Edebiyyat.az » Təqdimat » ŞvartsMan - Məhəbbət üçün ürəkbulanma(r e k l a m)

ŞvartsMan - Məhəbbət üçün ürəkbulanma(r e k l a m)

ŞvartsMan - Məhəbbət üçün ürəkbulanma(r e k l a m)
Təqdimat
admin
Müəllif:
15:37, 26 fevral 2023
1 764
0
Ş vartsMan - M ə h ə bb ə t üçün ür ə kbulanma (r e k l a m)




 

1

Hə, qayıtdım. Deməmişdim, qayıdışım möhtəşəm olacaq, amma əsas odur, sağam. Bəziləri düşündü ki, "Şeytan ayələri"ndən sonra məni öldürə bilərlər. Birini öldürmək üçün onu gərək görəsən və harada olduğunu biləsən. Mən öldürmədilər və mən təəccüblənmədim. Şeytan ayələri haqqında çox yazılıb və nə üçün məhz Salman Rüşdini bıçaqladılar? Məncə, bu bəxtsizlikdir. Yazıçının gərək bəxti də olsun. 

 

Məni cəmi 2-3 min adam tanıyır. ŞvartsMan kimi tanıyan bu insanların yarısı mənim yazdıqlarımı oxuyub və yazıçı olduğumu bilirlər. Çox, çox azlıq isə kitabımı alıb oxuyub və yoxa çıxıb. Oxucularımın səssizliyi məni məyus edir. Səssizliyi sevirəm, amma reklamda yox. Kimsə mənim kitabımı youtube-da yandırmalı, ya da... Nə bilim, bizim millətin qəribə xasiyyəti var - yaxşı şeylər baş verəndə susurlar. Mənim kitabımı oxuyanda da xasiyyətlərini dəyişmədilər. (Birini pisləməkdə Kral Arturuq, tərifləməkdə  isə Hacı Qara.) 

 

Yeniyetmə vaxtı qəzetlərdə kriptoqram həll etməyi sevirdim. Bir dəfə anonim  aforizm tapmışdım və indiyə kimi unutmamışam:

 

"Yazıçı allah kimi olmalıdır; varlığını hiss etdirməli, ancaq gözə görünməməlidir". 

 

Ölənə kimi mənimlə olacaq bu cümlə

 

Bunu statusda yazmışdım:  ədəbiyyatda mən allah kimiyəm: varam, amma görünmürəm. Mən öz varlığımı hiss etdirməliyəm. Necə ki  allah da tanınmırdı, varlığı bilinmir, heç kim ona inanmırdı lap başlanğıcda. O nə etdi? Özünə reklam menecerleri olaraq peyğəmbərləri seçdi və üç əsas menecerinin (Musa, İsa və Məhəmməd) adına kitablar yazdırdı. Və beləcə allah dünyada ən popular varlığa çevrildi. Əlbəttə ki, bu işlər iki günə baş vermədi, uzun illər, əsrlər çəkdi. Amma allahın sonsuz vaxtı vardı, mənimsə vaxtım azdır və deməli, onun əsrlərlə etdiyini bir neçə onilliyə bacarmalıyam. 

 

Etiraf etməliyəm, yazıçı kimi mənim işim allahın işindən də çətindir: O, dünyanı yaratdı və qorxaq kimi  qırağa çəkildi. Mən isə öz yaratdığım dünyanın içində yaşamağa məhkumam. Qorxmuram, sadəcə bilirəm, axırda öləcəyəm. 

 

"Məhəbbət üçün ürəkbulanma" romanının müəllifi kimi mənim yazı tərzimdə amerikan stand up-çılarının ironiyası var - fərq budur ki, mən güldürmürəm. Mənim kimi yazmaq üçün gərək mənim kimi yaşayasan. Hər türməyə düşən Dostoyevski olmadığı kimi, adında qara ləkə olan adam da ŞvartsMan olmur. 

 

Doğum günlərini və ölüm günlərini heç sevmirəm. Fikrimcə, ikisi də eyni dərəcədə kədərlidirlər. Doğulmaq ölməkdir, ölmək isə yenidən doğulmaq. Bu əbədi döngüyə orta barmağımı soxmaq istəmirəm. 

