Edebiyyat.az » Proza » ŞvartsMan - İkinəfərlik minor (hekayə)

ŞvartsMan - İkinəfərlik minor (hekayə)

ŞvartsMan - İkinəfərlik  minor (hekayə)
Proza
nemət
Müəllif:
22:10, 11 oktyabr 2019
2 909
0
Ş vartsMan - İ kin ə f ə rlik minor (hekay ə )










Cənnətdəki o iki insanın qarşısına seçim qoyulmuşdu: ya azadlıqsız xoşbəxtlik, ya da xoşbəxtliksiz azadlıq-üçüncü bir seçim yox idi. Onlar, səfehlər azadlığı seçdilər və nə oldu? Aydındır ki, sonra əsrlər boyu zəncirləri üçün darıxdılar.

Yevgeni Zamyatin –“Biz”


1

Araşdırmalar sübut edib ki, insan beyini ölüm, müharibə, xəstəliklər kimi pis xatirələri tez yadda saxlayır, nəinki gözəl günləri. Məhz buna görə, bir nəfər sizə yüz dəfə yaxşılıq edib, bir dəfə pislik etsə, sonuncu hərəkətinə görə gözünüzdən düşür. Bu, insan naturası ilə bağlıdır. Qayda belədir: yaxşılıq et, gözə görünmə, pislik et-hamı görsün!

Təbiət insanı cins olaraq erkək və dişiyə ayırır. Bizim psixologiyamız hormonal dəyişiklə cinsiyyətimizə görə formalaşır. Təxminən 12 il əvvəl qəzetdə oxumuşdum ki, bir amerikalı alim sübut edib ki, kişi ana bətnində olanda onda şüuraltı öz cinsini sübut etmək instinkti yaranır. Qadınlarda isə özünü  sübut etmək kimi  instinkt demək olar zəifdir. Çünki anası ilə eyni cinsə mənsubdur və ana bətni ona yad mühit deyil. Məhz buna görə idmanda, incəsənətdə, elmdə, texniki işlərdə kişilər birincilik təşkil edir. Daim özünü təsdiqləmə kişilərdə ömrü boyu davam edir. Özüməməxsus bir şey də əlavə edim ki, bu, bir növ natamamlıq kompleksidir. Kişi doğa, içində bir insan yarada bilmir. Qadın doğa bilir deyə onun başqa bir şey yaratmaq ehtiyacı olmur, axı doğmaq özü də bir yaradıcılıqdır. Kişi doğa bilmədiyi üçün dünyamızda nə varsa, orda kişinin əl izi var. 

Və demək istəyirəm ki, təbiət dəyişikliyi və yeniliyi sevir. Bunun tam adı belədir: “Evolutsiya”. Ölüm son deyil, bu, sadəcə, təbiətin özü-özünü yeniləməsidir. Düşünün ki, təbiət insandır, biz isə App store və ya Google playerdən  yüklənən proqram. Bu proqram bir müddət işləyir və lazım gələndə update olunur. Biz tamın hissəcikləriyik və bizi özümüzə önəmli hiss etdirən ibtidai instinktlərimizdir. Başqa bir proqramda görüşmək ümidi ilə



Yox, heç yerə getmirəm. Təzə abzasa keçmək üçün dedim onu. Əsas olan bilirsiz nədir? “Beyninizə köpəkbalığı atın”. Yaponların  balıqlardan yaranan bu fəlsəfəsini bilirsinizmi? Deməli, yaponlar balığı həmişə çox seviblər. Amma Yaponiya sahillərində çox balıq tapmaq mümkün olmur. Balıqçılar yapon əhalisini təmin etmək üçün daha böyük qayıqlarla uzaqlara üzə bilirdilər. Balıq üçün uzaqlara getdikcə, qayıtmaq daha çox vaxt alırdı. Qayıtmaq bir-iki gündən çox çəkirsə, tutulan balıqların da təzəliyi itirdi. 

