Edebiyyat.az » Proza » ELVİN RİZVANGİL - CƏFƏR CABBARLI HEYKƏLİNİN GÖZÜ İLƏ...

ELVİN RİZVANGİL - CƏFƏR CABBARLI HEYKƏLİNİN GÖZÜ İLƏ...

ELVİN RİZVANGİL - CƏFƏR CABBARLI HEYKƏLİNİN GÖZÜ İLƏ...
Proza
nemət
Müəllif:
17:14, 26 aprel 2020
1 337
0
ELVİN RİZVANGİL - CƏFƏR CABBARLI HEYKƏLİNİN GÖZÜ İLƏ...





 Dayanmışam bir şərq şəhərinin avanqard üslubla bəzədilmiş küçəsində... Sol  tərəfdə  Sənaye Universiteti, sağ  tərəfdə də Qərb mətbəxinin məşhur restoranı yerləşən qədim Bakı Dəmiryolu vağzalı, arxa tərəfimdə Cumhuriyyət metrosu,  onunla üzbəüz mənim adımı daşıyan stansiya, önümdə şərq memarlığına bənzəməyən böyük bir əyləncə və ticarət mərkəzi. Mənim adımı daşıyan stansiya digərlərinə bənzəməz.
 Mən Şərqin ilk demokratik respublikası ilə ilk dəfə cahanın yarısını birləşdirib  imperiya quran Azərbaycan dilini dövlət dili edən Şah İsmayıl Xətai arasında körpüyəm. Bura nə doğulduğum Xızı kəndinə, nə də ki  yaşadığım Dağlı məhəlləsinə oxşayır. Burada gəzən qadınlar Almaza, kişilər də Oqtaya bənzəmir. Süslü paltlarlarla qərb təfəkkürlü şərq insanlarının içində bir cahillik yatır.

  Bütün haqsızlıqlara göz yuman bu insanların ən böyük arzusu önümdə ucalan əyləncə və ticarət mərkəzində bolluca vaxt keçirtmək, bahalı restoranlarda bir fincan kofe içib şəklini sosial şəbəkələrdə paylaşmaqdır. Qərbin brend dükanlarından bahalı geyimlər alıb geyinən, öz doğma dilində danışmağı ayıb bilib rusca danışan bu toplumu ölkədə baş verən heç bir hadisə maraqlandırmaz. Aradabir sosial şəbəkələrdə kosmopolitik statuslar yazaraq özlərini dünyəvi insan kimi gözə soxarlar. Öz ölkəsində insanların başına gətirilən müsibətlərə göz yuman bu məxluqlar xəstəlik və qorxu saçan küçə itlərinin öldürülməsinə etiraz edərlər. İndi "Sevil"i yazdığıma görə məni qınayırlar. Guya mən əsərdə Azərbaycan qadınını fahişə kimi vermişəm. Təbii, bu cahil toplum bəlkə heç "Sevil"i oxumayıb da. Onun-bunun ağzından bir-iki cümlə oğurlayıb özlərini ağıllı göstərmək üçün məni tənqid edirlər. Üstündən 100 il keçməsinə baxmayaraq, bu xalq azadlıq və özbaşınalığı bir-birindən seçə bilmir. Mən Sevilin timsalında Azərbaycan qadınının başından qara çarşabı açıb onu qaranlıqdan işıqlığa çıxmağa çağırdım. Oxumağa, təhsil almağa, aydınlanmağa səslədim. Evində ərinin köləsi yox, xanımı olmağını istədim.100 il öncə bu xalq hansı təfəkkürdə idisə, indi də eyni düşüncədədir. Dəyişən heç nə yoxdur. Bəlkə bir az da geriyə gedib. Dəyişən bu insanların geymi və xarici görkəmləridir. Dodaqlarına silikon, yanaqlarına botoks vurmuş bu qadınlar azadlığı açıq-saçıqlıqda və özbaşınalıqda görürlər. Ən son dəb ilə geyinən bu insanlar milli dəyərlərə xor baxarlar. Ancaq bar-bar bağırdıqları Qərb mədəniyyətini bilməzlər. Qərbin insan haqlarını təkcə geyim və özbaşınalıq kimi dərk edərlər. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)