Edebiyyat.az » Proza » ŞvartsMan - İyrənc - 2

ŞvartsMan - İyrənc - 2

ŞvartsMan - İyrənc - 2
Proza
admin
Müəllif:
22:45, 08 iyun 2025
11
0
ŞvartsMan - İyrənc - 2




Tualetdəyəm. Unitazda oturmuşam. Güzgüyə yanakı baxıram. Əlüzyuyanda "Klar" maye sabunu, yanında "Fitoton" şampunu və Vintage T9 markalı maşinkam var. Düşüncələrim anusumdan çıxan  pox kimi beynimdən çıxıb sizin beyninizə tökülmək istəyir. 


Düşünürəm ki, insanın içindən çıxan çox şey pis qorxuludur - məsələn, nəcis, sidik, qusaq, sperma, aybaşı qanı, vagina suyu və s. Yeməli deyillər, amma bacarsan yeyə bilərsən. Bunu dinə, siyasətə, fəlsəfəyə, ədəbiyyata, əxlaqa da aid etmək olar. Onlar da bizim daxilimizdən, nə bilim, beynimizdən, hansısa bir yerimizden çıxan pis qoxulu şeylərdir. Yeməli deyillər, amma adama yedizdirirlər. 


Çimmədən əvvəl sıçıram bəzən. Çimmədən əvvəl maşinka ilə bədənimdəki tükləri təmizləməyi də sevirəm. Tük artıq təkamüldə öz bioloji funksiyasını itirib. Təəssüflər olsun, etikada tük əxlaqi kodeksin içində parazit mövzu kimi yaşamağa davam edir. Maşinka ilə qoltuq altını qırxırsan, kişisən. Sinənin tükünə maşinka vursan, "petux" olursan. Halbuki qoltuq altı ilə sinə tükü arasında elə də uzaq məsafə yoxdur. Ya da qasıq tükünü hər kişi təmizləyir, birdən ağlına götünün tükünü tənzimləmək gəlir və etsən, kimsə bilsə, "petux" deyər. Halbuki cinsi orqanla götün eyni zonada yerləşir. Niyə biri yaxşı, digəri pis olur? Fəlsəfə hələ bu suala cavab verməyib...


Duşu açırdım ki, hamamın qapısı döyüldü. Sevgilim Şəhla mənə telefonumun zəng çaldığını deyir. Qapını açıb telefonu götürəndə ekranda "Könül" yazıldığını gördüm. O da görüb. Başım qapının arasındadır. 

Şəhla: 

-Sevgilindir?

-Keçmişdən biridir, əzizim. Keçmişdən biri. İnan. Keçmişin qayıtmasına icazə vermərəm.

-İnanım? 

-Əlbəttə... Keçmişi xatırlamağı sevirəm, amma qayıtmağını yox. Öpüm səni? 

Şəhla: 

-Öp. 

Öpdüm onu. Yes-i basmaq istəyəndə zəng dayandı. Gülümsədim: 

-Gördün, keçmiş öz-özünə yoxa çıxdı. 


O da gülümsədi. Sol əli ilə başımı qapının arasından içəri itələyib "yaxşı, tez çim" dedi. 


Duşda tək çimməyin həzzi yoxdur. Çimmək ikinəfərlik təmizlik olmalıdır. Problem budur ki, duşda iki nəfər olanda çimə bilmirsən. Təmizlik üçün təklik şərtdir. Bunu mənəvi təmizliyə də aid etmək olar. 


Duşdan gec çıxmağı sevirəm. Təkcə masturbasiya məsələsinə görə yox, suyun axışını sevirəm.  Duşun isti su damcılarının bədənə toxunuşu bədəni varlığımızın əsas parçasına çevirir. Biz istini sevən canlılardanıq. Duş başlığının yalnız bir funksiyası var: cinsi orqanımızı daha çox isitmək. 


Bədənimi dəsmalla qurulayaraq əlüzyuyana qoyduğum telefonda YouTube -a baxıram. Hansısa prezident başqa bir ölkəyə rəsmi səfər edib. Belə siyasi xəbərlərə baxmaq üçün ya həddən artıq qoca olmaq lazımdır, ya da axmaq. Həyatda ən cındır peşə hansıdır soruşun məndən? Cavabım: siyasətçi. Necə də kameralar bizə onların kostyumlu qəhrəmanlar kimi göstərir! Onlara baxanda Marvel qəhrəmanları daha inandırıcıdır. Özlərindən yalançı, mənəviyyatsız adamlar yoxdur. Bu səbəbdən də ən çox reklam olunan, gözümüzə soxulanlar onlardır. Atalar demişkən, "göz gördüyünə inanar".  Gözünüzü başqa tərəfə çevirin. 


Sevgilim olan yataq otağına belimdəki dəsmalla keçmək adətdir. Yataqdan o sənə baxanda dəsmalı kənara tullayıb (əlbəttə, döşəməyə yox, yatağın üstünə) onun yanına soxulmaq həyəcanverici olur. Sevgilinin səndə ilk hiss etdiyi şey döyünən ürəyindir desəm, yalan olar. Penis vaginadan ürəyə gedən yolu bilən maşındır. Bu maşına hər qadın minmək istəyir. Əsas odur, maşını yaxşı və təhlükəli sürəsən. Amma birdən hiss edirəm ki, maşını meşədə sürürəm. Maşını dayandırıb Şəhlaya baxdım: 


-Gözəlim, bilirəm, təbiəti qorumaq lazımdır, meşələri məhv etmək olmaz. Məncə, maşinka ilə meşəni müəyyən bir müddətlik parka çevirmək olar. 

