Edebiyyat.az » Ədəbi tənqid » Rasim Əlizadə - Xaç atası.

Rasim Əlizadə - Xaç atası.

Rasim Əlizadə - Xaç atası.
Ədəbi tənqid
admin
Müəllif:
15:37, 16 avqust 2021
1 730
0
Rasim Əlizadə - Xaç atası.




 Sizə bu gün həyatda tək bacarığı qolunun gücü hesabına işlərini şiddətlə həll etməyə çalışan mənasız insanlardan bəhs edəcəm. Deməli bu insanlar əslində heç o qədər də güclü, cəsarətli deyil. Bir yerdə oxumuşdum, təxmini belə demək istəyirdi, kimsə öz gücündən, qüvvəsindən özgüvənli şəkildə danışırsa, ay onu belə vurdum, elə söydüm, mənə qarşı səhv edəni cəzalandıraram tipli sözlər deyirsə, əmin olun ki, heç elə birisi deyil, hətta daxilində çox qorxaq adamdır. Sadəcə boş sözləri ilə özünü güclü göstərməyə çalışır, diqqət mərkəzini özünə çəkməyə cəhd edir.Ətrafınızda belə insanlar varsa, düşünmədən uzaqlaşın onlardan, bir qardaş məsləhəti..
Bu gün şiddətdən istifadə edən insanlar az deyil, həm kişlər, həm də qadınlar tərəfindən. Burada cinsi ayrı seçkilik etmək istəmirəm, sadəcə insan olan bu yola əl atmaz, bu artıq insanlıq, vicdan,əxlaq işidir.
Biraz haşiyədən çıxacam, müqəddəs kitab Qurani- Kərim də  belə günah etməkdə kişiyə olar, qadına olmaz deyə bir şey yoxdur. Məsələn içki, zina haramdırsa, bu həm kişiyə həm də qadına qadağandır, burada diqqət yetirərkən görürsən ki, Allah (c.c)  ayrı seçkilik etmir, bəs bizə kim ixtiyar verir ki, cinsi ayrı seçkilik edib öz aləmimizdə nəyisə müəyyənləşdirək, deməyim odur ki, kişi gəzər də, içər də, çəkər də ifadəsi və illərlə bizə yeridiliən bu düşüncə tərzi tamamilə yalnışdır. Bu düşüncəylə böyüyən oğlan uşağı cəmiyyətə nə qədər faydalı olacaq deyə düşünəndə adam lap üzülür. Uşaqlarımızı böyüdərkən diqqətli olmalıyıq, yoxsa fərqində olmadan gələcək üçün potensial qatil, əyyaş, heç kimə, heç özünə belə faydası olmayan bir fərd yetişdirə bilərik. Uşaqlıq vaxtından onlara gözəl şeyləri təlqin etdirməliyik, həm savadlı, həm də əxlaqlı bir insan qazandırmalıyıq cəmiyyətə. Qız uşaqlarına gəldikdə isə sadəcə onu deyə bilərəm ki, qız uşağı təhsil almalıdır mütləq, savadlı və dünya görüşünə sahib olub, gələcəkdə öz ayaqları üzərində dura biləcək və kimsədən asılı olmadan, azad, gözəl, əxlaqlı həyat tərzinə sahib olmalıdır, yoxsa özünü təzə- təzə anlamağa başlayarkən, həyatının baharını yaşamadan valideynləri tərəfindən məcburi kiməsə ərə verilməməlidir..
Hə,  şiddətə meyilli insanlardan danışırdıq axı. Bu tip insanlar başqalarının həyatına narahatlıqdan başqa heçnə vermirlər. Bilirsən, bu həyatda hər bir şeyin öz yeri var, təbii ki insanda hiss, emosiya deyilən bir şey var, hamımızın əsəbləşdiyi anlar olub, olur, olacaq amma əsas olan bizi əsəbləşdirən hadisəyə necə reaksiya verməyimizdir, artıq burda səbr və dözüm işin içinə girir. Səbrli adamlar həmişə axırda qalib olurlar, çünki Allah da səbrli insanları sevir, səbr edənlərlə bərabərəm deyir. Hə birdəki bəzən bəzi şeylər üst-üstə gələndə adam çarəsiz hiss edir  özün, şikayətlənməyə başlayır həyatdan, amma çətində olsa buna dözmək lazımdır Allaha xatir və qətiyyən naşükürlük etmək lazım deyil. Bir söz var deyir, niyə ancaq belə şeylər mənim başıma gəlir deməkdənsə, bu mənə nəyi öyrədir, nə dərs verir demək lazımdır.
