Edebiyyat.az » Poeziya » Cavid Musadan uşaq şeirləri.

Cavid Musadan uşaq şeirləri.

Cavid Musadan uşaq şeirləri.
Poeziya
admin
Müəllif:
22:07, 02 sentyabr 2022
1 801
0
Cavid Musadan uşaq şeirləri.




Təyyarə


Qaldır qanadlarını
Uç, uç təyyarə.
Apar məni uzaqlara
Uç, uç təyyarə.

Bir boylanım pəncərədən
Ulduzların dünyasından,
Buludların arasından
Salam göndərim.
Ana Vətənə.


Ağac


Gəl, əziz oğlum
Bir ağac əkək.
Ana təbiət
Bəzənsin gərək.

Qulluq edək ağaca
Böyüsün olsun uca.
Dadlı meyvəsin yeyək.
Kölgəsində dincələk.


Futbol


Gəlin uşaqlar
Oynayaq futbol,
Rəqib qapıya
Vuraq çoxlu qol!

Doğru pas ötür.
Aldadıb sağ-sol,
Endir zərbəni.
Nə gözəl bir qol!

Hesabı artır
Bir, iki, üç, dörd.
Qoy azərkeşlər,
Sevinsin bol-bol.


Leyla


Leyladır adım.
Var altı yaşım.
Ala gözlərim,
Qaradı qaşım.

Dişlərim muncuq,
Əllərim pambıq,
Ürəyim kövrək,
Saçlarım ipək.

Anacan səni
Çox sevirəm mən.
Səni görüncə
Sevinirəm mən.

Ağıllı balam,
Parlaq ulduzum,
Sənin nə şirin
Dilin var qızım?!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)