O ucadan gülür.

-Ən azı mənim xətrimə.

-Necə? 

-Mən edəcəm. 

-Yox, olmaz. Utanıram. 

-Mənimlə yataqda utanırsan? Heç sənə yaraşdırmadım.  Nç -nç-nç-nç..


Vintage T9 ilə işə başladım. Onun ayaqları arasında əlimdə maşinka ilə təbiət düşməninə çevrildim. Bir az şişirdim, Teksas qətliamı kimi bir şey oldu: Ğğğ ğğ ğ ğğğ. Nəticədə, tüklü ayını balaca dovşana çevirdik. Əməyi keçən hər kəsə təşəkkürlər. 


Gəncliyin yalnız bir adı var - təcrübəsizlik. Cavan olanda seksə tez girib, tez də çıxırsan. Bu, kişilərin təkamülüdür. Belə olanda uğursuzluq ayaqqabının altına yapışan saqqız kimi sənə yapışır. Yaş ötür, təcrübə qazanırsan, seks bir sənətə çevrilir. Sən artıq onu etmirsən, yaşayırsan, hətta yaşadırsan. Cavan olanda əxlaqlı olub əxlaqsızlıq etmək istəyirsən. Amma bu ikisi eyni anda mümkün deyil. 30 yaşına çatanda seçim etməli olursan: ya o, ya bu. Mən əxlaqsızlığı seçdim. Nə vaxtsa peşman olduğum isə yadıma gəlmir. 


Biz kişilərə və siz qadınlara çox pis şeylər öyrədiblər. Yaxşı olan şeyləri əxlaqla iyrəncləşdirib monstra çevirdilər. Kişilərə qadını yalamağı "kişisizlik" kimi pisləyib, qadının kişiyə oral seks etməyini analar gənc qızlarına qadağan etdilər. Hətta heyvanlar belə oral seks edirlər: bonobolar, delfinlər, şimpanzelər, aslan və yarasalar. Müqəddəs kitablarda homoseksuallıq pislənir, tanrının qadağası kimi təqdim olunur. Bilirik ki, heyvanlar aləmində də homoseksuallıq var. Əgər tanrı heyvanları da yaradıbsa, niyə onlarda homoseksuallıq var? Hə, bildim: tanrı heyvanların dilini bilmir. 


Bakirəliyi yox, amma bakirələri sevirəm. Onlarda çoxlu həyəcan və sürətli ürək döyüntüləri var. Biz kişilərin naturasında bir şeyi qanatmaq, dağıtmaq instinkti var. Qadında isə dağılanı düzəldib yaratmaq. Bu əvəzolunmaz əbədi döngüdür. Şəhla ilə mənim münasibət topumuz birinci beyindən ürəyə düşdü, indi isə ayaqlar arasındadır. Mən onu öpmək və yalamaq istəyirəm, o da məni. Seks qəribədir, sənə yad olan bir bədəni öpmək, ondan həzz almaq və özünküləşdirmək istəyirsən. Bir ara əxlaqçılar tərəfindən bədən müqəddəsləşdirilmişdi, halbuki onlar ən çox ruhdan danışırdılar. Ziddiyyəti görməmək mümkün deyil. Ruhu bədəndən üstün bilmək, amma, bununla yanaşı, bədəni toxunulmaz elan etmək - əsl siyasət budur, xəbərlərdə baxdığınız kukla prezidentlər yox. 


Başqasına həzz verməyi sevirəm. Seks bir az fədakarlıq istəyir. Qadının cəmiyyətdə yeri ikinci cins olduğu üçün ən azı yataqda bunu haqq edirlər. İnsana hər zaman layiq olduğunu vermək lazımdır. Bilirəm ki, Şəhla ilə əbədi birlikdə olmayacağıq. Ya ayrılacağıq, ya da öləcəyik. Kuni adlı bu möcüzəvi hədiyyəni ona bəxş etmək istəyirəm ki, qadınlığın nə olduğunu bütün bədəni ilə ruhunda hiss etsin. Unutmayın, hər kişi mənim kimi yataqda belə cümlələr qurmur. Özümü tərifləməyi sevmirəm: (amma) başdan - ayağa istedadam.


Qadınlar kişilərə nisbətən toksik münasibəti sevirlər. Kişilər hər yerdə sakitlik axtarırlar. Ən çox da qadınların yanında. Musiqi məktəbində ədəbi sükut axtarmazlar. Fərqim budur ki, 30 yaşdan sonra qadınlarla münasibətdə ovçu psixologiyasına keçdim. Ovçuluğun ilk qaydası? Əlbəttə, səssizlik. Şikarı tutmaq üçün səssiz hərəkət lazımdır. Bu canlılar aləmində əbədi qanundur. 


Mənim cəsarətim və özünəinamım onu bir qadın kimi ehtiraslandırır, onun utancaqlığı və həyat eşqi isə içimdəki alova odun atır. Bu alov öz məşəlini atəşgah məbədi  kimi sonsuza kimi qorumaq istəyir. Biz sevişirik. Mən onun üçün "azad ruh", o isə mənimçün "müqəddəs bakirə"dir. 


Birdən telefonum yenə zəng çaldı. Sevişməyi dayandırdıq. Ekranda "Könül" adı yazılıb. Bu dəfə tez götürdüm. 

- Alo.

- Salam, qaqaş, necəsən? Mənəm e - Seymur. 



8 iyun, 2025


“İyrənc – 1” hekayəsi : 

https://edebiyyat.az/proza/1505-svartsman-yrenchekaye.html

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)