Miri Rəsulzadədən üç hekayə
Proza
Miri Rəsulzadədən üç hekayə
Gözəl qızıma
Səhv etmirəmsə Yaponlar insanın yaşını ana bətnindən başlayır hesablamağa. Yəni uşaq doğulanda artıq 9 aylıq olur.. sonra 10 ayı, 11 ayı tamam olur.. Mənim üçün bu hesablama daha doğmadı, daha realdı. Çünki kədərli taleyimə ən yaxını, ən uyğunu bu hesablamadı. 3 il əvvəl ilk övladım oldu, qızım oldu. İlk dəfə ata oldum. Ata olmaq mənə baha başa gəldi. Qızım yarımçıq doğuldu, mən isə yarımçıq ata oldum. Mənə ata olmağı, sevməyi qızım öyrətdi.. Onu da yarımçıq öyrətdi.. Paxıl qızım. Dünyaya gəlməyən qızım. Bəlkə də bu ölkədə doğulmaq istəmədi.. Bəlkə də o balaca, işləməyən ürəyində dedi: necə yaşayırsıze bu həyatda? Anasının bətnində xəstələnən qızım.. 7 ay güclə yaşadı. Sonra həkimlər onu süni doğuşla dünyaya gətirdilər. Ağıllı balam doğulanda heç ağlamadı da.. Bu dünyaya heç gözünün ucuyla da baxmadı.. Ağ kəfəndən özünə gəlinlik düzəltdi.. Evcik-evcik də oynamadı.. Doğuş stolundan anasını evə əliboş yola saldı insafsız qızım.. Anasına yazığı gəlmədi, anasının qolunda uzanmadı, südündən içmədi.. Dedi mən yerlər qızıyam, göylər qızıyam. Mən torpaq qızıyam. Gözlərini birbaşa cənnətdə açdı qızım. Yük olmadı anasına.. dedi sən yaşa mən sənin üçün öləcəm.. Bu dünyanın havası düşmədi mənim gözəl qızıma.. Yaşaya bilmədi mənim qızım. Qüsl veriləndə gözünü məndən qaçırdırdı.. Amma mən üzünə, gözünə çoxlu-çoxlu baxdım. İlahi, mənə necə oxşayırdı.. Yumulu gözləri, dodaqları.. Eyni özüm idim. Bəlkə də özüm özümə heç elə oxşamıram. Sanki mələk idi.. Mən mələyin varlığına ondan sonra daha çox inanmağa başladım. Elə bil Allah işini-gücünü atıb bu qızın üstündə işləmişdi.. Səsini eşidirdim amma. Deyirdi mənə olan sevgini qardaşıma saxla. Onu ikiqat çox istə. Mən öz payımı ona verirəm. Səxavətli qızım, ürəyi böyük qızım.. Dedim niyə belə tələsdin, gözəl qızım? Heç olmasa saçların uzanana kimi, atan saçlarını hörənə kimi, sənə bantik alana kimi yaşayaydın da. Nolardı ki.. Qardaşın doğulana kimi anana yoldaşlıq edəydin.. Nə and-aman elədim razılaşmadı. Mənə ata olmağı sən öyrətdin. Ata olan bəndə sevinər, qızına pal-paltar alar, oyuncaq alar.. Mənim tədarükümə bax; 3-4 metr ağ bez (kəfən), sabun, salafan, qara torpaq, 1 ədəd baş daşı üçün kubik.. Darıxanda qəbrinə gedirəm. Kim deyir körpələrin qəbri itir, yadda qalmır? Kim deyir yalan deyir. İnanma belə şeylərə, qızım. Mən qızımın qəbrini əzbər tanıyıram. Dünyanın ən balaca qəbri mənim qızımın qəbridi. Ətir saçan qəbirdi.. Məzarlığa girəndə gözəl ətri səni qəbrin yanına özü aparır. Cehizi yarımçıq qalan qızım... Atasını eşitməyən qızım... Tərs qızım.. Niyə gəlmədin bizimlə?? Niyə evimizi bəyənmədin?? Xəstəxanadan qəbirstanlığa atasının maşınında getdi.. Qızım arxada uzanmışdı. Atası şəhəri gəzdirirdi.. Ölməsəydi dünyanı gəzdirərdi.. Yaşamağa ürək eləmədi, qorxdu ki, böyüyəndə anasından gözəl olar.. Qorxdu ki, birdən bunu anasından çox istəyərəm. Belə idi mənim qızım. Bağışla məni səni bağçaya apara bilmədim, parkda gəzdirə bilmədim.. Məktəbli forması almadım.. Rəngli kağızı, plastilini olmadı qızımın.. Flamasterlə oboyumuzu yazmadı qızım.. Heç kalyaskası da olmadı, tortu da, şarı da olmadı.. Sumkası, darağı da olmadı. Saçlarını daramadı mənim qızım.. Doğumu, ölümü bir gündə oldu qızımın. Heç bir təsəlli səni unutdurmadı, Şahzadəm, unutdurmayacaq da.. Çünki səni ürəyimə dəfn etmişəm..
