Edebiyyat.az » Proza » Heç vaxt oxuya bilməyəcəyimiz 3 kitab - Elvin Musayev

Heç vaxt oxuya bilməyəcəyimiz 3 kitab - Elvin Musayev

Heç vaxt oxuya bilməyəcəyimiz 3 kitab - Elvin Musayev
Proza
nemət
Müəllif:
23:06, 06 iyun 2019
2 015
0
Heç vaxt oxuya bilməyəcəyimiz 3 kitab - Elvin Musayev



Yazının ilk dəfə nə vaxt kəşf edildiyi elmə dəqiq məlum deyil. Bir çox xalqın mifalogiyalarında yazını ilk dəfə insanlara öyrətmiş mifik obrazlar mövcuddur. Məsələn Misirdə Thoth, Yaponyada Tenjin, Assuriyada Nabu, Yunanıstanda Hermes, İslam mədəniyyətində İdris peyğəmbər yazını kəşf etmiş və ya yazını insanlara öyrətmiş obrazlar kimi qəbul edilir. Amma elmə məlum olan ilk yazı nümunələri 4 min il əvvəl mixi yazısıyla yazılmış Şumer mətinləridir. İlk dəfə XIX əsirdə arxeoloji qazıntılar nəticəsində tapılan, şumerlər dövründə mixi yazısıyla yazılmış Qılqamış dastanını isə ilk kitab hesab etmək olar. Bu dörd min illik tarix boyunca təbii ki, minlərlə kitab yazılıb, amma onlardan çox azı günümüzə gəlib çıxmışdır. Tarixin səhifələrində ilişib qalmış bu kitabların bəziləri tamamilə unudulub, bəzilərinin isə yalnız adı günümüzə gəlib çatıb. Bu yazıda heç vaxt oxuya bilməyəcəyimiz 3 kitab haqqında danışmağa çalışacam.



  1. Sapfo - Şeir kitabları

Heç xəbəri olmadan
 Qasırğa necə sökürsə
 meşələri kökündən
 eləcə sarsıdır ürəyimi eşq.

Sapfo. Platon ona onuncu muza deyirdi. Yəni, onuncu ilham pərisi. Bilinən ilk qadın şairdir. Antik yunan şeirinin ən parlaq nümayəndələrindən biridir. Həmçinin onu qadın şeirinin simvolu da hesab edirlər. Sapfonun həyatı haqqında dəqiq məlumat olmasa da, yetərincə rəvayət var. O, eradan əvvəl yeddinci əsirdə Lesbos adasında aristokrat ailədə doğulub. Təkcə cəsarətli şeirlərinə görə yox, həyat tərzinə görə də günahlandırılıb, Sicilya adasına sürgün edilmişdi. Menanderin onun haqqında yazdığı bir dram əsərində Sapfo özündən yaşca çox gənc olan bir qayıqçıya aşıq olur, sevgisi qarşılıqsız qaldığına görə intihar edir. Bunun rəvayətmi, yoxsa həqiqətmi olduğunu yəqin heç vaxt bilməyəcəyik. Sapfonun yazdığı şeirlər əsirlərlə bir çox şairə təsir edib. Onun şeirlərindən günümüzə ancaq kiçik hissələr gəlib çatıb. 1922-ci ildə Misirdə tapılan bir mumyanın üstündəki papirusa yazılmış şeir isə Sapfonun əlimizdə olan yeganə bütöv şeiridir. Amma Sapfonun 9 kitabdan ibarət küllüyyatı bizim eranın onbirinci əsrinə qədər gəlib çatmağı bacarmışdı. Təəssüf ki, həmin nüsxələrin 1073-cü ildə Papa VII Georginin əmriylə Romada və Konstantinapolda yandırıldığı iddia olunur. Araşdırmaçılar Sapfonun o şeirlərinin qeyri-əxlaqi olduğu, kilsə əxlaqına zidd olduğu üçün bu addımı atdıqlarını düşünürlər. Amma bəzi araşdırmamılara görə isə kilisə qeyri əxlaqi olduğuna görə həmin nüsxələri himayəsində saxlamaqdan imtina edib, nəticədə kitablar itib. Hər iki halda bu gün o şeirləri oxumaq şansımız yoxdur. Sapfonun əlimizdə olan bir bütöv şeiri və 600-dən çox kəsik-kəsik misralarının gözəlliyi o yandırılmış və ya itmiş kitablarda nə qədər gözəllikdən məhrum olduğumuzun xəbərçisidi.

2. Esxil - Bütün əsərləriIII Ptolomeyə babasından və atasından yalnız misirin hökümranlığı qalmamışdı. Həm də İsgəndəriyyə kitabxanası kimi nəhəng bir kitabxana qalmışdı. Bu kitabxanada 200.000-dən çox kitab var idi. Babası(l Ptolomey) və atası(ll Ptolomey) kimi bu kitabxananı daha da zənginləşdirmək III Ptolomeyin əsas vəzifələrindən biri idi. O kitabxananı zənginləşdirmək üçün dünyanın hər yerindən kitablar gətizdirirdi. Amma bir gün məlum oldu ki, bu kitabxanada tragedya janrının yaradıcısı olan Esxilin əsərlərinin bir dənə də nüsxəsi yoxdur. Belə böyük bir kitabxanada Esxil kimi nəhəng bir insanın kitabının olmaması çox bağışlanmaz əskiklik idi. O vaxtlar Esxilin bütün əsərlərindən ibarət yeganə nüsxə sadəcə afinalılarda var idi. Uzun müddət dəvam edən danışıqlardan sonra Ptolomey həmin nüsxənin üzünü köçürmək üçün İskəndəriyyəyə gətirməyə afinalıları razı saldı. Amma afinalıları razı salmaq üçün 15 külçə gümüş girov qoymalı oldular. Nüsxənin üzü köçürüldükdən sonra nüsxə geri qaytarılacaq, gümüş də geri alınacaqdı. Amma bu nüsxə Esxilin bütün əsərlərinin toplandığı yeganə nüsxə idi. O qədər dəyərli idi ki, onun üçün 15 külçə gümüşdən əlçəkməyə dəyərdi. Əslində 15 külçə gümüş o dövr üçün çox böyük məbləğidi. Müqayisə üçün deyim ki, sadecə yahudilərin o dövr üçün illik vergisi 12 külçə gümüş idi. Ptolomey o böyük məbləğin afinalılarda qalması qarşılığında kitabı geri qaytarmadı. Və fərman verərək bu əlyazmanın kopyasını çıxarmağa qadağa qoydu. Məsələ ondadı ki, III Ptolomey ölsə də, hətta imperiya süqut etsə də yüz illərlə bu qadağa qüvvədə qaldı. Əsəri kopyalamaq qadağan olduğundan bu əsəri oxumaq istəyənlər İsgəndəriyyə kitabxanasına gəlməyə məcbur idilər. Xüsusilə xristian alimlər əsərə xüsusi maraq göstərirdi. Çünki, Esxilin "Zəncirlənmiş Promete" əsərində bir sətir var idi:

"Heç bir şey məni Zevsdən daha ulu olan tanrının adını açıqlamaya məcbur edə bilməz".

Xristian alimlər hesab edirdilər ki, bu sətirlərdə Esxil xristianlığı, İsanın gəlişini əvvəlcədən xəbər verib. 640-cı ilin 22 dekabrna qədər bu əlyazma İsgəndəriyyə kitabxanasında heç bir kopyası çıxarılmadan saxlandı. Amma həmin gün bu kitabxanaya öz ordusuyla birlikdə elə bir adam daxil oldu ki, bu təkcə Esxilin əsərlərinin yox, ordakı bütün kitabların faciəsiydi: Əmr ibn As.Əmr ibn As Misirin müsalmanlar tərəfindən zəbt olunmasına rəhbərlik etmişdi. Daha sonra xəlifə Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin olunmuşdu. Bir başa xəlifədən əmr alan Əmr ibn As "Allahın kəlamıyla zidd olan hər şey küfürdür" şüarını əsas tutaraq
 İsgəndəriyyə kitabxanasını yandırtdı. Esxilin bütün əsərlərindən ibarət yeganə nüsxə alovların arasın yoxa çıxdı.