 

Maraqlı adam olmaq lazımdır. Maraqlı adam olmaq üçün gərək maraqsız adamlardan uzaq olasan. Hər şeydəəvvəl isə nəyin maraqlı, kimin maraqsız olduğunu ayırd edəsən. Tv-lər, internet kanalları mənim kimi adamları qonaq çağırmalıdır, halbuki onlar çənəsi olan hər məşhuru gözümüzə pornoqrafik şəkildə soxurlar. Son zamanlar pornolar məni iyrəndirir, lakin filmmeyker Erika Lastın işlərindəki səviyyəni inkar etmək olmaz. 

 

Biri mənə "STOP" desin! Mən nə danışıram bayaqdan?! Mövzumuz romanımı sizə reklam etməkdir. Heç kim bilməsin, bu reklama görə sayta pul vermirəm, həmçinin onlar da mənə yazıya görə pul vermir. Hər şey qarşılıqlıdır, aramızda pul söhbəti ola bilməz. 

 

Ən yaxşısı sizi aldatdığımı zənn etməməyiniz üçün romanımdan danışım. Bura kimi maraqlı gəlmişdik, bundan sonra ürəyiniz sıxılmasa yaxşıdır. Əvvəlcə deyim, "Məhəbbət üçün ürəkbulanma" erotik, yaxud pornoqrafik roman deyil. Təhlükəlidir, amma pornoqrafik deyil. Pornodan fərqi budur ki, pornoda orta yaşlı kişi 19 yaşlı qızı söyərək ağzını sərt şəkildə s1k1r, qız boğulur, havasızlıqdan gözləri qızarır və qusur. Sən də bu pornoya baxaraq o kişi ilə birlikdə qızın ağzını eşələdiyini hiss edirsən və orqazm yaşayırsan. Nəticədə, realda heç kimə bunu etmirsən. Amma bizim bu romanda işlər tərsinədir: yazılanlara inanırsan, təsirinə düşürsən və reallaşdırmağa çalışırsan. Bu prizmadan baxsaq, porno bizim işimizdən daha təhlükəsizdir. Amma və lakin, pornonun və yazıçılığın ortaq cəhəti ikisinin də s1k1ş işi olmağıdır - biri bədəni s1kməklə, digəri isə ruhu s1kməklə pul qazanır. 

 

Yazmaqda tam bir sikici mexanizməm (oxu: yazıçı mexanizm). Bizdən heç kim bu mövzuda əlimə su tökə bilməz. Sözümü geri götürmürəm, dəyişirəm: yalnız bir halda əlimə su tökə bilərlər - yeməkdəəvvəəlimi yumaq üçün. 

 

20 yaşlı gənclərin yazıçılıq etdiklərini görürəm, cümlələrdə ucuz priyomlar edirlər. Ürəyim ağrıyır ki, onlar necə belə maraqsız yaza bilirlər. Özlərindən başqa hər şeydən yazırlar və yenə də maraqsız yazırlar. 19 yaşında yazdığım "Məktub"adlı ilk hekayəmi internetdən tapıb oxuyun, görəcəksiniz ki, 31 yaşımdakılar kimi səviyyəli olmasa da, ən azı maraqsız deyil. 

 

Mənə lətifə danışdılar, dedilər ki, realdır. Bir dəfə Günel Mövlud yazıçılığı öyrətmək üçün pullu dərslər verdiyini elan etmişdi. Bakıda oturub Norveçin soyuğuna xısın-xısın güldüm. Günel Mövlud Saakaşvili kimi idealist olmasa yaxşıdır. Ümumiyyətlə, qadın yazıçılar adamda oxumaq istəyini yox, testosteronun səviyyəsini yüksəldir. Biz kişilər qadın yazıçının kitabını dilimizlə vərəqləyib oxumaq istəyirik. 

 

Xahiş edirəm yanlış anlamayın, məşhur olmaq üçün məşhur adamlara ilişmirəm. Bu mənim üslubum deyil. Sabah xəbərlərdə desələr ki, Azərbaycanda gənc yazıçı ŞvartsMan cinsini dəyişib, heç kimin xəbəri olmaz. Yəni o dərəcədə tanınmıram. Həm də o xəbərə heç kim inanmaz, oxucularım mənə cins şalvar alıb gətirərlər. Vəziyyət o dərəcədə tragikomikdir. 

 

Əlbəttə, ölümdən sonra məşhurluğa inanıram. Amma bu mənə lazımdırmı? Ölümdən sonra cənnəti istəmirəm. Kafka, ya da Niçe olmaq seçim deyil, taledir, əzizlərim.

