Günel Mehri - Gün

Poeziya
Günel Mehri - Gün
Sən heç Günəşə doğru əl uzatdınmı?
Nə qədər uzaq olduğunu hiss etdin o an yəqin...
Amma barmaqların arasına sığışdırdıqda nə qədər yaxın

görünürdü, deyilmi?
ovcunun içindəymiş kimi...
Bəs yaxınlaşdınmı Günəşə?
Yaxınlaşdıqca istisindən qamaşdımı gözlərin?
Gözlərini qapayıb xumarlandınmı sarı-narıncı işıq zolağının təsirindən?
Bütün hisslərin kilidləndimi,
başın döndümü bu doğmalıqdan?
Amma ən yaxınına gəldikdə yandın, deyilmi?
Kül oldun, yox oldun, deyilmi?
İndi qəfil bir etiraf etsəm...
desəm ki, mən də Günəşəm, qorxarsanmı?
Mövzuya uyğun linklər:
Nizami Bayramlı - Cabbar Çətinin poetik məhkəməsi: məsumluğun dağıdılmış mifologiyası
ŞvartsMan (Tamerlan) - Nikahdan kənar münasibətlər (hekayə)
Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”
Mətanət Teymurlu- Tarixlə Əfsanənin Kəsişdiyi Qadın
Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr