Edebiyyat.az » Poeziya » Məlahət Teymurlu- "Xəzərə"

Məlahət Teymurlu- "Xəzərə"

Məlahət Teymurlu- "Xəzərə"
Poeziya
admin
Müəllif:
17:00, 02 iyun 2025
107
0
Məlahət Teymurlu- "Xəzərə"

Məlahət Teymurlu- "Xəzərə"

İkimizi də dizginləməyə çalışır bu ada,  

İkimizi də yanlış adlandırdı dünya.  

Sənə dəniz – sərhədsiz, mavi bir ruh,  

Mənə insan – dar çərçivədə susqunluq.  

Sonda nə ada qalacaq, nə də sərhəd,  

Yalnız dəniz – və içində bir səssiz səd.


Yalandan ad verib günahkarlara,  

Gizlənə bilməz dalğalarında.  

Biz ki iki sirdaş – mən danışan, sən coşan,  

Biz ki yorulduq soyuqdan,  

Günəş axtardıq, daşıya-daşıya başımızın üstündə.  


İkimizi də sardı sərhədlər:  

Səndə uca binalar, böyük dövlətlər,  

Məndə balaca düşüncələr,  soyuq günlər.  

Sənin sularına yosun qarışır, daş qarışır,  

Mənim xəyallarıma qan qarışır, sonra aşıb-daşır.  


Gəl bir gün yer dəyişək,  

Sən dayaz, ağrılı bir ruha,  

Mən boğulub qarışım səmaya.  

Süzülsün üstümdən günəş,  

Ay da baxsın öz əksinə səthimdə.

Bəlkə də bir gün qarışarıq bir-birimizə,  

Sən insana dönərsən, mən gölə.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)
Biz