Yaponlar təzəliyini itirmiş balığın ləzzətini sevmirlər. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarına soyuq hava depoları qururlar. Bununla da istədikləri qədər uzaqlara gedib, tutduqları balıqları soyuq hava depolarında dondurulmuş olaraq saxlaya biləcəkdilər. Lakin yapon xalqı təzə ilə donmuş balığın ləzzət fərqini hiss edə bilirdi və donmuş olanlara daha çox pul vermək istəmirdilər. 

Balıqçılar bu dəfə qayıqlara akvariumlar qoydular. Balıqlar akvariumun içində bir az çox sıx , hətta bir-birlərinə dəyə-dəyə gic olacaqdı, amma yenə də canlı qalacaqdılar. Yapon xalqı canlı olmasına baxmayaraq, bu balıqların da ləzzət fərqini anlaya bilirdi. Hərəkətsiz, uyuşmuş vəziyyətdə günlərlə yol gəlmək canlı balıqların ləzzətinə təsir etmişdi. 

Balıqçılar necə etsinlər ki, Yaponiyaya təzə, ləzzətli balığı gətirə bilsinlər?

Yaponlar balıqları yenə qayıqlardakı akvariumlarda saxladılar, ancaq içinə balaca bir köpəkbalığı atdılar. Balıqların bəziləri köpəkbalığı tərəfindən yeyilsə də, sağ qalanlar son dərəcə hərəkətli və təzə qala bilmişdilər. 

İndi nə demək istəyirəm? Bu “pritça”nın motivasiya xarakterli çoxlu izahları var. Onları qoyaq qırağa. Çıxarılan nəticə budur: beynimiz akvariumdur, balıqlar fikirlərimiz. Köpəkbalığı isə şübhədir. Yalnız öz hərəkətliliyini qorumuş fikirləşübhə tərəfindən yeyilməyəcək, canlı və təzə qalacaqlar. Çünki həyat hərəkətdən ibarətdir. Yalnız ölülər hərəkət etmir. 

Su və qurbağa testini bilmiş olarsınız. Qurbağını isti suya qoysaz tez hoppanıb sudan çıxacaq. Əgər qurbağını soyuq suya qoysaz orda qalacaq. Suyu isitsəniz yavaş-yavaş, qurbağa bunu hiss etməyəcək və su qaynayana kimi çoxdan ölmüş olacaq. Müasir cəmiyyətlərdə də belədir. Bir şeyi dəyişdirmək istəyəndə hiss etdirmədən yavaşca edirlər. Bizi təhlükəsizlik adı altında kameralarla nəzarətə alıblar. Şəxsiyyət vəsiqəmiz və telefonumuzla harada olduğumuz bilinir. Biz pace control azadlığındayıq. Əvvəllər insanlar azadlıq istəyirdilər, indi isə yaşamaq istəyirlər. Biz suyu isinməyə başlayan qurbağa kimiyik.

Ölkə daxilinə qayıtsaq, biz öz vətənimizi sevmirik. Bir nəfərə görə ölkəsini sevməyənin ağlı yoxdur. Bir nəfərə görə ölkəsini sevənin də ağlı yoxdur. Kimi tənqid edə bilmiriksə, o diktatordur. Yaxşı bilirik ki, Böyük Qumarbazın yanında həmişə Ladop Solovey olub. 

