Edebiyyat.az » Poeziya » Saday Saib (Əlizadə) — O gözlər önündə

Saday Saib (Əlizadə) — O gözlər önündə

Saday Saib (Əlizadə) — O gözlər önündə
Poeziya
admin
Müəllif:
11:04, 14 aprel 2024
662
0
Saday Saib (Əlizadə) — O gözlər önündə




Şeirimin beyti, bəndi, misrası,

Kam alır yarımın gözəl üzündən.

İlham pərisi yaz deyir mənə,

Yaz deyir, o yarın ala gözündən.


O gözlər önündə dilim tutulur,

Əqlimin kəsəri tərk edir məni.

Görsəniz, yıxılıb candan gedirəm,

Saçının telinə bərkidin məni.


O gözlər önündə dinməzəm, lalam,

Kar edir özümü bu səssizliyim.

Sənsizlik yaşları axır gözümdən,

Batıram içində bu sənsizliyin.


O gözlər önündə kor oluram mən,

Dünyanın rəngini görə bilmirəm.

Bağışla şeirimin acizliyini,

Şəninə çələnglər hörə bilmirəm.


O gözlər önündə görməzəm, koram,

Səndən başqasını görməyir gözüm.

Gözünmü gözəldir, yoxsa, ey yarım,

Ay kimi parlayan o gözəl üzün ?


Şeirimin beyti, bəndi, misrası,

Cümləmin əvvəli, axırı sənsən.

Bütün gözəllər şeirə dönsə,

Şeirlər içində ağırı sənsən.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)