Edebiyyat.az » Təqdimat » İmarət Cəlilqızı — Türkiyədə qalstuka niyə “kravat” deyirlər?

İmarət Cəlilqızı — Türkiyədə qalstuka niyə “kravat” deyirlər?

İmarət Cəlilqızı — Türkiyədə qalstuka niyə “kravat” deyirlər?
Təqdimat
admin
Müəllif:
19:53, 27 may 2024
822
0
İmarət Cəlilqızı — Türkiyədə qalstuka niyə “kravat” deyirlər?

   

 

 Dünyanın, demək olar ki, bütün dillərində olduğu kimi, Azərbaycan dilinin leksik tərkibində də başqa dillərdən alınmış xeyli söz vardır ki, bu sözlərə dilçilik elmində "alınma" sözlər deyilir. Dilimizə daxil olmuş alınma sözlərin bir hissəsi Avropa mənşəlidir. Belə sözlərdən biri çoxumuza yaxsı tanış olan "qalstuk" sözüdür. Bu söz dilimizə rus dilindən, rus dilinə alman dilindən, alman dilinə də holland dilindən keçibdir. Söz alman dilində iki sözün - hals (boyun) və tuch (yaylıq) sözlərinin birləşməsindən əmələ gəlib halstuch şəklindədir - halstuch, yəni boyun yaylığı.

 Avropa dillərində bu mənada işlənən başqa bir söz də var ki, o sözün islənmə dairəsi "qalstuk" sözu ilə müqayisədə daha genişdir: bu, "kravate" sözüdür. Bu söz fransız dilində "cravate", ispan dilində "corbata", ukraincə "kravatka", rumın dilində "cravata", polyak dilində "krawat" şəklində işlənir. Türk qardaşlarımız da öz dilinin luğət tərkibinə bu geyim aksesuarının adının "qalstuk" deyil, "cravat" variantını daxil etmişlər.

    Bəs "kravat" sözü mənşəcə necə izah olunur?

 Bir sıra dil mütəxəssislərinin qənaətinə görə "kravat" sözü "kroat // xorvat" sözü ilə əlaqədar meydana gəlib. Tarixi məlumatlara əsasən geyim elementlərinə qalstuk əlavə edilmə dəbi XVII əsrdən başlanır. Bu da irrequlyar polklarda xorvatların qulluq etməsi ilə əlaqələndirilir. Otuzillik müharibə dövründə fəaliyyət göstərmiş irrequlyar qoşunlarda xorvatlar sayca üstünlük təşkil etdiyinə görə bu dəstələrə "kroatlar" deyilirdi (yeri gəlmişkən, tarixdə müxtəlif adlar altinda başqa irrequlyar qosunlar da olub, indi də var - bu, başqa bir söhbətin mövzusudur). 

  İrrequlyar qoşunlar bir sıra özünəməxsus xüsusiyyətləri ilə yanaşı həm də geyimləri ilə requlyar qoşunlardan nəzərəçarpacaq dərəcədə fərqlənirdi. Bir çox hallarda onlar özləri özlərini sursat və digər hərbi ləvazimatlarla təmin edir, mundir növünü də özləri müəyyənləşdirirdilər. Croatlar da digər dəstələrdən fərqlənmək və döyüş zamanı bir-birini tanımaq üçün fərqləndirici nişan kimi boyunlarına yaylıq bağlayırdılar. Bu həmin o yaylıqdır ki, indi özü moda tarixi boyunca cürbəcür formalara düşsə də, adı cravate//corbata//kravatka//cravata//krawat, nəhayət, türk dilindəki kravat olaraq qalıb.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)