 

Mənim yazıçılığım kritikdir. Bir dəfə Əhmədlidə parkda keçirilən sərgidə gənc yaşda maşın qəzasında ölən Bakumozun rəhbəri Nurəddinin ölümü üçün ehsan verildi. Nurəddinlə şəxsi tanışlığım vardı, ölümündən təxminən bir ay əvvəl Landmarkın yanında rastlaşmışdıq, kitab sahəsində məndən çox iş görüb. Yazıçı dostum Gülər Elda ilə yanaşı oturub ehsanda verilən çaydan içib, şirniyyatları ləzzətlə yeyirdik.  Gülər Elda mənə dedi ki, bilirsən də sən ölsən ehsan verməzdilər və biz şirniyyat yeməzdik. Cavab verdim ki, düz deyirsən, məni tanımırlar.  Amma bir şey var ki, burada yediklərimizi həzm edib sabaha bədənimizdən çıxardacağıq. Amma Nurəddindən fərqli olaraq, mən kitab yazmışam və mənim fikirlərim isə girdiyi yerdən çıxmır. Məncə, ölümsüzlük budur. 

 

2

 

Romanımın annotasiyası belədir:

Fiona və Vayssın məhəbbət münasibəti iki il davam edir. Onların iki gecə keçirib ayrılmaqlarında heç bir qeyri-adi nəsə yoxdur. Bu ayrılıq başlanğıcda Vayssa bir o qədər təsir etməsə də, sonradan melanxoliyaya qapılır. Bu gizli depressiv melanxoliya sayəsində Vayss həyatında ilk dəfə məhəbbət və ayrılıq, qadın və kişi, həyat və ölüm, özü və başqaları haqqında düşünməyə başlayır. Qərara gəlir ki, məhəbbət haqda kitab yazsın. Bu dönəmdə Kamilla adlı evli qadınla tanış olur. Və hər şey bundan sonra başlayır.

 

Bu debüt romanım özümə görə uğurludur, başqalarının da xoşuna gəldi. Xarici ədəbiyyat təsiri buraxxxdı. Oxuyanlar səmimi yazılmağından dərhal başa düşdülər ki, avtobioqrafikdir. Qızın əsl adını gizlətmək üçün şərti adını Fiona etmişəm. Bəli, Şrekin Fionası. Romanını yazdığım bu qız evlidir, uşağı da var. Ona saxta lezbiyan profilimlə xəbər verdim ki, sənin, yəni bizim haqqımızda kitab yazmışam. Əlbəttə, o sevindi və dedi ki, gözünə girsin kitabın. Nə deyim, aşırı sevinc bəzən aqressiya yaradır. Qadınlar roman oxumaq istəmirlər, roman yaşamaq istəyirlər. 

 

Romandan sitatlar (1):

 

İndiki dövrdə məhəbbət romanı yazmaq uğursuz gedişdir, çünki sənə heç kim inanmayacaq. Düzdür, bunun haqqında yazmaq romantik olsa da, şablon erotizmdir. Hələ üstəlik ciddi qəbul olunmur.  

 

Ayrılıq – bu, gözlənilən sonluqdur. Deməli, təəccüblü heç nə yoxdur.  

 

Bizim ayrılığımız süni doğuşa bənzəyir, ağrısını həmin an yox, sonradan çəkirsən. 

 

Əslində kişilər qadınlarda sədaqət axtarır - yəni özlərində olmayan bir şeyi.  

 

Bütün kişilər yaxşı bilsələr də  heç vaxt etiraf etməzlər ki, başqasının arvadı ilə yatmaq öz arvadı ilə yatmaqdan daha maraqlıdır.  

 

Sekslə həftədə üç dəfə məşğul olmayan cütlüklərin devizini bilirsiz? “Sevgi keçib gedir, hörmət qalır”.  

 

Nikah – inandığın ikinəfərlik marafon qaçışıdır. Sonda hamımız sprinter  çıxırıq. Sədaqət? Bu, itlərin dinidir.  

 

Özünüzü aldatmayın: nikah şəriət və hüquq sisteminin kokteylidir. 

 

Bu dünyada sülh varsa, o yalnız yataqda yaşayır. Bu ikinəfərlik müharibədən başqa heç yerdə sülh yoxdur, əzizlərim. 

 

21-ci əsrdə məhəbbət seks sözünün arxaikləşmiş variantıdır. 