***
Bu gün bizim ailədə təqvimin çaş-baş qaldığı gündü. 21 sentyabr atamın ölən günü, həm də anamın doğum günüdü. Atam anamın ad günündə dünyasını dəyişib. Atam Rusiyada işləyirdi, ilin yarısını orda yarısını burda olurdu. Vladivostokda rəhmətə getmişdi. İndiyə kimi yadımdadı, süfrə açılıb anamın ad gününü qeyd edirik, qohumlar təbrik edir, qardaş bacı hədiyyə alır.. Axşam oldu hamı təbrik elədi qurtardı, təkcə atamdan başqa. Həmişə birinci təbrik edən adam nədənsə bu dəfə gecikdi, zəngi gəlmədi.. Anam həmin gün küsmüşdü, acıq eləmişdi, bərk incimişdi ki, niyə zəng vurmadı? Necə unuda bilər? Heç cür başa düşmürdü, düşmək istəmirdi. Çünki ilk dəfə idi. Belə şey olmamışdı. Hardan bilsin ki, onun idealı səhər saatlarında artıq gözlərini bu dünyaya əbədi yumub. Anam sonradan bizə bir sirr açdı. Dedi, o vaxt atan mənə demişdi ki, nə vaxtsa sənin ad gününü təbrik etməsəm bil ki, mən bu dünyada yoxam, ölmüşəm. Yəni mümkün deyil mən səni yaddan çıxardım.
Ölməyə vaxt tapmadı mənim atam. Anamın ad gününü seçdi. Ölümü də kreativ oldu. Surpriz eləməyi xoşlayırdı. Ürəyi burda qalmışdı. Anamın doğum gününə özünü belə çatdırdı mənim atam. Həyat yoldaşının ad gününə tabutla, kartejlə gələn neçə ər tanıyırsız bu dünyada?? Atamın ölümünə ölüm özü də məəttəl qalmışdı. Belə dəm-dəsgah ancaq atamdan çıxardı..
Bu gün sənsizliyin 15 yaşı tamam olur. 15 ildi "ata" demirəm, "ata" sözündən ötrü çoox darıxmışam. Sənsiz keçən illərimiz cəbhə xəttindəki kimi birə iki sayılır.
Yaşadığın 46 ildə bizə ancaq sevməyi öyrətdin. Biz bir təhər dözürük, bəs sən necə dözürsən bu ayrılığa? "Oğlum", "qızım" sözü üçün heçmi darıxmırsan??
15 ildi axşamlar sevinclə qapıya, qabağına qaça bilmirəm. 15 ildi mənə heçnə almırsan, məni gəzdirmirsən, tərbiyəmlə maraqlanmırsan..
Qızın böyüdü, boyu anasını keçdi, məktəbi qurtardı, elçi düşdülər qızına.. Qızını babasından, dayısından istədilər.. Qızın ərə getdi, ay ata. İndi 3 uşağı var. Nəvələrinin sayı artır, gözün aydın. Balaca qardaşım səndən söz düşəndə heçnə danışa bilmir, üzümə baxır. Deyir mənə atamı anlat. Yadında çox da qalmamısan. Sən gedəndə onun 9 yaşı var idi. Tabutun altında gedirdi. Çox da başa düşmürdü amma ağlayırdı. Bəlkə də sənə görə ağlamırdı, anam ağladığı üçün ağlayırdı.
