Edebiyyat.az » Tələbələrin debüt şeirləri

Tələbələrin debüt şeirləri

Tələbələrin debüt şeirləri
---
admin
Müəllif:
14:08, 29 iyun 2026
0
0
Tələbələrin debüt şeirləri



Məndə var olan biri…

 

Baxdım sənə, səmanı gördüm surətində,

Surətin bənzərsiz idi sanki səmanın dərinliklərində.

Özümü gördüm səndə, sən idin məndə var olan,

Yoxsa mən idim səmanın üfüqlərində?..

 

Gözyaşımtək acı oldun, sevgimtək təmiz,

Sənsən varlığımda var olub coşan bir dəniz.

Mən də məhəbbətində yox olan bir Məcnun,

Sən isə varlığımda ilahiləşən bir Leyli.

 

 

Gülnarə Xəlilli

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbəsi 

 

                                                        

 

Səmaya bax, ey insan 

 

Səmaya bax, ey insan!

Səmalarda görünür bulud, günəş, ulduzlar.

Səmalarda yaşayır bu xalqın əcdadları

Ki, onların yaşadır hələ də kəlamları.

 

Ay nə gözəldir, bir bax, qanad çalır durnalar,

Uzaqlardan xəbər gətirir sakit axşamlar.

Onların qatarları gözdən itməyir bir an,

Bu rəngarəng səmaya baxanda, çön bir də bax!

 

Əliyeva Aysu

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbəsi

  

 

 

Heyran eyləyibdir

 

Heyran eyləyibdir, gözǝlim, aşiqini hüsnü camalın, 

Bǝs, düşünmǝdinmi itirǝr bu sǝrsǝri  ǝqlü kamalın, 

Mǝn sǝrsǝriyǝ, ey ayüzlüm, güman qalıbdır amalın, 

Yoxsa sǝnǝ dǝ özgǝ gǝlir sevgi, mǝhǝbbǝt? 

 

Tacir Hacılı

Bakı Avrasiya Universiteti

Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbəsi

 

 

Lalələr kimidir al yanaqların

 

Lalələr kimidir al yanaqların,

Ağlımdan çıxarmı nazlı halların? 

Laləzardır bu qəlb səni görəndən 

Əbədi ilham alacaq məhəbbətindən.     


                                                                      Cavad Əliyev                                                       

                                                            Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin   

Azərbaycan dili   və ədəbiyyat ixtisası üzrə I kurs tələbəsi  

  

 

Bir çiçək toxundu qəlbimə sanki

 

Gül kimi açdın qaranlıq ömrümdə, 

Ətrin qaldı ən sakin gecəmdə.

Bir çiçək toxundu qəlbimə sanki

Adın yazıldı bütün günlərimdə. 

 

Əllərində çiçəklər yox, elə bil

Bütün dünyanın sevgisi gizlənib.

Sən güləndə lalələr də utanır, 

Ay işığı saçlarına dolanıb...

 


Fatimə Məmmədova

Ayla Fəhratova

Gülər Qəniyeva

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələri 


 

          Darıxmışam...

 

Elə indicə ayılmışam yuxudan,

Gözümü zilləmişəm saata,

Yoxluğunda bir əqrəb görünür,

Zəhər tökür sən olmayan torpağa.

 

Bu bəxtsizin nə gecəsi var, nə gündüzü,

Bilinmir nə vaxt yatır, nə vaxt ayılır.

Əgər səni qaytarmırsa dualar,

Bu Allahı narahat etmək sayılır.

 

Sən olan yerlərə boylanmağa, baxmağa,

Səni hər yerdə axtarmağa, tapmağa,

Kaş, külək olardım, hər telini

Yenidən nazikcə daramağa.

 

Darıxmışam səni hər gördüyüm yuxunu,

Öz xeyrimə çevirməyə, yozmağa.

Son sözüm də, qoy, bu olsun,

Darıxmışam sənə şeir yazmağa.

 

Fatimə Muradova

Bakı Avrasiya Universitetinin 

Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı 

ixtisası üzrə I kurs tələbəsi

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)