Bəzən düşünürəm, biz dünyalıların sonu nə olacaq? Nə vaxtsa başqa planetdəmi yaşayacağıq, yoxsa insan irqi məhv olmamış robotlaşıb transhumanizmə keçəcəyik? 22-ci əsri ümid edirəm ki, biz görməyəcəyik.  Zaman sənin, mənim və bizim düşmənimizdir. Biz vaxt öldürmürük, vaxt bizi öldürür. Həyatın A nöqtəsindən B nöqtəsinə kimidir . A-dan və B-dəəvvəl və sonra qaranlıq sonsuzluqdur. Kosmos kimi. Zaman və Kosmos. Eynşteyn (əslində Aynştayn) deyirdi ki, zaman nisbidir. Kosmosdakı zamanla Yer kürəsindəki zaman anlayışı fərqlidir. Əgər biz Nyutonun kəşf etdiyi qravitasiya qüvəsindən kənara çıxsaq gec öləcəyik, çünki zaman yavaşlayır. Cazibə qüvvəsinə görə, az sürətlə hərəkət edirik. Dünyanın ən sürətli qaçan insanı Usain Bolt saatda 37.30 km qaça bilir. Ən sürətli maşınlar saatda heç 500 km hərəkət edə bilmirlər. Təyyarələrin yüksək sürəti saatda 1000 km-dən bir az çoxdur. Kosmik raketlərin ən sürətlisi 250.000 km/saatdır. Bizim ölçə bildiyimiz ən yüksək sürət işıq sürətidir ki, saniyədə 300.000 km-dir. Əgər siz işıq sürəti ilə hərəkət etsəniz, ya zaman dayanıb yox olacaq, ya da siz özünüz yox olub başqa bir sferaya, bəlkə də başqa bir qalaktikaya keçəcəksiniz. Bəlkə də işıq sürətindən daha çox böyük sürətə keçə bilərsiniz. Bunu hələ ki, bilmirik. Bildiyimiz odur ki, Anar (Mən) dünyada qalır, Kamilla (O) işıq sürətinə yaxın sürətli  raketlə kosmosa uçur. Yüksək sürətlə hərəkət etdiyi üçün zaman onun üçün yavaş gedir, mənsə hərəkətsiz dayandığım üçün tez. O geri qayıdanda məni qocalmış görəcək. Ölüm və Zaman qəpiyin iki üzü kimidir. 

Bu dünyamızda fantastika dediklərimiz gerçək olur. Fantastik yazıçıların Marsdan yazmaq səbəblərindən biri də odur ki, “sabahdan Marsda yaşacağıq” cümləsinə insanlar təəccüblənməsin-lər. Artıq dünyamız bizim üçün təhlükəsiz deyil, yeni yaşayış yeri axtarırıq. Sirli, bilinməyən nəsə

Yüksək səviyyəli adamların leksikonunda bu sözlər var: Kosmos, transhumanizm, süni intellekt, matrix, ölümsüzlük. Aşağı səviyyəli adamları isə bunlar maraqlandırır: nikah, uşaq, pul, limitsiz kredit, lombarcini, seks partiləri, Calvin Klein. Biz aşağıdayıq, ona görə qohumumuzla evlənirik. Təbiət özü yeniliyin tərəfdarı olduğundan qohum evliliyinə qarşıdır. Biz xalq olaraq qohum evliliyinə meyilli olduğumuzdan genetik axmaqlaşma gedir. Əgər sizin atanız və ananız qohumdursa, sizin ağıldankəm olmaq şansınız böyükdür. Harada ağıllı adam görsəniz, bilin ki, onun valideynləri qohum deyillər. Əgər uşağınız ağıllı olsun istəyirsizsə, qohumla evlənməyin. Yaxşı gen və maddi tərəfdən təmin olunmuş mühit-budur əsl proqress! Hitler boş yerə almanları slavyanlarla calaq etmirdi. Hitler almanların genofondunu dəyişdirdi. Artıq qaraşın almanlar slavyanlar kimi hümdürboy və sarışındılar. 1945-ci ildəəvvəlki və sonrakı videolara baxsanız, almanların necə dəyişdiyini görəcəksiz. Hitler qaraşın, Merkel sarışın. 

Mənəviyyata keçsək, görərik ki, İnsan primatların ən  tənhasıdır. Amma bununla belə, heç bir insan tənhalığa  tam dözə bilməz. Dözməyən, az dözən və çox dözən var. Şopenhauer kimi filosof  ailə və uşaqdan imtina etsə də, tam tək deyildi. İti ilə parka gəzməyə çığardı. İnsan tək yaşamaq və tək ölməkdən qorxduğu üçün sürü və ya ailə formasında yaşayır. Çünki insan sosial varlıqdır və mütləq yaşamaq üçün kiməsə ehtiyacı var. Necə ki, mənim ona, onun mənə.