Tabutunu o qədər dar düzəltmişdilər ki, elə bil dünyada taxta qəhət idi. Geniş olsaydı mən də uzanardım yanına heç olmasa qəbirstanlığa qədər yoldaşlıq edərdim, ötürərdim səni..
Atam həm də yaxşı saz çalırdı. 13-14 yaşım olanda sazı verirdi mənə deyirdi ala, "aşıq Alının Türkiyə səfəri" dastanını danış. Bunu o vaxt Göyçəli aşıq Hacı danışardı. Mən də əzbərləmişdim bu dastanı. Atama görə Kəlbəcər şairlərinin xeyli şeirlərini öyrənmişdim. Sücaətdən, Bəhmandan şeirlər deyirdim xoşu gəlirdi. Daha 15 ildi heç kim məndən dastan zad soruşmur. 15 ildi səni "Orta sarıtel"də, "Ruhani"də, "Göyçəgülü"də axtarıram.. Sazın pərdələri də, simi də səni soruşur. Sazın həmin səsi vermir. Nə qədər kökləyirəm xeyri yoxdu. Mənim kimi onun da gözü səni axtarır.
Yadındadı, özün rəqs edə bilmirdin deyə məni milli rəqsə qoymuşdun? Toylarda deyirdin, çıx görüm.. Özün də kənardan əl çalırıdın. Həm də dostlarına gileylənirdin ki, camaatın oğlu karateyə gedəndə bizimki də rəqsə gedir.. Qohum-əqrəba soruşanda ki, Miri necə oxuyur? Deyirdin əməkdən, bir də nəğmədən 5 alır..
Bu yay məzarına ziyarətə gəldim. Hava çox isti idi, baş daşının kölgəsində sərinləndim. 15 ildi adını daşdan oxuyuram.
Özüm ata olsam da söykənməyə dayaq axtarıram.
Ay ata! Bu gün 15 ildi ağır depressiyada olan, ağır dərmanlarla yaşayan xanımının, həyat yoldaşının ad günüdü. Gözün aydın olsun. Narahat olma sənin adından da təbrik edəcəm. Onsuz da hər dəfə hədiyyəni sənin adından alıram. Deyirəm atam göndərib Rusiyadan. . O buketi bilirsən neçə ay saxlayır? Sənin adınla aldığım tortu bilirsən necə iştahla yeyir? Görmək lazımdı..
Amma ona sənin kimi baxa bilmirəm, məni bağışla. Bilirsən niyə bunları rahat yazıram? Çünki 2 institut bitirən sevgilin daha yaxşı oxuya bilmir, gözləri zəifləyib..

Ölümün mübarək, əziz atam!
Doğumun mübarək, gözəl anam!
Doğumun mübarək, gözəl anam!