 

-Sənə başqasıyla xoşbəxt olmağı arzulayıram.

-Mənə inanmadığım bir şey arzulama. 

 

Siz sevdiyiniz insanla evlisizsə, uşaqlarınız varsa, bu xoşbəxt sondur və sizdən yaxşı məhəbbət romanı çıxmaz. 

 

Hər yeni sevgili xoşbəxtlik və məyusluqdur. Axı niyə sonda özümü əzilmiş limon kimi hiss edim? 

 

Qadınların təbiəti belədir: ilk böyük sarsıntıda saçlarını kəsirlər, ikinci böyük sarsıntıda saçlarının rəngini dəyişirlər. 

 

Kasıb - vaxtını özünə sərf etməyən adamdır. 

 

Kim dedi ki, xoşbəxtlik var, mən bədbəxtlik gətirirəm. Beqbeder demişkən, özümə nifrət etmək üçün qadınlardan istifadə edirəm.  

 

Münasibətimiz paltar kimi köhnəlir və yavaş-yavaş cırılırdı. Deyəsən, müasir paltarlar insan münasibətlərindən daha uzunömürlüdür.  

 

Nəsil artırmaq özünü kopyalamaqdır, mən də özümü kitab yazaraq kopyalayıram.

 

 

ƏN BÖYÜK S1KİŞ KİTAB YAZMAQDIR

"Məhəbbət üçün ürəkbulanma" kitabımı GÖRƏNLƏR yəqin düşünüblər ki, ya bu oğlan qız tutmaq istəyir, ya da qeyri-ciddi yazıçıdır məhəbbət haqqında yazırsa. Çünki sevgi-məhəbbət-qadın kimi mövzular adətən məşhurluq və daha çox qadınla tanış olmaq üçün yazılır çox vaxt. 

 

Və ƏMMA kitabımı OXUYANLAR gördülər ki, bu kitab qadınların çoxunun xoşuna gələcək kitab deyil. Ona görə yox ki, içində sevgi yoxdur, seks yoxdur, göz yaşı yoxdur. Sadəcə, bu roman sizə təkcə məhəbbətdən danışmır, məhəbbət adı ilə sizə həyatdan danışır. Bir növ s1kiş gəlir yazıçı sizə. Romandan siz erotik və sevgi dolu mənasız sözlər gözləyərkən, o sizə daha dərin məsələləri göstərərək s1kiş gəlir. Bəzi insanlar məndən inciyir ki, mən bizimkiləri, yaxud Məmmədin yazdığı kitabları oxumuram. Niyə oxumuram? Çünki mən onun kitabını oxumadan üzünə, danışığına, istifadə etdiyi sözlərə baxanda bilirəm ki, oxumağa dəyməz bu adamı. Niyə oxumuram? Çünki ən böyük s1kişi mən gəlirəm, onlar yox. Məndən böyüyü hələ qarşıma çıxmayıb. 

 

Kitab yazmaq nədir? Təsəvvür edin, mən qapınızı döyüb romanımı necə yazmışamsa, elə danışıram sizə. Siz düşünəcəksiz ki, başdanxarabdı ki bu! Dərdimi-sərimi, məni narahat edən düşüncələri sizə qapınızda danışmaq istəsəm, nəinki evinizə dəvət etməzsiniz, qulaq asmayıb qapını üzümə çırparsız. Və mən necə edə bilərəm sizin evinizə girim? Əlbəttə, özümü kitaba çevirərək. Yəni kitab yazaraq. Siz məni dinləmədiniz, qapınızdan qovdunuz, mən də özümü kitaba çevirərək sizin ən məhrəm yataq otağınıza daxil oldum. Özü də ən böyük s1kiş budur ki, siz mənə pulsuz qulaq asmaq istəmirdiniz, indi isə kitabıma pul verərək mənə qulaq asırsınız. 

 

Unutmayın, kitab işi ən böyük S1KİŞ işdir. 

 

Romandan sitatlar (2): 

 

Məhəbbət illüziyadır; yalnız ona inananların gözünə görünür. 

 

Sevgi ölərək qalib olmaqdır. Pirr qələbəsi  kimi: məğlubiyyətə bərabər qalibiyyət. 

 

Fikir verin, biz öz həyatımızdan yaxşı nəsə düzəltməyə çalışırıq, amma düzəltdiklərimiz qonşumuzdakının oxşarıdır.   

