Edebiyyat.az » Ədəbi tənqid » Akşin Xəyal - Qıpçaq qızı Sarı Gəlin

Akşin Xəyal - Qıpçaq qızı Sarı Gəlin

Akşin Xəyal - Qıpçaq qızı Sarı Gəlin
Ədəbi tənqid
admin
Müəllif:
01:56, 25 yanvar 2024
564
0
Akşin Xəyal - Qıpçaq qızı Sarı Gəlin

    



  Hər birimizin sevə - sevə dinlədiyi, ermənilərin, gürcülərin mənimsəmək istədiyi bir mahnı var, “Sarı Gəlin”. Mahnını kökü gedib çıxır “Şeyx Sənan” dastanına. Dastanın əsli isə bizə gəlib çatmayıb. Çünki, erməni və gürcülər dastanı hərəsi öz xeyrinə təhrik edərək yaymağa çalışmış və orjinal dastanı yox etmişlər. Gürcülər Sarı gəlini Gürcü çarının, ermənilər isə Erməni kralının qızı kimi qələmə veriblər. Amma tarixi nə qədər saxtalaşdırmağa çalışsalar da bir neçə tarixi mənbə günümüzə qədər gəlib çıxmışdır ki, bu mənbələrə əsasən də Sarı gəlinin kimliyini sübut etmək mümkündür.

   Tarixçi professor Fəxrəddin Qırçıoğlunun araşdırmalarına əsasən, Şeyx Sənan Şərqi Anadoluda yaşayan, müsəlman Oğuz Türkü Əbdülqadir Keylaninin tələbəsidir. Həmin dövrdə Oğuz türklər Şərqi Anadoluda Qıpçaq Türkləri isə Cənubi Qafqazda kök salmışdılar. Amma bu iki eyni soydan gələn tayfaların dinləri fərqli olduğu üçün hər zaman bir – biriləri ilə savaşlarda olmuşlar, bir – birlərinə düşmən kimi baxmışdılar. Qıpçaq türklərini müsəlmançılığa və barışa dəvət etmək üçün Şeyx Keylani öz tələbəsi Sənanı qırx müridi ilə Cənubi Qafqaza göndərir. Burrada müsəlmançılığı yaymaqla Məşğul olan Sənan Qıpçaq məlikinin qızına aşiq olur. Uzun əziyyətlərdən sonra o, Qıpçaq məlikinin qızına İslam dinini qəbul etdirməyi bacarır və onunla evlənmək arzusunda olduğunu bildirir. Bundan xəbər tutan məlik Şeyx Sənanı öldürmək əmri verir. Sənan məlikin qızını da götürüb Şərqi Anadoluya qaçmaq istəsə də Allahu Əkbər dağının ətəklərində məlikin silahlı ordusu tərəfindən tutulur və elə qırx müridi ilə birlikdə oradaca edam olunur. Hal – hazırda Şərqi Anadolunun Gürcüstanla sərhəddində onuncu əsrə aid olan “Qırxlar məzarlığı” və “Sarı Gəlin məzarlığı” mövcuddur. Allahu Əkbər dağı isə sonralar Şeyx Sənan dağı olaraq adlandırılıb ki, hal – hazırda həmin dağ Gürcüstan ərazisində qalıb və gürcülər dağın adını dəyişərək David dağı qoyublar. 

    İyirminci əsrin əvvəllərində Osmanlı imperiyasının dağıldığı ərəfədə erməni və gürcü tarixçiləri Sarı Gəlin mahnısını və hadisələrin baş verdiyi əraziləri özününküləşdirmək fikrinə düşürlər. Bunu görən Üzeyir Hacıbəyli və Hüseyn Cavid onların qarşısını almaq üçün Sarı Gəlini səhnələşdirməyi qərra alırlar. Üzeyir bəy Sarı Gəlini nəzmə çəkmək üçün dərbəndli şair Mirzə Səməndərə müraciət edərək şairi üç aylıq Bakıya dəvət edir. Mirzə Səməndər yazdığı şeirləri Üzeyir bəyə təqdim etsə də operanın səhnəyə çıxmasına on beş gün qalmış erməni, gürcü və rusların təkidi ilə şeirlərini geri alır. Əlacsız qalan bəstəkar şifahi xalq ədəbiyyatına əl atır və operanı səhnələşdirməyi bacarır. Sarı Gəlin ilk dəfə 1909 – cu ildə opera kimi səhnəyə çıxır. 

    Tarixə nəzər salsaq görərik ki, Xəzər imperiyasının süqutundan sonra qıpçaqlar Cənubi Qafqazdan Şərqi Anadolu sərhədlərinə kimi yayılmağa başlamışlar. Dədə Qorqud dastanında da buna rast gəlmək mümkündür. Şərqi Anadolu sərhəddi qıpçaqlarla oğuzların sərhəddi olmuşdur. 

    Bəs niyə Sarı Gəlin?! Professor Kərəm Məmmədovun araşdırmalarına görə hələ miladdan öncə üçüncü əsrdə Çinlə sərhəddə Qıpçaq tayfaları məskən salmışlar. Çinlilər onları “Kinça” adlandırmışlar ki, bu da Çin dilindən tərcümədə sarışın deməkdir. Çin mənbələrindən sonra qıpçaqlara xilafət mənbələrində çox rast gəlmək mümkündür. Xilafət tarxiçisi Əl – Mərvazi ( 9 – cu əsr) qıpçaqları “Şari” yəni sarı adlandırmışdır. Tarixçi professor Tahsin Bardakın iddialarına görə qıpçaqlar digər türk tayfalarından fərqli olaraq qıyıqgöz, qaraşın deyil, hündür boylu, sarışın, mavi gözlü bir tayfa olublar. Məhs buna görə də bir çox tarixi mənbələrdə onlara sarılar deyə müraciət olunub. Sonralar xristian qıpçaqların bir çoxu müsəlmalaşdırılaraq türkləşib, qalanları isə erməni və gürcülərə qarışaraq əriyib gediblər.

    Professor Səlim Gökçənin araşdırmalarına əsasən də hal – hazırda Azərbaycanda Alban kilsələri kimi təqdim olunan kilsələr xristian qıpçaqlara məxsus monastrlar olublar. Çar Rusiyasının və Sovet İttifaqının bu torpaqlarda qədim türklərin kök salmasını tarixdən silmə cəhdlərinə əsasən həmin monastrlar saxtalaşdırılaraq Alban kilsələri kimi təqdim olunub. Səlim Gökçə onu da qeyd edir ki, həmin kilsələrə kənardan nəzər salsaq formaca Türk çadırları formasındadır və divarlarında bir çox Göy Türk damğalarına rast gəlmək mümkündür. 

    Odur ki, gəlin tariximizə sahib çıxaq və kimsələrin bizim olanı özününküləşdirməsinə imkan verməyək. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)