Edebiyyat.az » Təqdimat » İosif Brodskinin nobel nitqindən bir hissə

İosif Brodskinin nobel nitqindən bir hissə

İosif Brodskinin nobel nitqindən bir hissə
Təqdimat
admin
Müəllif:
01:30, 18 dekabr 2020
1 076
0
İosif Brodskinin nobel nitqindən bir hissə



 «Mən bu qış gecəsində XX əsrin axırıncı onilliyinin birinci ilində öz yüzilliyimizə baxıb, 6 böyük yazıçı görürəm və onları xatırlamaq istəyirəm: Bu, Marsel Prust, Frans Kafka, Robert Müzil, Uilyam Folkner, Andrey Platonov və Semuel Bekketdir. Onlar bizim yüzilliyin ədəbi peyzajının zirvələridir; bu əsrin ədəbiyyatının Alp, And və Qafqaz dağları arasında onlar həqiqi Himalaylardır. Bu yazıçılar zərrə qədər də olsun, ötən əsrin ədəbiyyat nəhənglərindən geri qalmırlar. Onların əsərləri əsl həqiqətdə XIX əsrin romanlarının dayandığı yerdən başlanıb. Özü də daha çətin şəraitdə. Son hesabda ədəbiyyat toplanan xoşagəlməz hadisələrə qarşı insanın müqavimət göstərə bilməsinin xronikasıdır.

Bu dahi altıların fərqli və oxşar cəhətləri nədən ibarətdir? Birincisi, onlar komanda oyunçusu olmayıblar. Əksinə, tənha olublar. Son nəfəslərinə qədər nə qəddar diktatorlara nə də şirindilli yepiskoplara tabe olmayıblar. Bu altıların sənəti şair demişkən məntiqin yoxa çıxdığı yerdən, XIX əsrin süjet və kompozisiyalar sisteminın dağıldığı yerdən başlanıb. Diqqət edin Kafkanın „Qəsr“, Müzilin „Xassəsiz insan“, Platonovun „Çuvenqur“ romanları həmçinin Folknerin, Prustun, Bekketin əsərlərinə tamamlanmış əsərlər kimi baxmaq mümkün deyil. Neçə ki epos mərkəzdənqaçandır, əslində o heç vaxt tamamlana bilməz. Həmin gözəl altılığın əsərlərindəki mərkəzdənqaçma qüvvəsinin getdikcə genişlənən hərəkətinin mənbəyində duran — dəqiqlikdir. Tərəddüd dəqiqliyi, həm özünün və həm də yazı üslubunun hərəkətverici qüvvəsidir. Başqa sözlə hekayədən əvvəl nəğmənin mövcud olmasına baxmayaraq, modernistlərin dilin təhkiyə üzərində hakimiyyətini qaytarması ilə ədəbiyyat öz inkişaf dairəsini tamamladı. Poeziya təqlid (yaxud yamsılama) üçün yaramır.

Məhz bu keyfiyyət ona imkan vermir ki, demoqrafik hadisəyə çevrilsin. Terminologiya, yarlıqlaşma, təsnifatlandırmalar ədəbiyyatı demoqrafik reallığa gətirib çıxarıb. Son anda mən hesab edirəm ki, „modernistlər“ kimlər ki, dilin diktatına (əmrinə) tabe olub, onu etik, tarixi və ictimai həmrəyliyə tabe etdirməyiblərsə, biz onları „yaxşı yazıçılar“ kimi fərz edirik. Kim ki özünü dilin aləti hesab edirsə onları nəzərdə tuturam, əksini yox. İncəsənət nə yaradırsa yaratsın: lap yeni estetika olsun, etika ondan əmələ gəlir. Bu incəsənətin istənilən ictimai qanundan yaşlı olmasından irəli gəlmir, ondan irəli gəlir ki, onu ictimai qruplar yox, fərdlər yaradıb.

Bir neçə il əvvəl mən demişdim: estetika — etikanın anasıdır. Mənim sənətimin daşıyıcısı olan hər bir kəs şeirin ən əvvəl vokal olduğunu bilir, bilir ki, şeir öz başlanğıcını mənadan yox, səsdən götürür və yazar, yazı anında estetik seçim edir – bu, dilin seçimidir. Bununla yanaşı, istənilən həlledici seçim, məsələn, „sevgi“ seçimi də estetik mahiyyət daşıyır. Etika üzərində seçimə söykənsək „itə“ də üstünlük verə bilərik. Bütün bunlar mahiyyətcə bizim yüzilliyin ikinci yarısında nəsr sənətinin başına gələnlərdir. Son onilliklər kimi ədəbiyyat üçün mülayim mühit heç vaxt olmayıb. Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanlarına baxıram, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına bənzəyirlər. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü, bu səs-küydən fərqlənmir.

Öz müxtəlifliyinə, xüsusən dəhşətli yaşantılarına baxmayaraq, iyirminci əsrdə bizim rəflərimizin əsas sahəsini zəbt edənlər daha çox maklatura üçün yararlıdır. Çünki bizim əsrin ədəbiyyatı özünün bugünkü sifətiylə fərdin azadlığına deyil, özünün və onun ictimailəşməsinə can atır. Əsrin son 25 ilini o öz yerini kino və televiziyaya verdiyinə görə bunlar onu lazımsız bir şeyə çevirib».
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)