Qadınla münasibətdə ölümcül manevr budur: PİS BAXMAQ. Bu həyat üçün də belədir. Heç kimə və heç nəyə pis baxma, uzaqdan bax. Yaxından baxdıqca görmə bucağın kiçilir deyə mənzərə geniş görünmür. Qadın sənə inanmırsa, heç vaxt səninlə səmimi olmaz. Qadın ona görə səni aldadar ki, sən onunla özün arandakı düşüncə baryerini qaldırmamısan. Sənin həyatının qadını fahişə, yaxud başqasının arvadı ola bilər. Həmişə yaxşı qadın olmaq bakirə Məryəm olmaq demək deyil. Bəzən doğru adamlar yanlış yerlərdə olurlar. Həyatdı da…Zaur…(gülümsəyirəm).


2

Onunla Pirallahı adasına getdik. Mərkəzdən 59.75 km məsafə uzaqlığında yerləşməyi səni təbiətə, yəni səni özünə yaxınlaşdırır. Sən bulvarda olanda Xəzərin sənə yaxın olduğunu düşünürsən. Amma bu adada Xəzərin içində olduğunu düşünürsən. Bulvardan Xəzərə baxanda səndə elə hiss yaranır ki, dəniz səndən başlayır. Pirallahı adasında isə hiss edirsən ki, dəniz sənin ayaqlarının altında qurtarır. Çox qəribə hissdir. 

Kamilla ilə balıq restoranında yemək yedikdən sonra dənizə çox yaxın olan bir skamyada oturduq. Oktyabr ayı idi, dənizə çox yaxındıq, hava daha da soyuq olurdu. Ayağımı ayağıma aşırıb gah ona, gah dənizə baxırdım. O da ayağını o biri ayağına aşırmışdı, əllərini dizində çarpazlamışdı. Ondan soruşdum:

-Keçən dəfə həkimə getmişdin. Oğlunun vəziyyəti necədir?

-Hələ ki, yaxşıdır. Allergik rinitdir.  Öz-özlüyündə təhlükəli xəstəlik deyil, amma müalicə olunmasa bronxial astmaya kimi gedir çıxır. 

-Anadangəlmədir bu xəstəlik?

-Hə. Həyatımı bilirsən, Anar. İkinci hamiləliyim çox ağır keçdi. -susduq. Sonra mənə baxıb dedi: - Bilirsən necə gözəl yaşdı 28 yaş... 40 elə deyil.30-u keçdin, 40 tez gəlir, çox tez. 40- dan da 50 elə yaxın görünür,- birdən doluxsunur – bilirsən, mənim məhv olmuş həyatım var. İstəmirəm  gənclər elə olsun. 

-Elə danışma, - əlini tutdum.- 50-60 yaşında olsan deyərdim haqlısan: Həyatın məhv olub, nəyisə dəyişdirmək gecdir. 40 yaş əsl dəyişiklik edilən yaşdır. Son şans, -gülümsəyirəm. Əlimi əlində bərk sıxıb öpür. 

-Sən ağlama,  gülümsə - dedim. - Gülmək və ağlamaq o vaxt gözəl olur ki, onları gec-gec edirsən. Sənin xəbərin yoxdur ki, möcüzəsən. Sən sönmüş yaradıcılığımı yenidən alovlandırdın.

-Göz yaşlarımın hesabına...

-Hə..İlk dəfə göz yaşlarından yaradıcılıq yarandı,-kədərli təbəssüm yarandı. Çox kədərlənmək onun ürəyini zəiflədib. Empatiya onda o qədər güclüdür ki, başqalarına görə çəkdiyi dərd sağlamlığını öldürür. 

Mövzunu dəyişdim:

-“Siz fransızca danışırsız? Yox, biz fransızca sevişirik”. – fransızcası da belə gözəl səslənərmi?- gülümsəyərək soruşuram. 

