Edebiyyat.az » Poeziya » Özbək şair Abid Qoldoşun şeirləri

Özbək şair Abid Qoldoşun şeirləri

Özbək şair Abid Qoldoşun şeirləri
Poeziya
admin
Müəllif:
20:36, 13 may 2024
682
0
Özbək şair Abid Qoldoşun şeirləri




Abid QOLDOŞ - 1985-ci ildə Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. ABŞ-da “Beynimi Oğurlayan Qız”, “Mahiyyətə Gəz” və “Unudulmuş Mahnı” kitabları nəşr olunub. Əsərləri türk, uzər, qırğız, ingilis və rus dillərinə tərcümə olunub. Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Ezgulik” qəzetinin baş redaktoru.



TALE


Suyun qırçınların sığalladı anam,

Duaya açılan əlləri titrədi.

Tutun qırışların sığalladı anam,

Qabarlı barmaqları titrədi.

Güzgüyə baxıb

Alnını sığalladı anam

Titrəmədi anamın əlləri.



ÇILPAQ MİNARƏ


Böyük oğlum Ağabirin xatirəsinə


Oğlum köynəyini çıxarıb qoydu minarəyə,

- Dedi: - Ata, qəmgindir,

- Üşüyür minarə,

Axı onun “geyimi” yoxdur!

- Ata, minarəmizin paltarlarını kimlər çıxarıb?

Kimlər ona daş atıb?

Onlar canlımı, yoxsa minarə?

- Ata, kim özü tikmiş bu minarəni?

Ürəyimi verdim bu an oğluma.

- Ata,

Biz minarələr qurmasaq da

Minarələri qorumalıyıqmı?

- Ata,

Mən ata olanda

Oğlumun adını “Minarə” qoysam olarmı?

- Ata,

Niyə ağlayırsan?

Suallarım hələ bitmədi, ata!



 BUĞDA  ZƏMİSİ


Göz yaşlarını içib boy atar,

Alov yaxdı gah da üstünə.

Bəzən acı-acı ağlayar,

Böyüklər gələndə önünə.


Dərman səpdilər, “ adam” oldu,

Qəddi düz, sünbüllər  əyik.

Vuruşdular, sonra döyüldü,

Dəyirmana düşdü o əzik.


Sonra ovuclayıb alova soxdu,

Anacanım -  böyük möcüzə.

Ah, təndirdən qızarıb çıxdı.

O parlaq otlar ki çıxmışdı üzə 



***

Allahım, yol göstər, yolum yox mənim,

Sağım səhv düşübdü, solum yox mənim

 Od kimi yansam da tamam, bihudə,

Bəxtimi qucmağa qolum yox mənim.


Gözlərim səndədir, gözüm yox mənim,

Sözlərim sənindir, sözüm yox mənim.

Acısın unudub, sevmişəm çölü,

Özüm də səninəm, özüm yox mənim.



KÜÇƏ AĞACI


Göyün göz yaşında yuyundu ağac.

O çılpaq idi.

Meyvələrin verib küçə uşaqlarına

Ağacın düşən qolları ağriyardı.

O kökündən pöhrə bitincə

Hələ yaşamağa qərar verdi

Küçə uşaqlarını razı salan

Küçə ağacı.


ANA


Payız ağacının şəklini aldın,

Yarpağın töküldü, budağın sındı.

Meyvələrin dərildi, küləklər sovurdu arzularını.

 Sən bitib gedirsən, hamısı əyan

Sevinir təbiət, şadlıq edir yer –

Nəhayət kökündən dörd fidan bitdi.

İndi sənə həvəs ilə baxar kötüklər.

İndi sən özünü anırsan desəm.

Pöhrələrin haqda qayğılanırsan...


QIŞ BAŞLAYANDA


Durnalar məni tərk etməkdə

Heyvalıq günəşi soraqladı

Peçlər təmbəki çəkən gün

Barsız tut narazı ağladı.


Pəncərəmə şaxta eşq cızdı,

Qarıldayıb uçdu qarğalar.

Hətta qardan qeybət etməyi

Öyrənib ağ  ləpirlər qalar.


Alnımdan öpdü burulan külək

Bulud qəlbi boşalıb yumşaldı.

Nə vaxt görünəcək büzüşmüş hilal.

Ürəyimdə ağac gül açıb qaldı.


Ana, payız ağacına bənzədin

Varlığın töküldü, budaqlar sındı.

Meyvələrin dərildi:

Küləklər sovurdu arzularını.


Tükənib gedirsən, hamısı əyan

Təbiət sevinir, yer şadlıq edir.

Nəhayət, kökündən dörd pöhrə bitdi

Onlar da sənintək olmaq istəyir.


İndi sən özünü düşün  söyləsəm,

Pöhrələrin haqda düşünəcəksən...






TALEY


Suyun qırçınların sığalladı anam,

Duaya açılan əlləri titrədi.

Tutun qırışların sığalladı anam,

Qabarlı barmaqları titrədi.

Güzgüyə baxıb

Alnını sığalladı anam

Titrəmədi anamın əlləri.


***

Hər kəsin taleyi, öz yolu olar,

Salama uzanan öz əli olar.

Başqa birisini yamsılayanın

Nə sayılan qəlbi, nə dili olar.


***

Hətta otlarda da Allah əksi var,

Baxsan diqqət ilə, ürəkdən əgər.

Torpağı başına götürən otlar

Allaha təzimçün yerə əyilər.


Özbək dilindən  Şahmühəmməd Dağlaroğlu tərcüməsi

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)