Edebiyyat.az » Proza » M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentinin Açılışındakı Nitqi

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentinin Açılışındakı Nitqi

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentinin Açılışındakı Nitqi
Proza
Necef Esgerzade
Müəllif:
23:35, 10 may 2019
1 229
0

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentinin
Açılışındakı Nitqi


Möhtərəm məbuslar (deputatlar, millət vəkilləri!) !
Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm), əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati - siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi. Millətlər kendi (öz) müqəddəratlarının təyinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər. Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən məkus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi. Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq, bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı. Azərbaycan İstiqlalı elan olundu (alqışlar)

Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir. Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər.

Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar).

Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz. Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz. Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar). Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır.

İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor, şiddətli alqışlar mədid bir sürətdə davam ediyor)

Bən buna iman ediyorum. Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor. Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum. Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz. "Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu buna ümid veriyor. Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq. Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən elan etmişdir.

Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti paydar olur. Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər. İstər ki, biz kəndimizin istiqlalə layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz. Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar)

Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi. O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi. "Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır. Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlərin arzusu vəchlə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar).

Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim. Buna iman ediyorum. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir. Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır. İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.

Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar).

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - məbusan ittifaqındayız (açılışındayıq). Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman sinəsində bir atəşi-müqəddəs bəsləməlidir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir. O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir). Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yolları işıqlandırsın! (sürəkli və mədidalqışlar)

Mənbə : "Azərbaycan" qəzeti, 9 dekabr 1918 ci il. (Mötərizədə verilmiş izahlar Nəsib Nəsibzadəyə aidir).

      

   
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)