İnsanlarımızı rahat buraxmaq lazımdır, kimisə nəyəsə görə qınamağa, kobudluq etməyə ehtiyac yoxdur, fani dünyadır, 5 dəqiqə sonrasına etibarı olunmayan bu dünyanın işlərinə görə kiminsə qəlbini qırmağa heç kimin ixtiyarı yoxdur. Kim necə istəyir yaşasın, kim necə geyinirsə geyinsin, kim nəyə inanırsa inansın, kim necə görünürsə görünsün, amma qınamayaq, həyatına qarışmayaq, fərqli mənalar yükləməyək insanlara, hadisələrə, bu həyatda olan hər şeyi, hər kəsi olduğu kimi qəbul edək də olar? Mehriban olaq, təvazökar olaq, çıxaq da bu mənasız eqo abu havasından, içimizdəki məni, eqonu öldürək, daha bəsit yaşayaq. Çıxaq da bu “öz” mərkəzli dünyamızdan, baxaq da bir ətraf aləmə, görək nə olur , nə baş verir, insanlar nə edir, bizdən yaxşı mənada gözləntiləri nələrdir. Axı biz nə qədər önəmli insanıq ki hələ bir kiməsə də aşağıdan yuxarı baxaq. Belə bir problemin yaranmasında əsas rolu sevgisizlik faktoru oynayır, gəlin səmimi olaq da, qəlbən sevdiyimiz neçə insan, dost, tanış, qohum var həyatımızda, mən deyim çox az, barmaqla saysaq artıq qalan barmaq olar bəlkə. Niyə sevmirik görəsən bir-birimizi, niyə paxılıq, niyə xainik, səhv olur biri qabağa gedirdə, dərhal hamı bildi bilmədi danışır, özümüzü təmizə çıxardacaq bəhanəyə ehtiyac yoxdur, bunun bir adı var göz götürməməzlik, sevgisizlik, bu ardıcıllığı da istədəyim qədər uzada bilərəm amma inanıram ki, artıq anlamısız məni. Birdə hər kəsin haqqında fikirləri olan insanlar var, onlar susa bilsəydilər nə qədər gözəl, yaşanılası həyatımız olardı indi. Heyf...
Bu həyatda insanlar hamı eyni olmur, güclüsü olur, zəifi olur, həssası olur, daş ürəklisi olur. Problem bəzən bundan yaranır, bu bir-biriylə əks olan qüvvətdə, xarakterdə olan insanların bir arada yaşaması. Mənasız bir düşüncə qəlibi var, bu həyatda yaşamaq istəyirsənsə güclü olmalısan, insanları əzməlisən özünün əzilməməsi üçün, bu nədi də yəni?  Kim deyib, kimin o balaca beyninin məhsuludur bu sözlər? İndi biri zəifdir, həssasdır deyə, yaşamasın bu həyatda, nədir nədir hansısa qolu güclü gəlib həyatını zəhər edəcək? Mən sizə bir söz deyim, unutmayın, kiminsə zəifliyindən, səmimiyyət, mehribanlığından, saflığından, yaxşı niyyətindən, həssas və zəif nöqtələrindən istifadə edib həmin insana qarşı haqsızlıq edib həddin aşırsa, bilin ki, o insanlar çox keyfiyyətsiz insandırlar, kimliyinə, vəzifəsinə, gücünə, hörmətinə, ətrafına baxmayaraq. Bəzən bu haqsız dünyada həssas insanlara çox yazığım gəlir, həssas qəlblər üçün bu dünya cəhənnəmdir boş yerə deyilməyib. Bəzən düşünürəm bütün həssas insanları yığasan bir yerə, ayrıca bir ölkə, şəhər qurasan hamısını ora yerləşdirəsən, rahat şəkildə yaşasınlar. Onların qəlbi çox vaxt qırıq şəkildə olur, Allah (c.c) da qırıq qəlblərdə olduğu üçün bəlkə də onlara toxunmaq, qəlblərin qırmaq, bir başa Allahın özünə qarşı çıxmaq sayılır, bu qəlb elə belə məsələ deyil , onun ahın daşımaq olmaz, həm bu dünyada həm axirətdə adamın boğazından yapışarlar, qəlb öz içində Allahı daşıyır, bu hər insan üçün keçərlidi, ona görə ədəbli olaq bir-birimizə qarşı, kimin öz içində nə ilə mübarizə apardığını heç kim bilmir, bilə bilməz, bu səbəbdən insanların damarına basmayaq, vallah o sakit dediyiniz adamlar bir gün özlərindən çıxsalar sizin üçün heç xoş olmaz inandırım sizi. Səbr də  bir yerə qədər. İncitməyin insanları..
