Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Seksual fantaziyalar haqqında

Nemət Mətin - Seksual fantaziyalar haqqında

Nemət Mətin - Seksual fantaziyalar haqqında
Ədəbi tənqid
admin
Müəllif:
11:06, 19 oktyabr 2023
1 283
0
Nemət Mətin - Seksual fantaziyalar haqqında




Fantaziya cinsi oyanmada böyük amildir. 

Z.Freyd


Zaman-zaman yazıçı olduğumu nəzərə alıb, öz cinsi fəaliyyətləri haqqında fikirlər bölüşən insanların ümumi problemini biri-birinin fantaziyalarından xəbərsiz olmaqlarında görürəm. Ya qadın kişidən çəkinir, ya da kişi yoldaşı, sevgilisi ilə deyil, kənar bir qadınla bütün fantaziyalarını həyata keçirir. Çıxış yolu olaraq hər iki tərəfə eyni fikri deyirəm. Fantaziyanızı birbaşa həyata keçirməyə çəkinirsinizsə, açıq danışın. Partnyorunuzu dinləyin. Lap vəziyyət kritikdirsə, şəkillərlə, video çarxlarla göstərin ki, mən bunu istəyirəm. Nəticə müsbət olacaq.

 Vacib və həssas məqamlardan biri də budur ki, fantaziyanın geniş olması üçün kitab oxumaq lazımdır. Missioner poza uzağı bir neçə ay qarşı cinsi cəlb edə bilər. Sonra Freydin sözü olmasın cinsi oyanma üçün fantaziyanı işə salmalısan. Bir gün manyak ol yataqda. Bir gün qul kimi hərəkətlər et. Tabe ol. Bir gün şah kimi əmrlər ver. Bir gün yadelli kimi apar özünü.

 İnsanlar "Qulliverin səyahəti"ni oxuyanda istər-istəməz təxəyyülü genişlənir. Don Kixotu oxuyan dəyirman pərlərini əjdahaya bənzətdikcə baxış bucağı böyüyür. Kvazimodonu xəyalında təsəvvür edən gənc Esmeralda ilə nələr edə biləcəyini az sonra düşünür.

 Azərbaycanda seksə dair dükanların və porno saytların qadağan olunması absurtdu. Onsuz hamı xarici saytlara göz gəzdirir. Xaricdən seks oyuncaqları gətizdirir. Bu normaldır. Baxdıqca insanların fantaziyası genişlənir. Manyakcasına yolda kiməsə sürtünməkdənsə, baxmaqdansa, izləmək yaxşıdır. Əhmədlidə bir qadın paltarları mağazası var. Şallağa qədər satırlar. Alıcı çoxdur. İnsanlar monotonluqdan yorulur. Nəsə axtarır. Tapmayanda xəyanətlər başlayır...

 Bir qadın partnyorunun onu boğmasını və kəmərlə döyməsini istəyirsə, bu baş verməlidir. Ərindən çəkinirsə, xəyanət edəcək. Qarşı cinsi dinləyin. Ondan xəyallarını, arzularını soruşmaq lazımdır. Bir film var. Hər kəs öləcəyi tarixi bilir. Ona görə kim nə istəyib və indiyə qədər etməyibsə, həyata keçirməyə başlayır. Bir yaşlı qadın qorilla ilə yaşamağa cəhd göstərir. Bu cinsi istəklərin uzun müddət qapalı qalması ilə əlaqəlidir. İctimai qınaq bütün həyatı dəyişir. Acınacaqlı haldır...

 Sovet dövründə sayt belə yox idi. Bircə qəzet var idi. Kişilər o qəzeti alıb, başqa qəzetə bükərək gizli şəkildə evə gətirib oxuyurdular. Despotizmin tüğyan etdiyi vaxtlarda gizli olan həmişə marağa səbəb olur. Jak Fresko deyir ki, çılpaq gəzən qəbilələrdə nə kişilər qadınlara, nə də qadınlar kişilərə acgözlüklə baxırlar. 

 Bir qadın tanıyırdım. Gözəllik salnaməsiydi. Görən aşiq olurdu. Bir gün bəlkə də dünyanın ən yaraşıqsız kişisi ilə sevişməyə razılıq verir. O kişi özünü dünyanın ən xoşbəxti sanırdı həmin an. Lakin qadın bunu keçmiş ərinin acığına etmişdi. Sanki bütün kişilərdən qisasını almışdı. Sanki özünə əzab verməkdən zövq alırdı. O hadisədən sonra qadın içində bir rahatlıq tapdı...

 Sevişmək özü bir məktəbdir. O yolu keçmədən onu öyrənmək mümkün deyil. Bizim cəmiyyət hələ də Ramosun illərlə bir yerdə yaşadığı, uşaqlarının anası olduğu qadınla sonradan evlənməsinə gülür. Ələ salır. Əslində bu ən doğru qərardır. Partnyoru yataqda tanımadan onunla ailə qurmaq çox vaxt yaxşı nəticə vermir. Ailələr dağılır. Uşaqlar başsız qalır...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)