Edebiyyat.az » Poeziya » Nizami Bayramlıdan iki şeir

Nizami Bayramlıdan iki şeir

Nizami Bayramlıdan iki şeir
Poeziya
admin
Müəllif:
08:15, 25 iyun 2022
1 958
0
Nizami Bayramlıdan iki şeir

 



        “Heç kimə demə”

 

        Mən uşaq vaxtı alça ağacından yıxılanda anladım ki,

        Heç nə havayı deyil.

        Adam yıxıldığı qədər yeyir,

        Qorxduğu qədər danışır,

        Küsdüyü qədər barışır.

        Necə ki

        Mən uşaq vaxtı alça ağacından yıxılanda anladım ki,

        Hündürlük yıxıldığın məsafə boydadır.

          

        cəsarətlənib deyə biləcəyim şeylərin arxasında uşaqlığım durur.

        Deyə bilməyəcəklərimin arxasından vurur yalanlarım.

        Sən belə elə, hamıya deyə biləcəklərimi

        Heç kimə demə.

        İndi hər şey mənasızdır, eynən

        10-12 yaşıma qədərki dövrümdə helikopterin göydəki uçuşuna baxdığım kimi

         

        Bir də ki, sənə bir söz deyim,

        Mən yalan danışmağı çox sevirəm.

        Məsələn,

        elə indi sənin eşitdiklərini uşaq vaxtı yox, böyüyəndən sonra anlamışdım.

        Heç kimə inanmadan qulaq as,

        Və daha yaxşı şeylərin olacağı üçün yox,

        Onu həyata keçirmək üçün çalış.

        Bir də, nə deyəcəkdim, hə,

        Əgər yenidən uşaq olmaq istəyirsənsə,

        Deyə bilməyəcəklərin üçün cəsarətlən

       “Uşaqdır” deyib keçsinlər.



        Oyuncaq

 

Bax belə sonlandı məhəbbət yolu,

Küçədən küçəyə cığır qurtardı.

Mənim yemədiyim o almaları,

Tanrı göydən atdı, nağıl qurtardı.

 

Bax belə sonlandı məhəbbət yolu,

Birinə ömrümdən ömür düzəltdim.

Birinin ömrünə şam kimi yandım,

Birinə ömrümdən kömür düzəltdim.

 

Bax belə sonlandı tanışlığımız,

Sıxıldıq otağın səssizliyində.

Birimiz çiyindən muğayat olduq,

Birimiz muğayat getdik çiyində.

 

Çoxunu istədik, azını gördük,

Puç oldu birlikdə planlarımız.

Gedib doğrulardan kömək istədik,

Bizə doğru oldu yalanlarımız.

 

Quyudan-quyuya düşdü sevgimiz,

Kimi əllərində etdi oyuncaq.

Mən bu oynamaqdan doya bilmədim,

Gəl yenə ayrılaq, bir də qovuşaq...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)