Haruki Murakami - Müsahibə
Söhbət
Haruki Murakami - Müsahibə
Hekayə kolleksiyanızı oxudum və həqiqətən də marağımı cəlb etdi. Siz kitabınıza ”Norveç meşəsi” romanı səpkisində real hekayələri əlavə etmisiniz. “Dünyanın sonu və möcüzələr diyarı” və yaxud “Dolama quş salnaməsi”. Bu ikisi arasındakı fundamental fərq nədir ?
– Mənim yazı üslubum “Möcüzələr diyarı”na çox yaxındır. Real üslubu özüm də bəyənmirəm. Mifik-əsatir üslubuna üstünlük verirəm. Lakin “Norveç meşəsi” ilə mən 100% real roman yazmaq qərarına gəlmişdim. Mənim bu təcrübəyə ehtiyacım vardı.
– Siz kitabınızı bu üslubda yazmağınızı sırf təcrübə kimi düşünmüşdünüz?
– Mən mifik-əsatir üslubunda roman yazmağa davam etsəydim, ilahi yazıçı olardım. Lakin mən realistik janrda kitabla özümə sübut etməli idim ki,bunu da bacarıram. Onun üçün də bu mövzuda yazdım. Əsərim Yaponiyada “bestseller” oldu və gözlədiyim nəticəni verdi.
– Aydındı, bu tamamilə stratejik seçim olub.
– Doğrudur. “Norveç meşəsi” oxunaqlı və anlaşıqlıdır. Əksər oxucu bu kitabı bəyənib. Onlar mənim başqa əsərlərimə sırf bu kitabı oxuduqdan sonra maraq göstəriblər.
– Yapon oxucuları amerikan oxucular kimidirlər. Onlar asan hekayə istəyirlər.
– Sonuncu kitabım “Kafka sahildə”nin 300 min nüsxəsi satılıb. Satışın belə çox olması məni heyrətləndirdi. Bu adi bir şey deyil. Hekayə çox mürəkkəb idi. Lakin mənim üslubum, mənim nəsrim çox sadə və oxunaqlıdır. Burada həm incə yumor , həm dramatizm var. Bu ikisi arasında heyrətamiz bir uyğunluq və vəhdət var. Bu da mənim uğurumun başqa səbəbidir.
– Yazmaq istedadı sizdə fitrətdən gəlir?
– Mən inteligent deyiləm. İddialı da deyiləm. Sadəcə kitabımı oxuyan minlərlə insanlardan biriyəm. Mənim caz klubum vardı və mən kokteyl və sandviç düzəldirdim. Yazıçı olmaq istəmirdim. Planımda belə bir şey yox idi. Yazıçılıq Allahdan bir lütf kimi verildi. Mən düşünürəm ki, bacardığım qədər sadə və təvazökar biri olmalıyam.
– Yazıçı olanda neçə yaşınız vardı? Yazıçı olmağınız özünüz üçün sürpriz idi?
– 29 yaşım vardı. Bəli, bu mənim üçün tamamilə sürpriz oldu. Və mən yazmağa başladığım anda hiss etdim ki, uğur qazanacağam.
– Doğrudanmı, yazdığınız ilk gündən özünüzü rahat hiss edirdiniz?
– Mən yazmağa gecə yarısı mətbəx stolunda başlamışam. İlk kitabımı bitirmək 10 ayımı aldı. Mən yazdıqlarımı bir naşirə verdim və mükafat aldım. Sanki yuxuda idim. Çox heyrətlənmişdim. Lakin həmin andan sonra, düşündüm. Niyə də yox? Mən yazıçıyam. Özümdəki bu bacarığı qəbul etdim.
– Ədəbiyyatda ideallarınız kim olub? Hansı yapon yazıçıları sizə təsir edib?
– Mən uşaq və yeniyetmə vaxtlarımda yapon yazarlarını çox oxumurdum. Bu mədəniyyətdən xilas olmaq istəyirdim. Mənə çox darıxdırıcı gəlirdi.
– Ancaq səhv etmirəmsə, atanız yapon dili müəllimi olub?
– Bəli, doğrudur. Amma mən həmişə Qərb mədəniyyətinə, caz musiqisinə, Dostoyevski, Kafka, Reymund Şandler üslubuna meyilli olmuşam. Mənim öz dünyam var, fantastik dünyam… Mən istəyəndə Sant Peterburqa və ya Qərbi Hollivuda gedə bilirəm. Bu romanın gücüdür. İstədiyin yerə gedə bilirsən. Lakin 1960-cı ildə bu demək olar ki, qeyri mümkün idi.
– Sizin ilk kitabınız çap olundu, mükafat aldınız, bəs başqa yazıçılarla görüşməyə başladınızmı?
– Xeyr, görüşmədim heç.
– Həmin vaxt yazıçı olan dostlarınız yox idi?
– Xeyr.
– Bu günə kimi də yazıçı dostlarınız yoxdur?
– Xeyr. Demək olar ki, yoxdur.
– Bəs xanımız necə? İlk romanınıza münasibəti necə oldu?
– Mən ona ilk romanımın əlyazmasını göstərəndə, o dedi ki, bunu heç vaxt oxumayacaqlar. Qətiyyən təsirlənmədi.
– O təsirlənmədi...
– Xeyr. Bu, ilk iş kimi qorxunc idi. Mən yenidən yazmağa cəhd etdim. Düzəliş elədim.
– Bəs indi necə? Siz yeni bir kitabı yazmağa başlayanda, xanımınız buna maraq göstərir?
– O, mənim ilk oxucumdur, mən yazıram və ona güvənirəm. Tənqidlərindən nəticə çıxarıram. O mənim köməkçimdir.
– Yaponiyada oxuyub zövq aldığınız yazıçılar varmı?
– Bəli, bir neçə yazar var. Ryu Murakami, Banana Yoşimoto. Onların kitablarının bəzilərini xoşlayıram. Lakin mən tənqid etmirəm.
– Axı niyə?
– Düşünürəm ki, işim insanları və dünyanı araşdırmaqdır, öyrənməkdir, onları mühakimə etmək yox.
– İngiliscə oxuduğunuz ilk kitab hansı olub?
– “The Name Is Archer”, müəllifi Ross MakDonald olub. Həmin kitabdan çox şey öyrənmişəm. Tolstoy və Dostoyevskini oxumaqdan zövq alırdım. Onların əsərləri çox uzundur. Lakin mən oxumağı dayandırmırdım. Hazırdakı hədəfim isə Dostoyevski və Şandler üslubunu bir kitabda cəmləməkdir.
– Mən sizin əsər qəhrəmanlarınız haqqında soruşmaq istərdim. Onlar sizə nə qədər yaxındır? Onların müstəqil epik həyatının olması sizin üçün vacibdirmi?
– Mən kitabımdakı obrazları həyatımdakı real insanları müşahidə edərək yaradıram. Çox danışmağı sevmirəm. Başqa insanların hekayələrini dinləməyi xoşlayıram. Mən özüm qərar vermirəm ki, onlar hansı tip obraz olsunlar. Sadəcə onlar nə hiss etdiklərini düşünməyə çalışıram. Onları müşahidə edirəm və bəzi xarakterlərini özüm üçün qeyd edirəm. Bilmirəm bu nə dərəcədə realdır? Lakin mənə görə xarakterlər real insanlardan daha canlı, daha həqiqidirlər. Altı-yeddi ay, yazı prosesi çərçivəsində o insanlar mənim içimdə yaşayırlar.
– Əsərlərinizdə adətən, iki tip qadın obrazı olur. Bunlardan biri münasibəti ciddiyətə köklənən protaqonist tiplərdir. Bu tiplər həddən çox duyğusal olur, xatirələrlə dolu həyat onları kölgə kimi izləyir. Digər qadın obrazı isə bağışlayan, yardımsevər, bəzən də tam üz çevirib, unutmağı bacaracaq qədər qətiyyətlidir. İkinci obraz daha seviləndir, sizcə də elə deyilmi?
– Əlbəttə. Lakin protaqonistə hər kəs fərqli yanaşır və təhlil edir. Mənim protaqonistim iki dünya arasında qalıb, maddi dünya və qopub ayrıla bilmədiyi mənəviyyat dünyası. Mənəviyyat dünyasında kişilər də, qadınlar da sakitdirlər, inteligentdirlər, xoşgörüşlü və müdrikdirlər. Real dünyada isə onlar aktiv, komik və pozitivdirlər. Onların gözəl yumor hissi var. Protaqonistin zehni müxtəlif dünyalar arasında bölünür. Bəzən maddəyə yönəlir, bəzən ruha.
– Caz yaradıcılığınıza necə təsir göstərir?
– 13 yaşımdan caz dinləyirəm. Musiqi böyük qüvvədir. Akkordlar, melodiya, ritm. Bunların hamısı yazılarıma təsir edir. Mən musiqiçi olmağı istəmişəm. Lakin alətləri yaxşı çala bilmirdim. Beləliklə də yazıçı oldum. Kitab yazmaq da musiqi ifa etmək kimidir. Əvvəl mövzunu çalırsan, sonra improvizə edirsən və nəticə mükəmməldir.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Ryu Murakami haqqında
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Haruki Murakami - Buz adam
Haruki Murakami: "Yazanda öz içimdəki qəribə, gizli yerlərə gedirəm"