Edebiyyat.az » Proza » Yazıçıların son məktubu

Yazıçıların son məktubu

Yazıçıların son məktubu
Proza
admin
Müəllif:
16:34, 12 noyabr 2022
1 773
0
Yazıçıların son məktubu




Artur Rembo

Məşhur fransız şairi Artur Rembo çox gənc yaşlarında poeziyadan uzaqlaşaraq Afrikaya yollanır və orada silah ticarəti ilə məşğul olur. 10 il sonra xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Fransaya qayıdır. Marseldə bir xəstəxanada müalicə alan şair tezliklə sağalıb yenidən keçmiş peşəsinə qayıtmaq istəyir. Bu məqsədlə son məktubunu Fransa Dəniz  Nəqliyyatı Şirkətinin müdirinə ünvanlayır. Məktubu bacısı İzabelə yazdırır. Şair həmin günün səhəri  37 yaşında gözlərini dünyaya əbədi yumur:

“Hörmətli müdir, Süveyşə hərəkət edən “Aphinar” gəmisinin biletinin qiymətini mənə yaza bilərsinizmi? Çünki tamamilə iflic olmuşam. Buna görə də gəmiyə vaxında çatmaq istəyirəm. İşçilərinizə gəmiyə vaxtında çatmaq üçün mənə kömək etmələrini tapşıra bilərsinizmi?”

9 noyabr 1891-ci il. Marsel.

  

Onore de Balzak

Xeyli borcu olan məşhur fransız yazıçısı Balzak ara vermədən yazmaq məcburiyyətində idi. Yazı masası arxasında bir-birini əvəzləyən yuxusuz gecələr onsuz da zəif olan yazıçını lap taqətdən salmışdı. Ömrünün son günlərində həyat yoldaşı Hanska ona katibəlik edirdi. Dostu Teofil Qotyeyə ünvanladığı son məktubunu xanımı qələmə alsa da, sonuncu cümləni Balzak özü yazmışdı:

 

“Əzizim Teofil, mənə olan diqqətiniz üçün sizə ürəkdən təşəkkür edirəm. Sonuncu gəlişinizdə evdə olmamağım vəziyyətimin yaxşılaşdığı anlamına gəlmir. Həkimin evdən çıxmamaqla bağlı əmrinə məhəl qoymayıb əşyalarımı gömrükdən almağa getmişdim. Bronxit və qaraciyərimdəki narahatlıq yavaş-yavaş azalır, amma yenə nə yaza, nə də oxuya bilirəm. Həkimin təlimatına görə, mənə hərəkət etmək olmaz, bir kəlmə də danışmadan uzanıb dincəlməliyəm.

Gələn dəfə gələndə əvvəlcədən mənə xəbər edin ki, nə vaxtdan bəri görmədiyim dostumu ürəyim istədiyi kimi qarşılaya bilim.

Sizi sevən dostunuz”.

20 iyul 1850-ci il. Paris.

 

Pol Valeri

Məşhur fransız şairi Pol Valeri isə son məktubunu ölümündən bir neçə gün əvvəl fransız naşiri və yazıçısı Jan Volyeyə ünvanlamışdı:

“Əziz dost, dünənki ağrılarımın təkrarlanmasını istəmədim. Ona görə də ağrıkəsici dərmanların dozasını bir az da artırdılar. Bu gün nisbətən yaxşıyam. Təpədən dırnağa qədər üşüyürəm, amma dəhşətli titrətmələrim dayanıb. Sizə xəstəlik əvəzinə başqa şeylər barədə yazmaq istərdim, amma təəssüf ki, hələ o vəziyyətdə deyiləm. Mükəmməl bir hədiyyə göndərmisiniz. Sizin kimi nəcib insandan ancaq bunu gözləmək olardı. Cümə günü gəlin. Ümid edirəm bizə təşrif buyuranda məni komada görməzsiniz. Sizi nə vaxt görəcəyəm? İlahi, nə qədər bədbəxtəm!

Şükürlər olsun, yenə də şükürlər olsun”.

6 iyul 1945-ci il.

 

Viktor Hüqo

Məşhur fransız yazıçısı Viktor Hüqo son məktubunu ona əsərini göndərən Çarlz Franju adlı bir müəllifə yazıb:

“Əziz Çarlz, kitabınız duyğulu, təsirli və sadədir. Əvvəldən sona qədər diqqətlə və maraqla oxudum. Nə gizlədim, oxuyarkən göz yaşlarımı saxlaya bilmədim. Hiss olunur ki, bu əsəri ürəkdən yazmısınız, sünilikdən qaçmısınız. Bunlar uğur qazanmaq üçün əhəmiyyətli cəhətlərdir. Bu yolda cəsarətlə irəliləyin. Şübhəsiz ki, siz istedadlısınız”.

20 mart 1885-ci il. Paris.

 

Rayner Mariya Rilke

Qan xərçəngindən əziyyət çəkən məşhur Avstriya şairi Rayner Mariya Rilke son məktubunu ölümündən bir neçə gün əvvəl ilk məhəbbəti olan rus əsilli psixoanalitik və yazıçı Lu Salomeyə ünvanlayıb:

“Əzizim, sən demə, həssas varlığımın aqibəti bu imiş. İndi bu varlıq bu xəstəlikdən necə qurtulacağını bilmir. Yaxşı bilirsən ki, daha sağlam bədən və həyat üçün həmişə özümə fiziki cəhətdən əziyyət vermişəm. Amma bu ağrılar başqadır, bütün vücudumu işğal edib. Dözmək çətindir. Orda vəziyyət necədir? Bilmirəm niyə, amma son günlər başım üzərini  qara buludların aldığını hiss edirəm.

Sənin Raynerin”.

13 dekabr 1926-cı il. Montrö.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)