Edebiyyat.az » Proza » Robert Muzilin gündəliyindən

Robert Muzilin gündəliyindən

Robert Muzilin gündəliyindən
Proza
nemət
Müəllif:
23:20, 04 fevral 2019
1 443
0
Robert Muzilin gündəliyindən

  Onun yaradıcılığına Tomas Mann, German Brox çox yüksək qiymət veriblər. Öz dövrünün ən ciddi analitik yazıçılarından sayılan Avstriyalı yazıçı Robert Muzilin (1880-1942) gündəliyindən parçalar:

                                                                                                                                                      23 oktyabr 1916-cı il


   Neçənci dəfədir ki, öz həyatım haqqında yazmaq qərarına gəlirəm: bu gün, Qorkinin avtobioqrafiyasının ikinci cildini oxuyandan sonra bir daha qətiyyətlə bu işə girişdim. Əslinə qalanda Qorkini oxuyandan sonra bu fikirdən əl çəkməliydim. Çünki onun qəribəliklərlə dolu zəngin həyatı ilə müqayisədə mənim həyatımda maraqlı heç bir şey yoxdur. Ancaq bu məsələnin başqa tərəfi-özümə öz qarşımda bəraət qazandırmaq və özümü özümçün aydınlaşdırmaq istəyi məni təzədən bu işə başlamağa sövq edir.  


                                                                                                                                                         Noyabr 1932-ci il


   Yaxşı əsər o əsərdir ki, yazıldığından bir müddət keçəndən sonra öz müəllifinə tanış olmayan bir əsər kimi görünsün. İkinci dəfə neyləsən də belə əsəri yaza bilməzsən.


                                                                                                                                                         Dekabr 1936-cı il


   Tomas Mann və ona oxşar yazıçılar indiki adamlar üçün yazırlar, mən isə ancaq gələcək nəsillər üçün.


                                                                                                                                                           Mart 1938-ci il


   <<Qəribəliyi sevmək cəhdi>> və başqa əsərlərimi oxuyanda elə fikir yarana bilər ki, guya mən Tolstoyun təsiriylə yazıram. İlk baxışdan doğurdan da belədir, hələ yeniyetməykən Tolstoyun <<Dirilmə>> si çox xoşuma gəlirdi. Onun dini görüşlərinə isə biganə idim. Ancaq mən <<Miyanə adam>> romanımın ikinci hissəsini işləyəndə <<Hərb və sülh>> ü oxumağa başladım. Tolstoy dini görüşləriylə məni əsir etdi. Bu vaxt artıq mənim özümdə də bu cür müstəqil dini dünyagörüşü yaranmışdı.

                                                                               ***

   Mənə deyirlər ki, sən dövrlə ayaqlaşa bilmirsən, zamanın dilini bilmirsən, geri qalırsan və s. Mənə gəlincə, ancaq ötən dövrün sənətkarlarını – Dostoyevskini, Floberi, Hamsunu, D`Annutsionu öz dünyamın adamları sayıram. Bunların içində bir nəfər müasirimiz yoxdur. Onların bəziləri isə yüz il qabaq yazıb-yaradıblar.


                                                                                                                                                 1939-cu ilin yazı


  XIX əsrin idealları uçub dağılıb? Aha doğrusu indiki adamlar həmin idealların ağırlığı altında əziliblər.

   İncəsənət-bəşəriyyətin indikindən daha yüksək əxlaqi keyfiyyətlər əsasında yenidən qurulması yolunu göstərir.


                                                                                                                                                22 sentyabr 1939-cu il


   Fantastik psixologiya. Mən bu anlayış altında Klakesi, Yunqu və Freydin bir hissəsini birləşdirirəm... İnstiktiv düşmənçiliyimə gəldikdə isə mən onları yalançı şairlər sayıram. Onlar öz fikirləri ilə poeziyanı psixoloji dayaqdan məhrum edirlər.


                                                                                                                                                 Yanvar 1940-cı il


   Mənim siyasətə münasibətimə gəldikdə isə özümü həmişə hakimiyyətdən narazı adamlar siyahısında sayıram. Mənim narazılığım yumşaq bir ironiya şəklində <<Miyanə adam>> əsərində aha aydın duyulur.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)