Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN BEŞİNCİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN BEŞİNCİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN BEŞİNCİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Təqdimat
admin
Müəllif:
19:46, 08 iyul 2024
311
0
AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN BEŞİNCİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR




    Yazıçı Azad Qaradərəlinin əsərlərinin beşinci cildi çapdan çıxmışdır. 

    Külliyyatının bu cildinə bir roman və bir neçə  hekayə daxil edilib.  “Cülyettanın sağ  döşünə toxunmaq”  bir sevgi romanıdır. Bütün zamanlarda var olan sevginin ölmüş olduğunu düşünənlər bu əsəri oxusalar, yanıldıqlarına əmin olacaqlar. 

       Bir çoban qızı ilə kolxoz sədri oğlunun nakam məhəbbəti əsərin baş mövzusudur. Valehin ailəsi, qohum-əqrabası onun sevgisinə qarşıdır. Bu bəs deyilmiş kimi, bütün rayon, az qala bütün respublika onları ayırmaqda israrlıdır. Kor tale də  sevənlərə qarşı çıxır – artıq evlənən və bir uşaqları da olan bu cütlük, qəzaya düşür. Valeh 17 il komada qalır... Bu illər ərzində nələr olur, nələr olmur!...

        Əsərdə şimşək kimi çaxıb sönən bir obraz da var – yazıçı Rafiq Tağı və onun qətli əsərdə özəl bir şəkildə təsvir olunub.

        Roman “Yazı” dərgisində hissə-hissə yayımlanmışdır. Kitab halında ilk dəfə çap olunur.

        “Yuxarıda kim var?” uzun hekayəsi isə 90-cı illərin təlatümlü günlərindən bəhs edir. Əsər Səməd Behrəngi və Eldar Baxışın xatirələrinə həsr olunub.  

         Kitabın sonunda  barıt qoxulu hekayələr və müəllifin nəzəri düşüncələrini əks etdirən “Yazıçı taleyi və yazıçı mühiti haqqında bir neçə söz” adlı esse də verilmişdir.

         Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər, Mübariz Örən, tərtibçiləri  isə Vaqif Osmanlı və Türkan Azadqızıdır.


 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)