Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Seks və fəlsəfə

Nemət Mətin - Seks və fəlsəfə

Nemət Mətin - Seks və fəlsəfə
Ədəbi tənqid
nemət
Müəllif:
19:24, 15 noyabr 2019
2 579
0
Nemət Mətin - Seks və fəlsəfə


 Seks anlayışı fəlsəfəyə gəlməmişdən əsrlər öncə primitiv hərəkətlər toplusundan başqa bir şey deyildi. Mağarada qadın və kişi neandertalların yaxınlıq etməyi şinpanzelərin cütləşməsindən heç nə ilə fərlənmirdi. Şinpanzelər eyni pozadan bezəndə, yorulanda partnyorunu çevirərək işini davam edirlər. Burada heç bir fəlsəfə axtarmağa gərək yoxdur. Yeniyetmə, oğlan fəlsəfi düşüncələrə önəm vermədən qadın axtarırsa, daha tez tapacaq, yanında daima qadın olacaq, nəinki bütün günü qadını fəlsəfi predmet kimi araşdıran filosoflar. Yəni bir insan həzz almaq istəyirsə, beynini yormasa, uğur əldə etmək şansı çoxalır. Filosofların həyat tərzini araşdıranda bunu aydın görmək olur. Fridrix Nitsşe qadınsız yaşayıb. Artur Şopenhauer uğursuz seks həyatı ilə gündəmə düşüb. 
Salvador Dali qadınlardan utanıb, bəzən heç cinsi əlaqəyə də köklənə bilməyib. Artıq nüfuzlu rəssam statusunu qazanandan sonra varlı qadınlar onun yanına gələrək rəsmlərinin çəkilməsini xahiş edirdi. O zaman rəssam onları alçaldıb, utandırıb geri göndərirdi. Deyilənlərə görə, bir dəfə qadını soyundurub. Sonra uzun-uzadı xəyala dalıb. Növbəti hərəkəti ağlasığmaz olub. Çiy toyuq yumurtasını qadının başına töküb. Daha sonra isə getməyini xahiş edib. 
Zaman-zaman bir çox tanınmış yazıçılar seks haqqında əsərlərində yazmışlar. Rus ədəbiyyatında senzura olduğu dövrdə belə üstüörtülü şəkildə seks mövzusu əsas mövzular içində olmuşdur. Yazıçı Henri Millerin “Xərçəng tropiki” əsəri ilk dəfə 1961-ci ildə çapdan çıxıb və 60 dəfə nəşriyyat məhkəməyə cəlb olunub. İnsanlar seksi reallıq bir yana qalsın, heç utopiya kimi qəbul edə bilmirdilər. Sonralar Çarles Bukovski oxucuları açıq seks təcrübələri ilə şoka salır. Primitiv seks, içki, siqaret böyük ajiotaj yaratmışdı. Fəlsəfi yanaşma yox idi. Markiz de Sadın əsərlərindən təsirlənən avstriyalı psixiatr Richard Fridolin Joseph Freiherr Krafft von Festenberg auf  Frohnberg  isə “Sadizm” terminini müəllifin soyadından götürmüşdü. Markiz de Sad təkcə seksdən, sərt yataq səhnələrindən yazmırdı. Eyni zamanda kitablarında seks üzərindən fəlsəfi problemləri açmağa çalışırdı. Yazıçının fikrincə, iki cür insan vardır: sahib və qul.
Seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. Bəlkə ona görədir ki, tək yaşayan insanlar sürətlə qocalıb əldən düşürlər. Filosofların şəklinə baxanda nə görürük? Üzündən zəhrimar yağır, yaşından qoca görünür və s. Seksdən sonra dopamin insanlarda razılıq hormonlarını artırır. Fikir versəniz görərsiniz ki, müntəzəm olaraq pornoqrafik filmlər izləyən insanlar öz bədənindən narazı olurlar. Tez-tez anonizmlə məşğul olub, özünə inamsızlığı aradan qaldırmağa çalışırlar. 
Uzun illər sekslə məşğul olmayan qadınlar əsəbi, kinli, qaraqabaq olurlar. Orta hesabla götürsək beş dəqiqəlik həzz olmasa, insanlar normal həyat tərzindən uzaq düşür. Seks azadlıqdır, fəlsəfə isə güc. Qadınlar güclü kişilərdən qaçır, azad ruhlu kişiləri sevirlər. 
Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra (zövq kitabı) ciddi təlim kitabıdır. Hər kəs oxumalıdır. Boşanmalar, ayrılmalar bəzən məlumatsılıq üzündən baş verir. Qadın maşın deyil ki, minib sürəsən. Onun da xəyalları, istəkləri, fantaziyaları var. Eynən kişilər təkcə sperma  istehsal edən robot deyillər. Missioner pozasınan hələ sovet dövründə insanlar bezmişdilər. Ona görə pornoqrafik filmlərə ehtiyac yaranmışdı. Sovetin dağılmasını görənlər danışır ki, işləməyən qatar vaqonunda, pas atmış, çarxları çıxarılmış avtobus içində film göstərirdilər. Kişilər gecələr gedib pornoqrafik, erotik filmlərə baxırdılar. Hələ də tək-tük evlərdə şkafın içində erotik kasetlər qalır. Təkcə görüntü baxımdan problem yox idi. Eyni zamanda fantaziya qısırlaşmışdı. Erotik mətnlər ən çox oxunan yazılar sırasında idi. “Oxu məni” qəzetinə anonim imza ilə qadınlar yazı göndərirdilər. Oxucular isə qəzeti alıb evə aparmaq üçün başqa bir qəzet də alırdılar. Qəzeti digər qəzetə bükməklə gizlədirdilər. Birdən kimsə görər...
Qeyd: İndi bulvar deyilən ərazidə polislər görünmür. Vaxt var idi, kişi qadının yanında oturanda çağırıb qadının kimliyini soruşurdular. Bu mövzuda bir neçə kitab, en qədər məqalələr yazılıb. 
Ziqmund Freyd yazır ki, insan zahirən nə qədər mələkdirsə, daxilən bir o qədər şeytandır. O şeytanı seks fantaziyalarından istifadə edərək əhliləşdirmək olar. Elə Freydin özü də yanına müalicə üçün gələn qadınları şeytanı əhliləşdirmək üçün istifadə edib. Hitler Eva Braunu soyundurub şəkillərini çəkirdi. Beriya bəyəndiyi qadınları güclə də olsa, özünə tabe edirdi. Hansını deyəsən?! 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)