Tural İlyas - "Şairin unutmağı"
Poeziya
Tural İlyas - "Şairin unutmağı"
Unutduğunu unudana aşiq deyirlər,
Heç unutmayana isə şair.
Şairlər sevgilərini şeirlərilə sübut edər,
Şeirlər isə sadəcə gedənləri yad edər.
Qafiyə xətrinə şeir yazmaq kimidir unutmaq
Kimlərsə inansın deyə
Bir müddət rola girərsən,
lazım gəldikdə gülərsən,
Özünü lap xoşbəxt göstərərsən.
İçin qan ağlayarkən
təbəssüm nədir?Bilirsən?
Şair olmaq budur,
Şair bəzən hər şeyi
Lap insan olduğun belə unudur.
Sadəcə yazır, yaradır,
Bəzən qaysaq bağlamış yaraları qanadır,
Bəzən sətirlərlə qəlbi ovudur.
Şairə ilham verən,
ilahi qüvvə deyil
Sadəcə "o" dur
Odur şairin ilahi qüvvəsi.
Hər şairin ürəyində bir o var
Yad biri gələr,
Gülər,güldürər,
Sevər,sevilər.
Dünənki yad biri
Sabah çün ən doğma birinə çevrilər.
Həyatda ən çətin iki çevrilmə var;
Biri şair olub - aşiq olmaq,
Digəri isə sevib unutmaq.
Şairin unutmağı isə
Bax o zaman gerçəkləşər ki,
Unutmaq feildən ismə çevrilər.
Mövzuya uyğun linklər: