Edebiyyat.az » Proza » Stiven Kinqin düşüncələri

Stiven Kinqin düşüncələri

Stiven Kinqin düşüncələri
Proza
nemət
Müəllif:
14:25, 05 fevral 2019
1 430
0
Stiven Kinqin düşüncələri
– Əlinizə aldığınız hər bir yeni kitab sizə yenilikləri öyrədir, hətta müəyyən hadisələri göstərərək dərs olur.
 
  – Uğurlu yazıçının prinsipi : “Çox oxumaq, çox yazmaq ! ”
 
   – Oxumağı sevən və buna həqiqətən də çox vaxt ayıran insanları ən uyğun olmayan vaxtlarda da fikrini hekayələrlə cəlb etmək olar. Bu həmin insanların zəifliyi və bədbəxtçiliyidir.

  – Qadınlar sirr saxlamağı bacarmır, lakin onlardan heç biri ürəyində olanları açıb danışmır.
 
   – Yaxşı qadınla bir yerdə olan kişi – Allahın ən xoşbəxt məxluqlarından biridir, qadınsız isə əksinə olaraq ən bədbəxtidir.

 – Bildiyimiz kimi yer kürəsi dövr edir. İstəsəniz onunla bir dövr edəcəksiniz, istəsəniz bir yerdən yapışıb hər şeyi inkar edəcəksiniz, lakin bilin ki, bu zaman ayaq üstə dura bilməyəcəksiniz.
   
– İnsanın nə istədiyini bilsəniz, həmin insanı tanıyacaqsınız.
 
  – Həqiqətən ehtiyacı duyduğunuz şeyləri pulla əldə edə bilməzsiniz.
 
  – İstəyinizdən asılı olmayaraq zaman hər şeyi sağaldır, unutdurur. Zaman hər şeyi müalicə edir və sonda qaranlıq qoyub hər şeyi özü ilə aparır. Həmin qaranlıqda biz başqa insanları tapıb, digərlərini isə itiririk.
   
 – Öz kinini idarə etməsən, o, səni idarə edəcək.

 – Yaşamağın yeganə üsulu – yaşamaqdır.
 
   – Uşaq olmaq- yaşamağı öyrənməkdir. Böyük olmaq – ölməyi öyrənməkdir.
 
  – Qədim bir deyim var : “Açar yerinin dəliyinə baxma ki, başına pis işlər gəlməsin. İnsan tarixinin ən böyük “açar yeri” internetdir.

 – Bəli, qəlblər sınır. Hərdən hesab edirəm ki, qəlblərimiz sınan zaman biz ölsəydik daha yaxşı olardı, amma bu belə deyil. Qəlblərimiz sına-sına yaşayırıq.
   
 – İnsanların təbiəti yaxşılaşmır, sadəcə ağıllanır. Yəni, əgər insan qarışqanı öldürmək istəyirsə, bu istək həmişə onunla bərabər olacaq. Sadəcə ağıllandığı zaman o, daha yaxşı və özü üçün zərərsiz üsullar seçəcək.

 -Əsl dostlar bir-birini güdmürlər. Əsl dostluq dostun həyatına müdaxilə etməməyi bacaran dostluqdur.

  -Təbəssüm əsasında qurulmuş dostluq, həmişə möhkəm və güclüdür.

    – Hər zaman gülümsəyən, şən qadınları sevirəm.
 
  – Qadınlar alış-verişi sadəcə o, mövcud olduğu üçün edirlər.

 – Kitablar  tədqiq olunmamış, aşkar olunmamış torpaqlar kimidir. Həmin torpaqları xəritə olmadan tədqiq edin, özünüz xəritələr yaradın.
   
 – Mən professional yazıçıyam. Bu o deməkdir ki, ən maraqlı şeyləri xəyallarımda yaşayıram.
 
  – Biz yazıçılar ideyaları hardan götürdüyümüzü, nədən ilhamlandığımızı heç vaxt bir-birimizdən soruşmuruq, çünki özümüz də bilmirik.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)