 

Fionadan ayrılmasaydım bu kitabı yazmazdım. Deməli, yaxşı məhəbbət romanının yazılmağı üçün yaxşı ayrılıq lazımmış. 

 

Cəhənnəm nədir ki? İtirilmiş cənnət. 

 

Kişinin qisası, səni cəhənnəmə göndərməkdir, qadının qisası isə həyatını cəhənnəmə döndərməkdir.  

 

Cənnət həmişə kiminsə tərəfindən yaradılır (Eden bağı), cəhənnəmi isə biz özümüz yaradırıq (məhəbbət).

 

Bəlkə məhəbbət şairlərin qadınlarla yatmaqları üçün uydurduğu şeirdir? 

 

Məhəbbət yaradıcılıq və dağıdıcılıqla bağlı şeydir: bir insan gələr, ya həyatını dəyişdirər, ya da alt-üst edər. Amma nəticə etibarilə ikisi də eyni şeydir.  

 

Sevmək və inanmaq diş pastası və diş fırçası kimidir: bir-birini tamamlayırlar, amma sanki başqa-başqa şeylərdilər. 

 

Nə zaman məscidləri boş görsəm, dodağım qaçır: sevinirəm ki, insanlar düşünməyə başlayır.  

 

Əvvəllər allaha, dinə, dövlətə qarşı çıxmaq küləyə qarşı işəmək idi. İndi isə bu hərəkət sadəcə yanan ocağı söndürməkdir.  

 

İnkvizisiya cəhənnəmin varlığını sübut etmək üçün insanları tonqallarda yandırırdı ki, cənnətə özləri getsinlər.  

 

Hər məhəbbətdə Froydan nəsə var: xilas üçün məhəbbətə can atırıq və bilə-bilə ki, sonda bizi məhv edəcək. 

 

Roman haqqında 10 maraqlı fakt

1. Romanda istifadə olunan fahişənin telefon nömrəsi və ünvanı həqiqidir. 

 

2. "Fiona" adlı qızın adındakı "F" hərfi real xanımın adının baş hərfidir. 

 

3. Oxucuların həqiqətən baş verdiyinə inandığı "İn vino veritas" fəsilindəki Arkad müəllifin uydurmasıdır və reallıqla əlaqəsi yoxdur. 

 

4. Roman Pifaqorun mükəmməllik simvolu hesab etdiyi 10 rəqəmi üzərində qurulub. Kitab iki hissədən ibarətdir. Hər hissədə 10 fəsil var. 

 

5. Əslində kitabın adı "Ağın Qaraya çevrilməsi" olacaqdı. Çünki simvolik adlar olan Vayss və Şvarts almancadan "ağ" və "qara" deməkdir. 

 

6. "Məhəbbət üçün ürəkbulanma" adı təsadüfən seçilməyib. Bir çox məna çıxarmaq olar. Amma həqiqətə yaxını budur ki, müəllifə görə bu roman "Azərbaycanda indiyə kimi yazılan məhəbbət romanlarının üstünə qusmaqdır". 

 

7. Kitabda bioloji səhv var: əslində küknar ağacları yarpaqlarını tökür. 

 

8. Romanda "Şvarts" müəllifin qısaldılmış adı və Vayssın alter eqosudur. 

 

9. Roman 3 ilə yazılıb və 102 səhifədir. Müəllif demək istəyir ki, məhəbbət uzun çəkən, amma az davam edən hissdir. 

 

10. Yazıçının 29 yaşında yazdığı ilk romandır.

 

Romandan sitatlar (3):

 

Məndə "səni sevirəm" cümləsi heç vaxt inandırıcı olmayıb. Sizcə, "mənimlə evlənərsən?" sualı nə dərəcədə səmimi ola bilər? 

 

Uzunmüddətli məhəbbət üçün mən uğursuz partnyoram. 

 

Evliliyi ona görə yaradıblar ki, cəhənnəmin nə olduğunu bilək. 

 

Nikah iki nəfəri bir-birinə bağlayan psevdopranqadır. Yəni məhəbbətin ASAN xidmətdə təsdiqi.

 

 Nikah şəhadətnaməsi üzərində cinsi əlaqəyə görə qadın əxlaqlı sayılacaqsa, mən bu oyunda yoxam, dostum. 

 

Bizim üçün seksual inqilab "bakirə" Məryəmə pis baxmaqla başlayır. 

