Əlibala Əhmədov - Keçmiş: Şərqdə sevgi
Poeziya
Əlibala Əhmədov - Keçmiş: Şərqdə sevgi
Gil rəngli evimin eyvanında
budaqlardakı xurmaların onları dərəcək insan əlini unutduğu, bir parça qaymağı xatırladan zərif küləyin təsiriylə yuxuladığı gecələrdə
sevgilimin tabağıma doldurduğu heyva və nardan məhrum olmuşdum.
Bu qədim kəndin kənar nöqtəsində tədrislə məşğul idin.
Unutmuşdun, danışıqlarımı.
Mən teleskopu kəşf etdim.
Və fikrən özümü qocaltdım.
İndi üzümə zorla çıxan tüklərin ağ düyüyə bənzəyəcəyi günlərdə
şüurum teleskopun içindən sivişib
ulduzların içində üzməyə başlayacaq
və mən
yüngülləşəcəkdim , heçnəyi qazanmadan.
Bu kəndin gənclərinin qəlbləri və bədənləri bir birini bəyənməzdən əvvəl
havanın təmizliyində keçi dərisindən gələn qoxu mövcud olanda
xəlifələrin mənasız sərxoşluğu
sübhə yaxın sovuşanda ömrümü yad işlərin içində yoxa çıxaracaqdım.
Beynimin içindən sanki sürülər keçirdi.
Nar və heyvanın yanında sevişib,
müshəflər və bütün sənədləri qumlu yerə ağzı üstə sərib,
sənin səsinlə necə dirçəldiyimi hiss edə bilmədim.
İnandım ki, eşqin dadı var.
(Sanki suyun içinə gül düşübmüş kimi - bir dəfə yuxuda öz dolğun yanaqlarınla gülümsəyib mənə dedin ki,
Peyğəmbər həmişə Aişəni "Humeyra" deyə çağırıb.)
Və dəvə südünü içib
xurma dişləməyi ağlıma gətirəndə
ağzım həmişə quru qaldı.
Məni görənlər həmişə düşündü - görəsən, onun çiynini nə vaxtsa xəncər deşib yoxsa yox....
Mənsə bilirdim - indi istənilən ucalığı,
ulduzların göylərdəki durulmuş sularını
düyü rəngində saqqalı və getməyi düşünmək də məğlubiyyətdir....
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Viktoriya Tokarevadan povest
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə