Edebiyyat.az » Poeziya » ƏlİBALA ƏHMƏDOV - TƏZƏ İL: KLASSİK SEVGİ ŞEİRİ

ƏlİBALA ƏHMƏDOV - TƏZƏ İL: KLASSİK SEVGİ ŞEİRİ

ƏlİBALA ƏHMƏDOV - TƏZƏ İL: KLASSİK SEVGİ ŞEİRİ
Poeziya
admin
Müəllif:
17:21, 02 yanvar 2022
1 418
0
ƏLİBALA ƏHMƏDOV - TƏZƏ İL: KLASSİK SEVGİ ŞEİRİ



(Axşam düşürdü,

sanki getdikcə səmaya kimsə kükürd yaxırdı....)

Baş leytenant kəsilmiş odunları daşımaq üçün əsgərlərə kömək edib,
kiçik otağına gəldi.
Təzə il - masanın üzərində azca araq,
turşular və ötəri yemək  vardı.
Sonra ora bir qadın şəkli də əlavə edildi - leytenantın tüksüz sinəsini örtmüş geyiminin cibindən.

Tezliklə köhnə radio Vladimir Vısotskinin səsini otağa yaymağa başladı.
Sevgi balladası az qala dünyanın bütün yaş palçıqlarının,
qurumuş samanlarının içindən də ortalığa eşq buraxırdı.
Onun gözlərinin içi getdikcə dalğalarla dolurdu.
Səsini açan, ürəyinin zərifliyini aşkara çıxaran dalğalarla..

Tanıyanlar bilirdi ki, leytenant hətta uşaqlığında da  ürkək və çəkingən olub.
Bəs onu bu münaqişəli torpağa,
kövrək atəşkəsin bəhrəsinə ümid bəsləyən bu gözəl diyara nə atmışdı, heçkəs bilmir....
"Axı sən şeir yazırsan, elə indi də bilirəm.
Axı sən leytenant deyilsən,
Axı sən şairsən.
Hər dəfə görüşəndə az qala kövrək eşqinlə mənə uşaq laylası çalasan...."

O güldü, şəkildəki qadın yenə də danışırdı.
Və onun nazik səsi az qalırdı mundiri cırsın..

Bura təmas xəttidir - sülhməramlı qüvvələrin bir birindən ayırdığı
qoşunların nəfəsi
hər yerdə rahat duyulur.
Və əslində leytenant deyil, bir şair olduğunu hərkəsdən gizlədən bir gənc
Sevgi balladasının səsini silahların üstünə qondurur..

Pəncərədən çölə baxır.
İndi o qədər kövrək idi ki,
düşmən qüvvələrinin zabitini görərək
tez öz uşağını uzağa dartmağa çalışan bir ananın övladı

bu dalğalı gözlərə sahib gənc adamın

ona zərər yetirəcəyinə heç cür inanmazdı..

"Axı sən leytenant deyilsən.
Gözlərində sönmək istəməyən iztirabın bezginliyi var.....

Axı sən şairsən....."
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)