 

Atalar " Ehtiyat igidin yaraşığıdır" deyərkən məhz prezervativi nəzərdə tutublar. 

 

Markes nə deyirdi? "Səhər yeməyini tək yeməmək üçün evlənmişəm". Mənsə səhər yeməyini tək yemək üçün evlənmirəm

 

Kitabımı oxuyub mənə yazanlar oldu. Düzdür, onların sayı elə də çox deyil, amma dəyərlidirlər. Bir oğlan kitabımı  sevgilisi ilə oxuyub mənə yazmışdı. Kitabda iki şey onun marağına səbəb olub: fahişənin telefon nömrəsi və evinin ünvanı. Oxucular elə bilirlər ki, biz həmişə hər şeyi uydururuq. Nömrə və ünvan provakasiyadır. Kitabımı alıb oxuyanlar ünvana o qədər getdilər ki, həmin arkada artıq qara darvaza var, halbuki arkalarda darvaza olmur. Hər şey mənim kitabımın çapından sonra baş verdi. Həmin ünvana getsəniz, arkada çoxlu kişilər görərsiniz. Mən həmişə fədakar olmuşam: mən s1kmədim, qoy başqaları s1ksin. 

 

İkincisi isə, oxucu Arkad adlı sərxoşun real olub-olmadığını dəqiqləşdirmək istədi. Deyirəm: nə elə bir adam var, nə də elə bir hadisə baş verib. 

 

Elə oxucular var ki, məni oxuyub axtarıblar. Kitabım xoşlarına gəlsin ya gəlməsin ŞvartsMan adını unutmayacaqlar. Romanımı tikanlı gülə bənzədirəm: xoşlarına gəlir, amma tikanları   batır.  Kitabımı ən çox alanlar qadınlar oldu. Kitabın reklamını bu devizlərlə etdim: “Gənclər üçün təhlükəli kitablar”, “Qadınlar üçün təhlükəli kitablar”, “Siyasətdən ciddi kitablar”... Həqiqətən belədir. Bilinənin əksinə, məhəbbət siyasətdən ciddidir; siyasəti insan yaradıb, məhəbbəti isə heç kim yaratmayıb, o bizim yaradılışımızda olan bir şeydir. 

 

Romandan sitatlar (4):

 

İnsanlar arzulayıb gerçəkləşdirə bilmədiyi şeyləri qadağan edir. 

 

Buna ürəkdən inanıram, yəqin 22-ci əsri görməyəcəyəm. 

 

Məəqrəb kimiyəm: saxta, süni və əxlaqi şeyləri sancmaq təbiətimdən gəlir. Özümü saxlaya bilmirəm. 

 

Və müqayisə edəndə görürsən ki, bitkiləri, çiçəkləri sevən insanlar heyvanları sevən, saxlayan insanlardan daha həssasdırlar. 

 

Əxlaq...pis sözdür. Əxlaq əxlaqsızlığımızı gizlətmək üçün maskadır. Necə ki, biz bədənimizdəki ayıb yerləri gizlətmək üçün paltar geyinirik, əxlaq da əxlaqsızlığımızı gizlətmək üçün paltardır. 

 

İnsanın bu yaşamaq instinkti var ha, dəyərsiz həyatını dəyərli intiharından üstün edir. 

 

İnsanların əksəriyyəti gördüyü işin özünə çevrilir. Məsələn, siz fahişəsinizsə, bir müddət sonra xarakterinizə fahişəlik hopur. Maliyyəçisinizsə, xeyli müddətdən sonra pulgirləşirsiz. Taksiçisinizsə, fəlsəfədən danışan deyilsiniz. Həyatınız maşından ibarət olur və yalnız həyata o bucaqdan baxırsınız. Artıq siz taksiçi işləyərək özünüzdən asılı olmadan taksiyə çevrilmisiniz. Buna görə də insan iş seçərkən diqqətli olmalıdır. 

 

Bəzən onu həqiqətən sevdiyimdən özüm də şübhələnirəm. 

 

Mən onun bu yalançı sevgisiylə, yalandan darıxmasıyla xoşbəxtəm...

 

Əslində gündəlik yazmaqla da insan hər şeyi özünə etiraf edə bilmir. Özün-özünə etiraf etməkdən qorxduğun hisslər. Həm də bu gündəliyin nə vaxtsa kiminsə əlinə keçməyindən qorxmaq. 

