Edebiyyat.az » Poeziya » Fernando Pessoa - Ertələmə

Fernando Pessoa - Ertələmə

Fernando Pessoa - Ertələmə
Poeziya
Necef Esgerzade
Müəllif:
12:54, 14 oktyabr 2019
1 362
0
Birigün, bəli ancaq birigün...Sabah birigünü düşünməyə başlayacağam,
Bəlkə onda edə bildim; amma bu gün yox...
Yox, bu gün yox; bu gün edə bilmərəm.
Obyektiv subyektivliyimin çaşqın inadı,
Gerçək həyatımın yuxusu, araya girməsi,
Ağlasığmaz, sonsuz yorğunluq -
Qatarı çoxdan qaçırmış, dünyanın ən yorğunu — kimi bir ruh...
Ancaq birigün...  
Bu gün hazırlaşmaq istəyirəm...
Özümü sabaha hazırlamaq istəyirəm, birigünü düşünmək üçün  
Həlledici olan budur.
Hal-hazırda planlarım var, amma yox, bu gün plan filan yoxdur...
Sabah planlama günüdür.
Sabah dünyanı fəth etmək üçün masaya oturacağam;
Amma yalnız birigün fəth edəcəm dünyanı...
Qəfil, hönkürtüylə içimə doğru ağlamış kimiyəm…

Tərcümə: Qoşqar Nuriyev
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)