Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən iki yeni şeir

Fərid Muradzadədən iki yeni şeir

Fərid Muradzadədən iki yeni şeir
Poeziya
nemət
Müəllif:
21:18, 11 noyabr 2019
1 957
0
Fərid Muradzadədən iki yeni şeir
 


 Bu nə qoxusudur görən ilahi?
 Utandı bağçada bitən çiçəklər.
 Ətrini ruhuma hopduran qadın,
 Ətrini aparmır əsən küləklər.

Nələr çəkdiyini üzə vurmadı,
Gizli sızıldadı, yandı ürəklər.
Qürura boğulub saxladığını,
Gizləyə bilmədi qara bəbəklər.

 Axan göz yaşının günahkarı kim?
 -Sorsalar, dil açıb mən deyəcəklər.
 Sənin göz yaşını mürəkkəb edib,
 Əməl dəftərimi yazır mələklər.

Tanrı dərgahına yetmədi, neynim,
Yarımçıq arzular, yarım diləklər.
Ah çəkmə nə olar, qurbanın olum,
Ahından alışar göydə fəkəklər.

 
Nə biləsən necə olur

 Nə biləsən necə olur əzizim,
 Göz yaşını gizli-gizli axıtmaq.
 Paralanıb, yaralanmış ürəyi
 Gecələri göz yaşıyla ovutmaq.

Nə biləsən necə olur, əzizim,
Varlıq ikən yoxluğuna yön tutmaq.
Ürəyimin alovunu közünü,
Ağrılarla, acılarla soyutmaq.

 Nə biləsən necə olur əzizim,
 Mürgüləyən xatirəni oyatmaq
 Bir pərdənin iki simin bir anda,
 Segah üstə yana-yana oxutmaq.

Nə biləsən necə olur əzizim,
Yalqızlıqdan ağlı çaşıb kəm olmaq.
Dərin-dərin xəyallara qarışıb,
Ölə-ölə ötənlərə qayıtmaq.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)