Edebiyyat.az » Ədəbi tənqid » Yazıçı Oskar Uaylddan maraqlı sitatlar.

Yazıçı Oskar Uaylddan maraqlı sitatlar.

Yazıçı Oskar Uaylddan maraqlı sitatlar.
Ədəbi tənqid
admin
Müəllif:
22:42, 17 yanvar 2021
1 120
0
Yazıçı Oskar Uaylddan maraqlı sitatlar.



1.İncəsənət individualizmin bəşəriyyətə məlum olan ən güclü formasıdır.
2.Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi  kəşf edə bilirlər.
3.Uşaqlar həyata valideynlərini sevməklə başlayırlar, zamanla yaşa dolduqca  onları mühakimə edirlər.Bəzən isə onlardan imtina belə edirlər.
4.Çalış  həmişə düşmənlərini bağışlayasan, heç nə onları bu qədər qıcıqlandıra bilməz.
5.Qadınlar kişiləri çatışmayan cəhətlərinə görə sevirlər. Əgər kişilərdə kifayət qədər çatışmayan cəhət olsaydı, qadınlar  onlara hər şeyi, hətta, dərin zəkalarını belə  bağışlaya bilərdilər.
6.Qəlb qırılmaq üçün yaradılıb.
7.Mən dostlarımı onların görünüşünə, tanışlarımı yaxşı xarakterlerinə,                            düşmənlərimi isə  parlaq zəkalarına görə seçirəm. Heç bir insan öz düşmənlərinin seçimində bu qədər  ehtiyatlı ola bilməzdi.
8.Kişi  istənilən qadınla xoşbəxt ola bilər, onu sevmədiyi təqdirdə.
9.Təhsil  gözəl şeydir, ancaq onu da xatırladım ki,  əsas  bilməli olduğumuz     şeylər heç vaxt  öyrədilə bilməz.
10.20 illik məhəbbət macərası yaşayan qadın xarabalığa bənzəyər, 20 illik evlilik həyatı isə onu ictimai binaya çevirər.
11. Məntiqsiz görünə bilər, amma  inkaredilməz həqiqətdir ki, həyat incəsənəti  daha çox təqlid edir,nəinki  incəsənət həyatı.
12.Narazılıq bir insanın və ya millətin tərəqqi yolunda  ilk addımıdır.
13.Mötədillik   məşum bir şeydir. İfrat olan heç nə müyəssər ola bilməz.
14.Yaşamaq  dünyada ən nadir şeydir. Çoxları  sadəcə mövcuddur, vəssalam.
15.Çox insan əslində başqasıdır. Düşüncələri başqa birinin düşüncəsi, həyatları mühitə uyğun, ehtirasları isə dırnaq içindədir.
16.Dünyada   haqqında  kiminsə danışmağından  daha pis şey insanların sənin haqqında heç danışmamağıdır.
17.Evlənmək  arzusunda olan kişi gərək ki, ya hər şeyi bilsin, ya da heç nə bilməsin.
18.Evli kişilər yaxşı ər olanda dəhşətli dərəcədə  sıxıcı,  pis ər olanda isə dəhşətli dərəcədə lovğa olurlar.
19.Biri gün edə biləcəyim işi heç vaxt sabaha saxlamıram.
20.Qadın öz ərini yalnız bir yolla islah  edə bilər: onu tamamilə bezdirib həyata olan bütün həvəsini öldürməklə.
21.Xəyal edə bilməyənlərin son pənah yeridir təsir göstərmək.
22.Din imanın dəbdə olan  ekvivalentidir.
23.Bir qadın dünyada istənilən kişi ilə  mazaqlaşa bilər, başqa insanlar onu görmədiyi təqdirdə.
24.Evliliyin yeganə cəlbedici cəhəti ondadır ki, o, hiylələrdən yoğrulmuş həyatı hər iki tərəf üçün zəruri edir.
25.Moda çirkinliyin elə dözülməz formasıdır ki, biz gərək onu 6 aydan bir dəyişək.
26.Kişilər qadınların ilk, qadınlar isə kişilərin son məhəbbəti olmaq istəyirlər.
27.Heç kəs öz keçmişini geri satın alacaq  qədər zəngin  deyildir.
28.İnsan özü ilə tək qaldıqda belə eqosu ucbatından yalan danışa bilər. Ancaq ona maska versən, doğru  sözü eşidə bilərsən.
29.Təcrübə sadəcə bizim öz səhv lərimizə verdiyimiz addır.
30.İndi bütün subay kişilər evli, evli kişilərsə subay kişilər kimi yaşayırlar.
