Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində
Poeziya
Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində
Masa da masaymış ha
Adam yaşamaq eşqilə sevincək
Masaya açarlarını qoydu
Südünü yumurtasını qoydu
Pəncərədən düşən işığı qoydu
Motosikl səsini çəhrə səsini
Çörəyin havanın yumşaqlığını qoydu
Adam masaya
Ağlından keçənləri qoydu
Həyatda nə etmək istəyirdi
Bax onu qoydu
Kimi sevirdi kimi sevmirdi
Adam masaya onları da qoydu
Üç dəfə üçün doqquz edərdi
Adam masaya doqquzu da qoydu
Pəncərədən görünən göyüzü yanında
Uzandı masaya sonsuzu qoydu
Pivə içmək istəyirdi neçə gündü
Masaya pivənin süzülüş səsini qoydu
Yuxusunu qoydu oyaqlığını qoydu
Toxluğunu aclığını qoydu
Masa da masaymış ha
Heç üzülmədi bu qədər yükə
Elə dayandı durdu
Adam da ki atam qoyurdu hey
Cazibəli qərənfil
Bilirsən az az yaşayırsan məndə
Axı səninlə gözəldir hər şey
Bir qurtum rakı içirik, içimizə bir qərənfil düşər kimi
Bir ağac boy atır yanımızda
Mədəmdi ağlımdı bu qədər saxlayır.
Sən qərənfilə mailsən, alıb sənə verirəm
Sən də bir başqasına versən daha gözəl
O başqası da yanındakına verər
Gəzər qərənfil əldən ələ.
Görürsən bir sevdanı çoxaldırıq səninləSənə həttənirəm, sənə isinirəm, bu o deyilBax necə bəyazı kəsər kimi yeddi rəngBilirik səssizcə.İçdən təmiz sevdim səniİçdən təmiz sevdim səniBaxışlarından doğru sevdim səniAğzındakı islaklığın buğundanSəsinə dönən sözcüklərdən sevdim səniMəni sevdiyin kimi sevdim səniQarın qaranlığından.Yerləşdir bu sevdanı hər yerinəÜzündə tərə dönən damcılarınQaynğına yerləşdirHeç zaman gizləmədiyin, acı çəkməyənlərin son dayanacağınaÜstünə güllər asdığın körpənə yerləşdirVə çiyinlərinə daracıq çiyinlərinəÜşümüş kimisən de sanki azacıq önə çıxanTam oraya, ucsuz-bucaqsız bir düzənlikdənBir çobanyastığı çəmənliyindən arınmış köksünə yerləşdirVə əsmərliyinə Bir də ki, bir yanığın izinin rənginəSaçlarının yana yatımına, ortadan ikiyə bölümünəAlnından başlayan və ayaq biləklərində bitənYəni sənin olmayan, səni bir boşluq kimi saran hüznəYerləşdir onu bir şəhərinParşa-parça ağlında tutduğunQar dənələri kimi uçuşanVə hər gün bir az yavaşıyan səmtlərinəYerləşdir bu sevdanı hər yerinəQatdım mən daddığım hər şeyi dənizlərəBildiyim nə varsa onlar da hey dənizlərdənSən də bir dəniz kimi yerləşdir onu istərsənSevdanıVə köpükləndirVə nəmləndir ki kədəri anlamasınAmma dur, dənizlər nəmlidir Öyrənməz amma öyrədir sevinciBizim sevdiyimiz də elədir, yaxşı şeirlər kimiBir az da hamı üçündür. Və gəlinciyin ikinci dadına bənzəməliÖzünü birincisindən var edənYəni bir sevdanı sevgiyə dönüşdürənMən indi bir yad kimi gülümsəyənTanımadığın bir yad ölkə kimiİçində yaşamadığın bir zaman kimiTam özü kimi sevincinMəni gözləyirsənVə onu gözləyirsən məni gözlərkən.GözləriSanki heç bir şeyi bildirməzİçimizdəki səssizliyiNə göz, nə söz, nə heç nəGözləri gətirin gözləri.Ayrı deyil, anlaşırıq beləcəYarpağın daha bir yarpağa dəydiyiO qədər yaxın, o qədər üzüyolaƏlləri gətirin əlləriDeyirəm, axına qarşı üzməkdir günümüzdəki eşqBirləşib başına buraxaq iki kölgəniMövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
