M. Ə. Rəsulzadə - Şəhriyarın “Heydər Babaya salam” və "Dədə Qorqud" haqqında yazısı
Proza
“Heydər Babaya salam” əsərində şair bir dağ çevrəsində keçən uşaqlıq xatirələrini canlandırır. “Dağ yanından saf və aydın” bir su duruluğuyla axan və Azərbaycan ləhcəsindəki təbirlərin “bütün lətafətini” ustaca lətif edən bir üsulla Şəhriyar illərdən bəri könlündə bəslədiyi həsrəti, məşuquna ermiş (çatmış) bir aşıq hərarətiylə tərənnüm edir. Məşhur saz şairlərinin qullandıqları cana sinən bir ahənglə yazılan “Heydər Baba” 76 bənddən ibarətdir. Bu bəndlər təbiətin kənd həyatının uşaqlıqda oynanan oyunların, xalq əyləncələrinin bayram və matəm günlərinin, adət və ənənələrinin, yaz-qış həyatdakı bütün hadisələrin birər canlı tablosunu verirlər. Bu tabloları təsvirdə qullanılan insanın xalq ağzında söylənən sadə, fəqət canlı kəlmələrlə təşəkkül etməsi, ona ayrı bir gözəllik və ifadə qüdrəti bəhs edir. Şair xalqın danışdığı dili elə axıcı bir şeir dili halına gətirir ki, bunu oxuma-yazması olmayan bir kəndli anladığı kimi, ədəbi zövqü incəlmiş hər hansı bir aydın da böyük bir həzz ilə oxuyur və gerçək bir sənət əsərindən duyacağı həyəcanı duyar... ...Təbriz poçtunun yetirdiyi bu xariqə əsərin Azərbaycan ədəbiyyatında bir hadisə təşkil etdiyi bizcə şübhəsizdir. Zəngin Azərbaycan ədəbiyyatı ənənələrində hadisə və mərhələ təşkil edən əsərlər az deyildir, fəqət bunlardan xüsusilə, son illərdəki ədəbi həyatda görünənlər arasında heç biri “Heydər Baba” qədər canlı, qanlı və bir baxıma, hətta deyə bilərsiz ki, milli deyildir. “Heydər Baba”da xalq yaradıcılığının gerçək qaynaqlarından feyz alan, folklorumuzun bütün gözəllik və zənginliklərini özündə əks etdirən səmimi, təbii bir şeir çeşidi var. Çağdaş ədəbiyyat anlamına mütabiq (ardınca gələn) olan bu parlaq əsər, milli yaradıcılıq qüdrətini təmsil edən bir əzəmət və ehtişamdadır! Farscanın fəsahət və bəlağətinə məcbur olub illərcə ana dilini yadırğamış ikən azərbaycanlı sənətkarın, derkən, bu qədər milli bir şeir yazması yaşadığımız günlərin ən böyük hadisəsidir!”
“Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 4-5 (40-41), iyulavqust 1955-ci il. “Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 6-7 (42-43), sentyabr oktyabr 1955-ci il.
“Dədə Qorqud dastanları” “Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar, son illərin siyasi günlük bir mövzusunu təşkil edir. Azğınlaşan Bolşevik Ruslaşdırma siyasəti gərəyincə, bunlar, azərbaycanlı aydınları yenidən ələyib qızıl xəlbirdən keçirməyə vəsilə oldular. “Kitabi-Dədə Qorqud ela lisani taifey-i Oğuran” adını daşıyan XVI yüzildə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya krallıq kitablığının fihristini (içindəkiləri) tənzim edən Fleischer rastladı. Daha sonra Bartold, Diz, Moldke və s. kimi bilgin müsteşriklər (şərqşünaslar) tərəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dillərinə çevrildi. 12 dastanı əhatə edən bu kitab haqqında mütaliələr yazıldı və mübahisələr aparıldı. Nəticədə Dədə Qorqud və ya Qorqud Atanın, tarixi deyil, Xızır kimi əfsanəvi bir şəxsiyyət olduğu üzərində duruldu: Dastanların Azərbaycan sahəsində və Azərbaycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə varıldı. X-XI yüzillərdə Orta Asiyadan Azərbaycana külliyyətli Türkmən tayfaları gəldi. Bunlar özləri ilə bərabər Oğuz qəhrəmanlıq xatirələrini də gətirmişlərdi. Yerli Azərbaycan şərtlərinə uyan bu xatirələr bədii ədəbiyyat və dastanlar şəklini aldılar. Dədə Qorqud dastanları bax bu dastanlardandır”. “Azərbaycan” jurnalı, Ankara, il:1, sayı: 6, 1 sentyabr 1952-ci il. Ədəbiyyat haqqında “Ədəbiyyat rəhbərdir. Rəhbərin nöqsanı həqiqət yolunu tutanların nöqsanına mövcib (lazımınca) olur. Buna görə də mütəməddin (mədəniləşmiş) millətlərdə ədəbiyyat həyatın bütün vəqəələrini(əhvalat, hadisə) tənqid etdiyi kimi özünü də tənqid edir. Çünki, özü də həyatın bir vəqəəsidir. İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat özünü tənqid etməsə idi alimi-biəməl məqamında qalan idi”.
“İqbal” qəzeti, 10 oktyabr 1913-cü il, N476. Ana dilini bilmək “Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (danışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq (birləşmə) edəmiyorlar”.
“ İqbal” qəzeti, 4 iyul 1913-cü il, N402.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)