31.Özünü tənqidin başqa ləzzəti var. Biz özümüzü günahlandıranda, düşünürük ki, başqa heç kim bizi günahlandıra bilməz.
32.İncəsənət həyatı deyil, onun tamaşaçısını əks etdirir.
33.Azacıq səmimiyyət təhlükəlidir, daha çoxu isə ölümcüldür.
34.Məsələnin hər iki tərəfini görən adam demək olar ki, heç nə görmür.
35.İbadətin cavabı olmur. Əks halda bu ibadət deyil, məktublaşmadır.
36.Yaşlı nəsil hər şeyə inanır,  orta yaşlılar hər şeyə şübhə ilə yanaşır, gənc nəsil isə hər şeyi bilir.
37.Hər müqəddəsin/möminin bir keçmişi, hər kafirin/günahkarın  də bir gələcəyi var.
38.Həyatda yalnız iki müsibət  vardır: Biri istədiyinə nail olmamaq, digəri isə nail olmaq.
39.Zəngin subaylara ağır vergi tətbiq olunmalıdır. Çünki heç bir kişi digərindən daha xoşbəxt ola bilməz, bu ədalətsizlikdir.
40.Gözəllik fövqəladə bir şeydir.Yalnız  bayağı insanlar görünüşü  qiymətləndirmirlər.
41.İki cür qadın vardır: Çirkin və boyalanmış.
42.Qadınlar başa düşülmək üçün deyil, sevilmək üçün yaradılıb.
43Evlilik bütün qadınların həmfikir olduğu,  bütün kişilərin isə  etiraz etdiyi yeganə mövzudur.
44.Boşanmalar cənnətdə yaradılıb.
45.Qadınlara məsləhət verməyin:  Heç kəs bir qadına axşama geyinmək üçün  yaramayan  bir şey verməməlidir.
46.Bütün qadınlar analarına bənzərlər və bu onların faciəsidir. Heç bir  kişi öz anasına bənzəməz .Bu isə onların faciəsidir.
47.Kişilər yorğun olduqları üçün evlənirlər.Qadınlar üçün isə evlilik sadəcə maraq doğurur. Sonda isə hər ikisi məyus olur.
48.Bir kişi qadına vurulsa, onun üçün hər şeyi edər, bircə sevgisinə sadiq qalmaz.
49.Uzun müddət davam edən münasibətlər evlilikdən öncə tərəflərin bir-birinin xarakterini öyrənməsi üçün yaxşı şərait  yaradır. Bu da heç məsləhətli bir şey deyil.
50.Həyat ciddiyə alınmaq üçün kifayət qədər önəmlidir.
51.Ən ali qəzəb bekar insanların üstünlüyüdür.
52.Heç bir dahi rəssam əşyaları olduğu kimi  görməyib.Əgər belə olsaydı, o,  artıq rəssam olmazdı.
53.Özünü sevmək, ömürboyu sürəcək bir məhəbbətin başlanğıcıdır.
54.Saf və sadə həqiqət çox nadir halda saf  olur, amma heç vaxt sadə olmur.
55.Nəfsə qalib gəlməyin yeganə yolu ona təslim olmaqdan keçir.
56.Mən nəfsimdən başqa hər şeyə müqavimət göstərə bilərəm.
57.Qəlbiqara insan o adama deyilir ki, o, həyatda hər şeyin qiymətini bilir,  ancaq heç nəyin dəyərini bilmir.
58.Evlilik xəyal gücünün ağıl üzərində qələbəsidir. İkinci evlilik isə ümidin təcrübə üzərində.
59.Hər şeyi bilmək üçün artıq əvvəlki kimi  cavan deyiləm.
60.Kişi ilə qadın arasında heç bir dostluqdan söhbət gedə bilməz.Onlar arasında düşmənçilik, ehtiras,  pərəstiş  və sevgi  ola bilər. Bircə dostluqdan başqa.
61.Kişi və qadının yalnız bir ortaq nöqtəsi var: hər ikisi kişi məclisini üstün tutur.
62.Bəz insanlar gəldikləri, bəziləri isə getdikləri zaman xoşbəxtlik gətirirlər.
63.Cavan olanda sənə elə gəlir ki, pul həyatda ən önəmli şeydir.Qocalanda isə, artıq bunu bilirsən.
64.Mən insanları qanunlardan çox sevirəm.Qanunsuz insanları isə dünyada hər şeydən çox sevirəm.
65.Bəzən mənə elə gəlir ki,  Allah insanı yaradarkən onun qabiliyyətlərini azacıq şişirdib.
66.Təvazökarlıq axmaqlığın ən ali formasıdır.
67.Hər aşiq olduğun vaxt ilk sevdiyin vaxtla eynidir əslində.
 
Tərcümə etdi: Nərmin Musayeva
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)