Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Təvəkkül Boysunarın özündənrazı obrazları haqqında

Nemət Mətin - Təvəkkül Boysunarın özündənrazı obrazları haqqında

Nemət Mətin - Təvəkkül Boysunarın özündənrazı obrazları haqqında
Ədəbi tənqid
admin
Müəllif:
22:42, 22 dekabr 2023
627
0
Nemət Mətin - Təvəkkül Boysunarın özündənrazı obrazları haqqında

 




 Q.Q.Markezin “Gözlənilən bir qətlin tarixçəsi” əsəri adi bir məişət mövzusudur. Xanımın toy gecəsi bakirə olmaması səbəbindən evinə qaytarılır və qardaşları kimin bunu etdiyini soruşurlar və s. Sonra cinayət hadisəsi baş verir. Amma əsas məsələ odur ki, bütün bunlar necə yazılıb. Mövzunun bir o qədər önəmi yoxdur. İki gündə Təvəkkül Boysunarın “Qadınlara mədhiyyə” kitabını oxuyuram. Demək olar bütün kitab qadınlardan yazılıb. Amma necə? Gəlin bir qədər bu barədə sizə danışım. Daha doğrusu yazım...



 Boysunar hazırlıqlı yazıçıdır. Yəni oxucu kimi bazası var. Yazıçı kimi də xeyli yazıb. Məqalələr, hekayələr, şeirlər və tərcümə etdiyi sanballı əsərləri misal çəkə bilərəm. Yeri gəlmişkən kitab bütün bunların remiksidir. Ədəbi kokteyldir. 

 Birini qoyub o birini danışım. Daha doğrusu yazım. Milan Kundera yazır ki, Hötenin “Gənc Verterin iztirabları” əsərində baş obraz dostunun həyat yoldaşına vurulması nəticəsində intiharı seçir. Bu sırf məntiqli intihardır. Milan Kunderanın bu fikrindən yola çıxıb Təvəkkülün kitabında ilk iki hekayə barədə bunu deyə bilmərəm. Çünki hisslər məntiqə qalib gəlir. Ümumi götürəndə iki hekayə də uğurludur. Hətta oxuduqca uğunub gedirdim. Yumoristik üslubda Təvəkkül bir çox yaşıdlarından öndədir. Lakin müəllif obrazlarını məntiqlə deyil, daxili çarpışmalarının ardınca sürükləyir. “Ayrılıq” hekayəsində illər öncə sevgilisi olmuş qadını bugün bahalı maşında görən oğlandan söhbət gedir. Qadın ona xarici ölkəyə getməyi təklif edir, gec yazdığından isə smsi silir. Oğlanın çiynindən böyük yük götürülür sanki. Məntiqlə onlar bir yerdə getməliydilər. Beləcə hekayə daha maraqlı məcraya yön alacaqdı.

 Digər hekayə isə “Uğursuz gün” adlanır. Müəllif uğursuz bir oğlanın toyda əvvəl xoşu gəldiyi xanımın üstünə pomidor sıçratmağından, daha sonra isə xanımın yanında yerə yıxıldığından yazır və onlar qovuşmur. Fikrimcə bütün bu olaylar əksinə olaraq onların qovuşmasına yardımçı olmalıydı. Hər iki hekayənin strukturu, cümlələrin düzülüşü, ardıcıllığı yerində idi. 

 Nə qədər hekayələrinə, statuslarına, kiçik yazılarına yumor qatsa da, bir pessimizm duyulur. Sonda heç kim qovuşmur, heç kim sevinmir, əksinə melanxolik bir fabulaya təslim olur. 

  Müəllifə təsir edən hadisələr tamamlansaydı bəlkə də roman olardı. Bəzən biz yazıçılar tələsirik və romanı hekayəyə, statusa, esseyə qurban veririk. Hiss olunur ki, müəllif hekayələrdə, tərcümələrdə və araşdırma məqalələrdə öz qabındadır. Rahatdır. Lakin şeirdə özünü sıxır. 

 Borxesin bir fikri yadıma düşdü.

“Gözəl cümlələr” səhv yola düşməkdir, özündənrazılıqdan çaşqınlıqdır. Gözəl cümlə – buna əminəm – gözə girməməlidir.

Təvəkkülün obrazları özündənrazı olsalar da, cümlələri özündənrazı deyil. Buna sevindim. 

 Müəllif özü də qeyd edir ki, bu kitab mündəricatdır. Gələcək kitablarına işarə edir. Zənnimcə satirasından bərk yapışaraq ciddi romanlar yaza bilər Boysunar. Bu isə böyük zəhmət tələb edir...

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)