O gülümsəyir:

-Birincisi, fransızca yox, fransızsayağı. 

-Ma chérie*, bilirəm. Amma fransızca sevişmək, fransızsayağı sevişməkdən daha ekspressiv səslənir. Amma qrammatik norma baxımından düzgün deyil. 

-Sənin hekayələrin kimi. Düzgün deyil, amma yaxşıdır. 

-Oui, madame. “ Parlez-vous français? Non, nous…-ilişdim.

- faisons l’amour comme français**,- o tamamladı. 

-Fransız dili demişkən, frazeoloji söz birləşmələri göndərmişdin mənə.

-Hə

- Bax, orda bir söz çox xoşuma gəldi və düşündürdü.

-Hansı söz?-deyəndə küləəsdi birdən və mənə qısıldı.

-İntihar etmək.

-Se faire justice?

-Hə. Fikir ver: se- qayıdış əvəzliyidir, öz-özünü deməkdir. Faire-feldir, etmək, davranmaq. Justice-ədalət. Hərfi tərcüməsini birləşdirsək, intihar etmək- özün-özünə ədalətli davranmaqdır.

-Hə..doğrudan..qəribədir, -onun təəc-cüblənməsi məni izah etməyə vadar etdi. 

-Bəlkə də burda fəlsəfi məna var. Özümə sual verirəm: niyə intihar etmək özümə qarşı ədalətli davranmaq olsun? Səhv axtarmıram, başa düşməyə çalışıram. Bəlkə yaşamaq ədalətsizlikdir, özünü öldürməədalətli iş olardı? Bəlkə biz yaşamaqla özümüzə qarşı ədalətli, dürüst davranmırıq? İpi boğazına keçirmək həyatın ədalətsizliyinə qarşı daha ədalətli hərəkət olardı? Hər gün səhər yuxudan durmağımızın mənası nədir ki? Yenə nəyəsə, kimlərəsə dözməkdən və susmaqdan başqa nədir ki? Əslində qadınla belə şeyləri danışmazlar. Amma danışdım da, -dodaqlarımı bir-birinə sıxıram. 

-Çox dərin və kədərli oldu-Kamilla dedi. -Bilirsən, Anar, qoroskopa inanmasan da deyim ki, əkizlər yaş artıqca yaxşı insana çevrilmirlər. 

Susuram. Az qala ayağımıza toxunan dənizə baxıram.

-Bəlkə də düz deyirsən. Məsələ bilirsən necədir? Bizi anlamırlar. Yaş ötdükcə qabıqlaşırıq, qapığımız kokos kimi sərt olur. İçimiz yaxşı olur. Amma insanlar elə axmaqdılar ki, qabığa baxıb deyirlər ki, kobuddur, hissiyyatsızdır, pisdir. Halbuki ki, onlar bizim dərinliyimizi görməyəcək qədər dayazdılar. Məhz bu qapıq onlar üçündür. İçimizə seçdiyimiz adamları buraxırıq. Çünki onlar bizi görürlər. 

-Mən səni görürəm. -gözlərimə baxdı. Mahnıda deyildiyi kimi, “gözlər qəlbin aynasıdır” deyil, gözlər beynin aynasıdır. Başı boş adamın gözlərində boşluq olur. Ağıllı adamın gözləri də ağıllı olur. 

-Bilirəm.

-Bayaqdan demək istəyirəm, içimdə saxlamışam. 

-Demə ki, hamiləsən, yoxsa kameraları yığacam bura film çəkəcəyik. -ucadan gülürük.

-Yox..yox. Yaxşı xəbərdir. 

-Hmm- özümü guya təəccüblənmiş göstərib  dedim: -Hə, de görək. 

-Boşanıram!

Donub qaldım. Bilmədim nə deyim.

-Necə?

-Dedi, boşayıram səni.

-Demədi, boşanırıq, ayrılırıq, dedi boşayıram?

-Həə..

