrin iştirakçısına çevrilir ”.
 B: İnsana üç ölçü məlumdur. Amma düşünürəm ki, başqa ölçülər də var.
 A: İçimizdəki t bizi digər ölçüləri dərk etməyə qoymur.
 C: İnsan özü-özünü yüksəltməyi bacarmalıdır. Heç vaxt ruhdan düşmək olmaz.
 D: Öz çiyninə çıx, özünü yüksəlt deyir Nitşse.
 A: Yüksəlmək də hərəkətdir. Azalmadır. Zirvəyə çatanda hər şey bitir. İnsan əslində zirvəyə çatmaq istəmir. Ona zirvəyə gedən yol maraqlıdır.
 B: Zirvəyə çatdınsa böyük bir boşluq hissi insanı çulğalayır.
 D: Boşluq = Sonsuzluq.
 
C: İnsan həmin ərəfədə sonsuzluğa ulaşmağı bacarır. Sonlu olanın içində olan sonsuzluq mexanizmi zirvəyə çatma anında hərəkətə keçir.
 A: Hər şey sona çatır, həm də hər şey təzədən başlayır.
 B: Yüksəlmək çətindir. Enmək asan.
 D: Eniş də hərəkətdir. Aşağıya doğru. Səmada ölən quşlar da üzüşağı hərəkət edir.
 B: Ölüm üzüaşağıdır demək.
 A: Əsas idrakın yüksəkliyidir.
 D: Uzaqgörənlik = Yüksəlik
 B: İdrakın uzaqgörənliyi yüksəklik nəticəsində əldə olunur.
 A: İnsan yüksəldikcə insanların çoxu ondan uzaqlaşır.
 B: Paxıllıq özünü büruzə verir.
 D: Paxıllıq = Eniş
 
C: Paxıl adam özünü məhv edir. Geci, tezi var.
 B: Elədir. İdrakı işıqlı insanlar həmişə sonda qələbə qazanır.
 D: Kitabın sonuna çatdıq demək olar.
 A: Artıq deməyə söz qalmayıb.
 C: Düşünürəm ki, bu qısa söhbətimiz zamanı yetəri qədər kitabda yer alan mövzuları hər birimiz öz baxış bucağımızdan yozub, analiz edə bildik.
 B: Bu müzakirə mənə çox şey qazandırdı. Bilmədiyim, mənə illərdi aydın olmayan mövzular barədə bu qısa vaxtda azdan-çoxdan informasiya əldə edə bildim.
 D: İndi hərəmiz bir tərəfə dağılışacağıq. Özümüzə aid bir künc seçib oraya sığınacağıq.
 C: Mən evə gedib biraz dincələcəm. Sabah yenə işə çıxmalıyam.
 A: Müəllif yazır: “Ev rahatlıqdır, daldalanmaqdır, genişlikdən ayrılmaqdır, özünə qayıtmaqdır”.
 B: Düz deyir tamamilə. Mən özümü evdə çox rahat, sərbəst hiss edirəm.
 D: Ev insanın içindəki həbsxanadır həm də. Qapalı məkandır. Heç kəs orada nələrin baş verdiyi bilmir. Bilməməlidir də.
 A: Biz ev vasitəsilə özümüzü izolə edirik insanlardan. Dincliyə çatırıq.
 C: Hadisələrə uzaqdan-uzağa baxırıq tamaşaçı kimi.
 D: Pəncərə insanın cəmiyyətə açılan televiziyasıdır. Hər gün eyni kanalı tutur.
 A: Müəllif pəncərə haqda belə deyir: “Pəncərə - havadır, işıqdır, genişliyə tuşlanan bir kameradır düzbucaqlı şəkildə“.
 B: Evin içində hər birimizin ayrıca təkkameralı otağı olur. Qapını bağlayıb orada düşüncələrə dalırıq.
 C: Qapı bizi digərlərindən ayrılır. Qapı ayrılıqdır deyir müəllif, həm də görüş yeridir. İşdən evə gələndə uşaqlar qapını açıb üstünə atıldığında insan özünü çox bəxtəvər sayır.
 A: İnsanın azadlığı da müəyyən qədər evlə sərhədlənir. Evdə sərbəst və azad olur insan.
 C: Azadlıq - insanın istənilən an özündən gedişi və istənilən an özünə qayıdışıdır.
 
A: Müəllif azadlıq anlayışı da öz baxış bucağından yoza bilib.
 D: Artıq yorulmuşam. Getmək vaxtıdır.
 B: Yavaş-yavaş qalxaq. Gecdir artıq.
 C: Getmək istəyirsinizsə gedək.
 A: Son söz kimi bu fikirləri oxumaq istərdim: Yol. Dünyanın yeni fəlsəfi modelinə nəzər salaq. Tələb-Düşüncə- İstək birgəliyinin məhsulu Dünya - Evdir ilkin olan T-yə. İstənilən an Evdən gedər - bu gedişlə də Dünyanı örtük olaraq soyunar. İstənilən an Evə gedər - bu qayıdışla yeni dünya qurar. Başdan-başa sonsuz azadlıq olan T yaratdığı Dünyanı sonuca itələməklə yeni "dünyaqurma"ya hazırlaşar daima. ( Elə bu səbəbdən də fanidir dünya). T- nin zərrəsi - insanda məskunlaşan t də daim "azadolma" istəyində çırpınar. Azad olmaq naminə gah çoxluğa üz tutar insan, gah da azlığa və çırpıntı yalnız sonucda - bədən adlı "uniformanı soyunarkən" sona çatar. Tam azadlıq başlayar.

(Yenə dərin bir sükut başladı. Amma birazdan sükut yerini ayrılığa verdi. C və D, A və B ilə sağollaşıb qapıdan çıxdılar. Onların ardınca B də A ilə sağollaşıb qapıdan çıxdı. A isə dostlarını yola salandan sonra stəkanları mətbəxə gətirdi.
Hava artıq qaralmaq da idi. A-nın çiyinlərinə sanki ağır yük düşmüşdü. O yavaş addımlarla yatağına doğru gedib uzandı. Gözlərini bir müddət tavana zilləndikdən sonra göz qapaqları yuxuya dözə bilməyib bağlandı. A artıq başqa bir dünyada, başqa zamanda idi).


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)