3. Nikolay Qoqol - Ölü canlar

Qoqol bu əsəri Puşkinin tövsiyyəsi ilə yazmağa başlamışdı. Əsər Dantenin "İlahi komediya"sı kimi 3 cilddən ibarət olacaqdı. Cəhənnəm, araf, cənnət ya da günah, cəza, xilas üçlüyü. Birinci cildə Qoqol əsərin baş qəhrəmanı Çiçikovun və rus cəmiyyətinin mənfiliklərini qabardır. Romanda Çiçikov çar rusiyasinin torpaqlarını qarış qarış gəzərək kölə sahiblərinin ölmüş kölələrini kağız üzərində öz adına keçirir ki, o kölələri n siyahısını dövlətə verib dövlətdən torpaq ala bilsin. Qoqol əsərdə təkcə Çiçikovun fırıldaqçılığını, riyakarlığını yox, həm də kölə sahiblərinin, məmurların mənfi tərəflərini bir az da yumoristik bir dildə oxucuya çatdırmağa çalışır. Romanın ikinci üçüncü cildlərində isə Qoqol daha müsbət şeylərdən yazmağı planlaşdırırdı. Növbəti cildlərdə Çiçikov əxlaqi olaraq dəyişməyə başlamallydı. Amma Qoqol əsəri yazma ərəfəsində ruhi sarsıntılar keçirməyə başlayır. İkinci hissənin əlyazmasını 1845-ci ildə yandırır. "Hər bir sətri mənə böyük sarsıntılar uğruna başa gəldi, 5 illik əməyimi yandırmaq çətin idi" deyə yazmışdı. Birinci cild 1842-ci ildə çap olunmuş və Rusiyada çox bəyənilmişdi və ikinci üçüncü cildləri maraqla gözləyirdilər. Amma Qoqolun dini fanatizmi get gedə güclənir, ruhi sarsıntıları artırdl. Əsəri ikinci dəfə yazmağa cəhd etdi və əlyazmalarını da götürüb Qüdsə getdi. Qoqol bu müqəddəs torpaqlarda ruhunu dincəldəcəyini düşünürdü. Amma yəqin ki, Qoqol Qüdsdə axtardığını tapmadı, çünki qüdsdən qayıdan kimi Rus Ortodoks kilsəsinin keşişi Konstantinowski ilə əlaqə yaratdı. Keşiş Konstantinovski Rus Ortodoks kisəsindən başqa hər şeyin şeytan əməli olduğuna inanan biri idi. Qoqola yazmağın bütpərəslik olduğunu söylədi və bü günə qədər yazdıqlarınln günahını yumaq üçün monastıra qapanmasını tövsiyə etdi. Çap olunmuş ölülərin birinci cildinin də kəfarəti təbii ki, ikinci hissənin əlyazmasını yandırmaq idi. 1852-ci ilin 25 fevralında, gecə saat 3 radələrində Qoqol xidmətçisini cağırıb bir ocaq qalamasını əmr etdi. ikinci və üçüncü cildin əlyazmasının vərəqlərini bir bir ocağa atmağa başladı. Xidmətçisi yandırmaması üçün yalvaranda xidmətçisinə get dua et dedi. Hər iki cildi yandırıb qurtarandan sonra xaç çəkdi, xidmətçisini öpdü və ağlamağa başladı. Daha sonra yemək içməkdən kəsildi və 9 günlük aclıqdan sonra öldü.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)