Edebiyyat.az » Proza » Nicat Həşimzadə - Din inkişafa mane olurmu?

Nicat Həşimzadə - Din inkişafa mane olurmu?

Nicat Həşimzadə - Din inkişafa mane olurmu?
Proza
nemət
Müəllif:
23:20, 09 mart 2019
3 220
0
Nicat Həşimzadə - Din inkişafa mane olurmu?



   Bəzi adamlar qəti şəkildə deyirlər ki, din inkişafa mane olur. İnkişaf etmiş ölkələrin də əhalisi inanclıdır. Ancaq onların şüuru inkişaf etdiyi üçün dini məişət hadisələri ilə ölçmürlər. Məsələn onlara peyğəmbərin neçə arvadının olması, neçə yaşda evlənməsi maraqlı gəlmir, onlar insanlara faydalılıq əmsalı ilə qiymət verirlər. Onlar böyük şəxsiyyətlərə qiymət verərkən şəxsi həyatlarının intim məsələləri ilə maraqlanmırlar. Bizim kimi kompleksli, natamam cəmiyyətlər isə kimin neçə arvadının olması, kimin necə yaşda sevişdiyi, kimin nə vaxt dul qaldığı kimi hadisələrlə maraqlanırlar. İnkişaf etmiş savadlı cəmiyyətlər isə hər şeydə bir ideya, bir fikir, bir hikmət axtarırar. Necə deyərlər, hansı kafa ilə oxuyursansa gördüyün də o olur. Kitab oxuyarkən kitabdakından daha çox öz beynindəki illuziyaları görürsən, hiss edirsən. Şüuraltındakı siqnallar sayəsində oxuduqlarını nəyəsə və harasa yozursan.
   Qəribə məsələ odur ki, din Almaniyada, İtaliyada, qonşu Gürcüstanda inkişafa mane olmur. Ermənilərin xalq kimi varlığını isbat edən səbəb həm də onların dini inancıdır. Din dövlət siyasətinin köküdür. Din yəhudilərin inkişafına mane olmur. Bəs niyə müsəlmanların inkişafına mane olur? Bu haqda çox düşünmüşəm. Allah və ya Tanrı, və ya Təbiət müsəlman ölkələrinə zəruri olan çox şeyi bəxş edib. Hər şeyə zəhmət çəkmətən sahib olmaq insanı tənbəlləşdirir. Yəqin ki, Qədim Yunanıstan, Qədim Misir sivilizasiyanın tənəzzülünün səbəbi də budur. 
Bu ölkədə dindarla ateist demək olar ki, eyni beynə sahibdirlər. Ateist də, dindar da biri-birinə oxşayır. Sanki kimlərsə plastilində insanlar düzəldib biri-birinə qarşı qoyublar. Sanki Roma əyanları qladiator tamaşasına baxırlar. 16-20 yaşlı gənclərin özlərini həyatın dibinə enmiş kimi aparmaları, 3-5 kitab oxuduqdan sonra ciddi məsələləri çayxanalarda analiz etməsi, özlərindən başqa hər kəsi savadsız görmələri məni yorub. Hədəfin nədir, məqsədin nədir, həyat amalın nədir, niyə yaşayırsan suallarına cavab verə bilməyən adamlar dünyanın ciddi məsələlərini müzakirə etməyə həvəs göstərirlər. Bir də belə adamların  ciddi intellekt sahiblərini lağa qoymaqları var. Din inkişafa mane olmur, hədəfsizlik, tənbəllik, günahı başqasında axtarmaq, məsuiyyəti öz üzərinə götürmək cəsarətində olmamaq inkişafa mane olur. Tənbəl cəmiyyətlər hər zaman öz nöqsanlarında kimisə və nəyisə günahkar çıxarmağa çalışırlar, bəziləri sistemi, bəziləri dini, bəziləri maddi çətinliyi səbəb gətirirlər. Səbəblərə acizlər sığınır.
Bu gün rüşvət alan adam da buna sistemin qüsuru adı verir. Kimlərinsə etdiyi şərəfsizliyə sığınaraq şərəfsizlik etmək daha böyük şərəfsizlikdir. Şərəflilərin susması, vidanlıların tənbəlliyi vicdansızların, şərəfsizlərin uğuruna haqq qazandırır. Bu gün dindən istifadə edərək varlanan adamlar var. Peyğəmbərimiz yoxsulların yanında olub deyərək 100 minlik maşında gəzən, sürücüyə və mühafizəçiyə sahib din “adam” ları var. İnancında səmimi və dürüst olan insanları həmişə sevmişəm. Belə insanların varlığı mənə zövq verib. Bir də müsəlmanda ağıl yoxdur söhbəti var. Müsəlman riyaziyyatçıları, filosofları, fizikləri sadalasaq yazının həcmini xeyli artırmış olaram. Sübut istəyənlər üçün link qeyd edirəm. (https://kayzen.az/blog/islam-tehriflere-cavab/607/müsəlman-alimlərin-elm-qarşısında-xidmətləri.html)
https://kayzen.az/blog/islam-və-şəxslər/2216/müsəlman-alimlərinin-tibb-elminə-tövhələri.html
İnsanları ateist və dindar qruplarına bölməyi sevmirəm. İnsan ya nadan olur, ya da dürüst. Nadanın da ateisti, dindarı olmur. Həqiqət budur ki, enerjimizin, gəncliyimizin qədrini bilmirik. Mənim gəldiyim qənaət budur ki, din inkişafa mane olmur. Tolstoyu oxuyub anlamayan adam rüşvət ala bilirsə, Quranı oxuyub yanlış anlayan adam niyə rüşvət almasın ki, niyə qatil olmasın ki? Hər bir kitabı obyektiv şəkildə oxumaq lazımdır, önyarğı ilə oxuduqda, kitaba subyektiv münasibət göstərdikdə düzgün anlaya bilməzsən. Səbirli olaq, dalaşmaq əvəzinə həmrəy olaq. Din- ateizm mübahisəsinə son qoyub ölkəmizin gələcəyi naminə birgə çalışaq.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)