***
Payızın küləkli, çiskinli havası xatirələri yada salmaqda davam edir. Bəlkə də payız nostaljinin budilnikidi.. Bir də baxırsan Oktyabrın hövsələsiz, cığal küləyi keçmişin qəmli, sevincli, hüzurlu xatirələrini qanadına alıb sənə gətirir. Belə xatirələr insanı xarab olmağa qoymur. Kəndə gedəndə bir başqa cür xoşbəxt oluram. Sizə Tovuzun "Dönük qırıqlı" kəndindən danışım. Uşaqlıqdan meylimi ora salmışam. Mənə görə burada günəş daha da parlaq olur. İnsanlar səmimi olmaqdan yorulmur.. Torpağın ətrini hiss edirəm kənddə. Orda mənim böyüməyən xatirələrim də var.. O evdə atamın uşaqlığı, üzünü görmədiyim babam Mirinin kitabları, sazı var.. O evdə mənim Bağdagül nənəm var idi. Nənəm oğlundan sonra çox yaşamağa utandı . O, evi, həyəti-bacanı, toyuğu, cücəni mənə tapşırıb getdi. Axirət yurduna köçdü. . Buğda anbarının yerini göstərib getdi. Nənəmdən sonra o qapını bağlayıb gedə bilmədim. Tutaq ki, getdim. Bəs o toyuqlara kim baxacaqdı? Səhər hinin ağını kim açacaq, onları məhləyə kim buraxacaqdı? Mən o toyuqlara nənəm kimi baxa bilmədim. Onun kimi dən səpə bilmədim. Toyuqlar da nənəmin yoxluğunu hiss etmişdi. Bir müddətdən sonra toyuqlar yumurtadan kəsildi, kürt düşmədi, xəstələndilər, peyvəndləri gecikdi, vaxtında vurulmadı. Onlar nənəmsiz qala bilmədi amma mən qaldım.. Bağdakı ağaclar da hiss etmişdi.. keçənilki kimi bar vermədilər. Getdim Şəmkirdən təzə şitillər aldım, gətirdim nənəmin ağaclarının yanında basdırdım.. Könüllərini almaq istədim amma ala bilmədim. Sizə nənəmin pişiyindən danışım. Nənəmin bir pişiyi var idi bəlkə də məninlə yaşıd olardı. Nənəm bu neçə ildə ona ad qoymamışdı, ona ala pişik deyirdi. Özü nə yeyirdi ona da ondan verirdi. Nənəm pis öyrətmişdi bu ala pişiyi. Çölə -bayıra çıxmaqla heç arası yox idi. Bütün qışı odun peçinin yanında uzanıb, xoşhallanırdı. Elə oradaca yatıb yuxuda xeyli siçan tuturdu.. Həmişə kefi kök olan ala pişik də nənəmdən sonra o evdən çıxıb getdi.. Necə qalaydı? Qurudlu xəngəli, sarımsaqlı əvəlik supunu bəs kim bişirəcəkdi ona? Şal nənəmə yaraşan kimi heç kimə yaraşmırdı. Mixəkli, darçınlı, zəncəfilli çayı daim stolun üstündə hazır (dəmli) olardı. Nənəmin quru çayı yox idi.. Heç bir problem nənəmin kefini (hüzurunu) poza bilməzdi. İşıq sönsəydi dərhal neftlə yanan lampasını çıxardardı. Qənaətcil arvad idi mənim nənəm. Şkafında kibriti, şamı, nanəli konfeti də var idi. O şkafda atamın orta məktəb dəftərlərini də saxlamışdı. Ərinin şəklini də, qaynatasının əsasını da, Quranını da.. Nənəm bütün xatirələrini səliqəli ütüləyib o şkafa yığmışdı. Nənəmin xəmiri tez gələrdi, özü yayardı, kündələri böyük olardı, sacın altını özü qalayardı, .. Yuxa (lavaş) salandan sonra axırda mənə fətir də salardı. Nənəmin fətirləri məni xoşbəxt etdi, onun göy kətələri məndə sevgi yaratdı.. Həmişə kəndə gedəndə mənə xoruz kəsirdi, quzu kəsirdi. Bəlkə də nənəmə görə yox, o xoruza, quzuya görə gedirdim kəndə.. Əyləncəli gəlirdi mənə. Gözəl nənəm, yadımdadı əsgərlikdə yanıma gəlmişdin. Dedin gəl şəkil çəkdirək. Sonra şəkildən xoşun gəldi, dedin nə qəşəng düşmüşük.. Mən də o şəkli sonra baş daşına vurdum. İndi hər dəfə məzarına gələndə, fatihə oxuyanda mənə elə gözəl baxırsan ki.. Təkcə mənə yox, hamıya elə baxırsan.. Bütün qəbirlərə gülümsəyirsən.. Sanki qəbirstanlıq əhlinə toxtaqlıq verirsən, səbirli olmağa çağırırsan. Elə bil deyirsən ki, bir az da dözün, qiyamətə nə qalıb ki.. Ruhum şad olsun, şallı nənəm! Həmişə təsbeh əlində zümzümə etdiyin o məşhur misranı xatırlayıram.. "Dünya duracaq yer deyil ey can, səfər eylə!"
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Kamran Səməd - Azaliya