Edebiyyat.az » Proza » Məzə üçün 155 kitab yazan oğlan

Məzə üçün 155 kitab yazan oğlan

Məzə üçün 155 kitab yazan oğlan
Proza
Necef Esgerzade
Müəllif:
15:30, 15 sentyabr 2019
1 208
0
Drak Van Stollerin adını eşitmişiniz? Söhbət 155 kitabın müəllifi olan bir yazıçıdan gedir.32 yaşı var. Kitab oxumağa tənbəllik edir, amma bu dəqiqə Amazonda Stoller imzası ilə satışa çıxarılan düz 155 kitab var. Stoller son illərin, bəlkə də, tarixin ən məhsuldar detektiv yazıçısıdır. Yazıçı kitablarının üz qabığını fotoşop vasitəsilə özü edir. Oxucuların rəğbətini qazana bilməsə də, bu qədər kitab yazıb, üz qabığını hazırlamaqda əzm göstərib.
Von Stolleri “Google”da axtaranlar belə bir mənzərə ilə qarşılaşır: ortayaşlı, uşaqüzlü bir adam vampir maskası taxıb və ərinmədən qəbirisitanlığa gedib şəkil çəkdirib. Əslində, o, üç uşaq atasıdır. Çoxları kimi həyatının müəyyən dövründə öz peşəsindən bezib və “Mən nə iş görürəm axı?” deyərək yeni nələrsə etməyə qərar verib.   
Əvvəlcə musiqidən başlayıb, ancaq yazdığı 10 mahnı üzə çıxarılacaq vəziyyətdə olmayıb. İkinci cəhdində özünün hazırladığı qutu oyununu dövriyyəyə çıxarmağa çalışıb, ancaq bunu da bacarmayıb. “Yazmağı da təcrübədən keçirim” deməklə hazırkı karyerasına gəlib çıxıb.
Stollerin əsərləri redaktə edilmir, çünki redaktora müraciət etmir. Özü roman oxumağı darıxdırıcı hesab etdiyi üçün qısa yazır və bu işdən elə də pul qazanmır. Yeni karyera qurmaq hədəfinə yarımçıq da olsa, çatıb. Amma əvvəlki işini də davam etdirir və yazıçılıqdan başqa, iki iş görür.
Hələ də yaxşı yazmağı bacarmayan bu yazıçı “Hansı janrda yazım?” deyə düşünərkən əlinin altındakı film disklərinə baxıb, çoxunun qorxulu filmlər olduğunu gördükdə elə özü də o tərəfə “yıxılıb”. Amma bu adamı qısa şəkildə xarakterizə etməli olsaq, deyə bilərik ki, həyatda qalabilmə instinkti deyilən bir şey varsa, Sollerdə bu, artıqlamasıyladır. Həmçinin, burdan belə bir nəticə çıxarmaq olar ki, hər kəs özünün naşiri ola bilər. Gördüyünüz kimi, Stoller 155 kitab yazıb, çap edib. Kitablar az-çox satılır. Görün,  bu adam yaxşı yazsa, nə olardı?!  

Mənbə: 1937.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)