 

Hərdən elə hirslənirəm ki! Deyirəm: bir şəhər verərlər mənə, şəhəri dağıdım, yandırım, kül edim, bir salamat insan qoymayım - hirsim soyusun

 

 

Bu roman məhəbbət trilogiyasıdır: 

Məhəbbət üçün ürəkbulanma (2021)

İki səhv, bir xoşbəxtlik (2023)

Ürək mensturasiyası (2024) 

 

Qısaca şərh etsək, birinci kitab Vayssın Şvartsa çevrilməsidirsə, ikinci kitab Şvartsın Anara çevrilməsidir. Üçüncü kitabda isə Anar Tamerlana çevrilir və döngü tamamlanır, sonsuzlanır. 

 

Dj və səs rejissoru  Ulka Shax (Ülviyyə) bir dəfə mənə dedi ki, urodsan (eybəcərsən), amma yaradıcılığın səni gözəlləşdirir. Həqiqət heç zaman xətrimə dəymir. Mənim haqqımda deyilmiş ən dəqiq diaqnozlardan biridir və hətta mən belə bunun doğruluğunu inkar edə bilmərəm. Həqiqət budur: çirkin olduğum üçün gözəl yazılar yazıram. Gözəlliklərin altında çirkinlik yatdığı kimi, əxlaqın da altında mütləq bir əxlaqsızlıq yatır. Və mən... “yatmışları razı deyiləm kimsə oyatsın”... 

 

Azərbaycan ədəbiyyatında özümü Donnie Brasco kimi hiss edirəm. Elə mükəmməl şəkildə kamuflaj olmuşam ki, özüm haqqında həqiqəti desəm belə inanmazlar. Mən görünməyən o  məşhurlardanam ki, çox uzaqlardakı ulduz kimi işığım gec gəlib çatır. Və özüm haqqında belə bir bənzətmə aparmağım unikaldır: azərbaycanlıları Titanik gəmisindəki sərnişinlərə bənzədirəm; aysberqlə, yəni mənimlə toqquşanda ayılacaqlar. Onlar hələ mənimlə toqquşmayıblar, sadəcə, uzaqdan mənim təhlükəmi görüblər. 

 

Romandan sitatlar (5):

 

Divanda uzanıb onu unutmaq üçün Fassbinderin "Məhəbbət ölümdən soyuqdur" filminə baxıram. Bu mənim özüməməxsus olmayan axmaqlığımdır; məhəbbəti məhəbbətlə unutmağa çalışmaq. 

 

Məhəbbət mənəvi terrordur; sən özünü dinamitə bağladıqca, o səni bir gün partladacaq. 

 

Səni xatırlamadığım günlərə görə bağışla. 

 

Hətta tələsib qaça-qaça getsəm də yadımdan çıxmırsan. 

 

Niyə səndən bezmirəm, doymuram və niyə ölmürəm? 

 

Məhəbbət komediyadır, amma sonu faciə ilə bitən komediya. 

 

Mən özümü "Yeşilçam"da yaxşı qadınları zorlamaq istəyən pis kişilər kimi apardım. Snikersin reklamını indi başa düşdüm: "Aclıq güc gələndə, sən o sən deyilsən". 

 

21-ci əsrdə məhəbbət "seks" sözünün arxaikləşmiş variantıdır. Biz eyni şeyləri edib eyni hissləri yaşayırıq. Bu, sadəcə oyundur, özümüzü aldadan oyun. Çünki bizim özümüzü aldatmağa ehtiyacımız var. 

 

Çox güldürənlər çox ağladanlardır. 

Çox gülmə mənim kimi -

Mən ağlaya bilmədiyimdən gülürəm, 

Sən unutmaq üçün gülürsən. 

Bunları ümidsizlikdən yazmıram, 

"Sonuncu ölən ümidlərdir"-deyirlər. 

Vallah bizdə birinci ümidlər ölür, sonra insanlar. 

 

Duyğusuz adamam özün bilirsən. 

 

Bəlkə də ayrılıq deyə bir şey yoxdur. Sadəcə uzaqda, başqasının yanında, başqasının olmaq var... İnan, ayrılıq yoxdur. 

 

07.01.2023

 

Kitabın sifarişi üçün:

E-mail: gschwarzmann@mail.ru 

Telefon: (055) 519 35 77 

 

Xüsusi təşəkkürlər:

Schwarzkopf (Şvartskopf) şampunları

Edebiyyat.az 

Azlogos.eu 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)