İbrahim Tığdan 3 şeir
(Türkiyə)
SARI AYLAR*
insan keçmişi ilə danışmalı
dərdi anam anlatmalı
bir uşağın gözlərində gizlənən quyu
hər qadın öz yarasıyla döllənər,
dərdi atam, döllənər də,
bu alnındakı hansı gülün qoxusu
atasız və ağır keçdi sarı aylarım
türkü qoxuyan bir məktub içindəki həsrət
üzüm bir şəhərə dönüşürdü
içimdən qayıqlar keçir, mor əqrəblər
nəhəng pəncəsiylə zaman...
bir atın şüur altıdır içimdəki göy üzü
anam, insan keçmişilə danışmalı
dərdi həm,
gün gələr ünvanlar da ölürmüş məgər
ANAM YIXILDI
mən o evin sidr tozuna** xatirələri bulaşmış uşaq
ölü pişiklərin əski fotolardan düşən rəsmini toplayıram
əfsunlu quşlar havalanır, əncir dadında
yumdu qadını gözlərini bir ana
üzü nağılların əski kölgəsi
anam, bir qönçənin tacı düşsə
inciyərdi, taxtalı köyün*** hökmlü sakinləri
sevişməyə hazır yeraltı suları dəhlizlər və sirr
məni də tərk edərkən bir tanrıyla aldatdın
kəndin bir meşəsi tozlu küçələrini
sevərmiş kimi oxşardı, küçə lampaları
əski bir cindar, çörək qırıntılarına
cuman qarışqalar, misgərlər kəndində
bir ququ quşudur artıq zaman
nə zaman uşaqlığıma üz tutsam
yüzlərlə kəlmə qopar o yaydan
çəkilər əl-ayaq, eşiyi cəhənnəm.
üzündə respublika aydınlığının sirli
lampası,tanrı bir ərköyün oğlana döndü.
anam yıxıldı!..
ATA
atasız günlər keçirdim həyatda
zamanı sınadım, anamın ağzında
xatirələri öləzimiş ötkün bir sözəm.
atamla başlayan sabah cəsədlə bitərdi
hər gecə. başqası olmanın kəfənsiz burğacında.
öncə meyvəçi zehnli əmimiz getdi. bir axşamüstü
duydum şenoldan.amma şən olmadım
ölüm günləri hey üstümə gəlir
sıxıntının özəyinə yürüdüyümü sanaraq
keçdiyim qapılardan əks-sədayla oyanıram
-------------------------------------------------------------------------------------------
*Sarı ay – Türkiyədə məhsul vaxtı axşam çağları sarı rəngə çalan aya deyilir. Hasat ayı, yəni məhsul ayı da deyirlər.
**”Taxtalı köy” – türklər məzarlığa taxtalı köy deyirlər. Qədim şaman inancına görə insanı dəfn edərkən baş daşı əvəzinə taxta, ağac parçası bitirərmişlər. Bu insanın ağac simvoluna inamından irəli gəlir. Əski türklər ilk anaya da kayın ana, deyərmişlər. “Kayın” əslində “kadın” deməkdir ki, “k” səsinin “y” səsi ilə əvəzlənməsindən yaranıb.
***Sidr tozu – iynəyarpaqlı sidr ağacının tozu. İnanca görə bu toz müqəddəs sayılır, şəfalıdır.
Çevirdi A.Qaradərəli