Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət
Proza
Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət
1.Uzun hekayələr yazmaq və oxumaq həyatı qısaldır.
2.Qısa hekayələr yazmaq və oxumaq isə həyatı uzatmır, amma zənginləşdirir.
3.Kapris və surpriz dolu olmaq, zamana sığmamaq qısa hekayənin təbiətində var. munislikdən, dəqiqlikdən, qəfildən yaradılmaqdan xoşu gəlmir. Qısa hekayə sadəcə yaranır.
4.Qısa hekayənin dərin olmadığını deyənlərə fikir vermə. Həmin insanlara dövründə kimində həyat macərasından danışan bu kiçik hekayə ilə cavab ver: “Doğuldum, yaşadım, öldüm”.
5.Uzun bir hekayədən sözləri atıb qısa bir hekayə yazacağını düşünmə. Qısa hekayə əsl özünəuyğun ölçüdə və özünəuyğun sayıda sözlərlə yaranır.
6.Bir hekayə əgər qısadırsa o, ikiqat yaxşıdır.
7.Ayaqlarının üstündə gəzə bilməyən bir qısa hekayə yerdə sürünən bir romana bərabərdir.
8.Qısa hekayədə öldürən bəlkə də uzun bir romanda ölür.
9.Əlli səhifəlik bir hekayə əgər sürətli nəqlə malikdirsə, o da qısa hekayədir.(Amma bir şeyi unutmayın ki, bu olduqca çətindir. Qısa hekayədə çatdığın sürətə əlli səhifədə çatmaq mümkün deyil.)
10.Tanrının özü də bir qısa hekayədir… Əzəli və əbədi belə olsa.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)