Şiddətlə heç bir yerə varmaq olmaz, bu günün reallığında görürük ki, qadınlara şiddət halları daha çoxalıb. Bəzi kişilər elə bilir öz həyat yoldaşlarını kölə olaraq gətirib evə, onlar nə vaxt ayılacaq bu qəflətdən bilmirəm amma ayılana qədər çox canlar yanacaq, qanlar töküləcək. Sevgisizlikdən yenə deyirəm, ümumiyyətlə siz sevgi nədir bilirsiz? Səni sevirəm deməklə olmur bu işlər, o sözün haqqını vermək lazımdı. Bu yaxınlarda bir video izlədim, bəy deyirdi ki, mən yoldaşımı sevirəm deyə ona hər gün sevdiyimi göstərirəm əməldə,  sözdə yox, mən axı necə sevmiyim, hər gün mən işdən qayıdanda məni gülər üz, mehriban, sevinc dolu bir qadın gözləyir qapıda, isti yeməklər, diqqət, qayğı və.s. Amma bəzi kişilər bu sadaladıqlarımın qədrin bilmir, görməməzlikdən gəlir, yemək dadsız, duzsuz, soyuq olduğuna görə hər gün nə qədər qəlbi qırılan xanımlar var bu ölkədə, hələ bu xırda səbəbdi, əhəmiyyəti çox olmuyan hadisədi. Döyülən, xəyanət edilən, öldürülən qadınların hesabını kimlər soruşacaq sizə səslənirəm, əlinizi ürəyinizə qoyub vicdanla cavab verin. Axı bu ixtiyar sizə hardandı, o da sənin kim bir insandı, o da bir atanın, ananın övladıdır, övladlarıvın anasıdır. Danışanda Allaha, Peyğəmbərə qurban olum deyirsiz, Allah sizə bunu tövsiyə edib? Bəlkə Peyğəmbərin sözü yadınızdan çıxıb, çıxıbsa xatırladım, Vəda xütbəsində Məhəmməd peyğəmbər: Qadınlar sizə Allahın əmanətdir deyir, budu sizin əmanətlə rəftarınız, bunun bir adı var o da əmanətə xəyanət, siz sadəcə xəyanətkarsız, özünüzə, əqidənizə, Allahınıza, Peyğəmbərinizə.
Sonda onu deyə bilərəm ki, nə bu gücünüz ömür boyu sizlə qalacaq, nə də malınız mülkünüz, əməlləriniz qalacaq bir tək geriyə, tarixdəki ən güclü adamlar belə heçnə apara bilməyiblər, sadəcə əməl, əməl... Bu həyatı elə yaşayaq ki, həyatdan köçəndə,  heyf,  yaxşı insan idi desinlər, yoxsa sevinməsinlər ölümümüzə..
Yazımı türkcə ifadəylə bitirirəm: En büyük kabadayılık beyefendiliktir..!                                               

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)