-Elə o dəqiqə bilinir, düşüncəsiz adamdır. Belə insanla yaşamaq üçün adama mələk səbri lazımdır. Bir sözlə, sevinirəm, Kamilla. -Onu özümə sıxıram. 

-Mən də elə sevinirəm ki.- dedi mənə. Mən də cavabında dedim ki:

-Axı onu biz öldürəcəkdik. Hekayəyə görə biz öldürməliydik onu. Bax, bu olmadı da, kədərləndim. -sevincimdən belə axmaq zarafatlar edirdim, o da gülürdü. Doğrudan, sevinmişdim. Nəhayət ki! Əriylə uzunmüddətdir ayrı yaşayırdılar. Uşaqlarını klinikadan  gətirərkən pilləkənlə evə çıxanda əri boşanacağını ona dedi və xəbərdarlıq etdi ki, başqası ilə onu görsə öldürəcək. Yəni görsə də əgər. 

-Kamilla, düzü gözləmirdim özü boşanmaq istəyər. Amma əvvəlcədən sənə demişdim ki, daxilən sınıb. Onun bacısıgilə getməyi, orda qalmağı və bu kimi şeylər onu düşündürürdü. Ərin Sibirdə əsgərliyini keçirib. Sibirdə qulluq edən adamlar möhkəm, sağlam adamlar olurlar. Amma o, bir qadının “səni sevmirəm, başqasını sevirəm” sözləri ilə daxilən sındı. Bir anlıq qəzəblənib səni vursa da, bu kişinin çarəsizlikdən yaranan bir anlıq qəzəbi idi. O bunu etməli və daxilən sınmalı idi. Hitler kaputt!***

-Həəzizim. Belə oldu. Bundan sonra nə olacaq bilmirəm. Hələ ki, rəsmi şəkildə olmasa da, sözdə boşanmışıq. 

-Axır-əvvəl bu baş verməliydi. Sevmirdiz bir-birinizi. Kişi ayaqlarının arasındakı ilə sevir, qadın dodaqları iləİkisi birləşəndə

-Sən düzəlməyəcəəclafsan-mənə mənalı baxıb gülümsəyir.

-Görürsən heç dəyişməmişəm…

Batmaqda olan günəşə baxdım. Nəsə birdəəhvalım dəyişdi, başqa adam oldum. Göy üzünün sarımtıl rəngi ilə mavi dənizi ayıran üfüqi xətt kədərli göründü. Ora baxa-baxa danışdım:

-Kami, kədəri sevirəm. Bilirsən niyə? Kədərdə bir ağırlıq var, sevinc yüngüldür. Kədər adamı düşündürür, sevinc çaşdırır. İndi payızdayıq. Yaz doğuluşdur. Yay gənclik. Payız kədər, qış ölümdür. Mən gəncliklə ölüm arasındayam,-Diqqətim üfüqdə olduğundan balaca əllərini əlimə qoymağı yüngül diksindirdi. Əlini ovucuma aldım. Dedi ki, artıq gecdir, getmək vaxtıdır-əlini saçımda gəzdirdi. 

Biz skamyadan qalxıb yola çıxdıq. Mən ona tapdığım fransız mahnısını telefonumda səsləndirdim. Nym- Et moi. Mahnının sədaları altında, günəşin qızılı təbəssümü üstümüzdə, mavi dənizin yanınca gedirdik. Heç kim və heç nə bizi saxlamırdı. O sakitləşmiş kədərlə soruşdu:

-Bizim axırımız nolacaq? 

-Hələ ki, yaşayırıq, əzizim, hələ ki, yaşayırıq.

-Bu yaxşı xəbərdir, ya pis?-mənə baxdı. Mən də ona baxdım.

-Bilmirəm ki, -onu özümə sıxıb saçından öpdüm.- Bilmirəm ki…


7 oktyabr 2019

[i]


*əzizim(frans.)

**bəli, xanım… Siz fransızca danışırsız? Yox, biz fransızsayağı sevişirik…(frans.)

***sındı, uduzdu (alm.)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)