Jan Pol Sartr kitablar haqqında
Proza
Jan Pol Sartr kitablar haqqında
Mən həyatımı kitabların arasında başlamışam, görünür, onların arasında da başa
vuracağam. Babamın kabineti kitabla dolu idi; onların tozunu ildə bir dəfə – oktyabrda,
şəhərə qayıtmaq ərəfəsində silməyə icazə verilirdi. Hələ oxumağı öyrənməmiş mən bu
müqəddəs daşların qarşısında həyacan duyurdum, onlar rəflərdə dik, yarı dik, bəzi
yerlərdə bütöv kərpic yığını kimi, bəzi yerlərdə külçə sıraları təki bir-birindən xeyli aralı
düzülmüşdür. Hiss eləyirdim ki, ailəmizin rifahı onlardan asılıdır. Onlar bir-birinə iki
damcı su kimi oxşayırdılar, mən də bu kiçik müqəddəs yerdə, doğuluşumun şahidi
olmuş, ölümümün də şahidi olacaq, mövcudluqları mənə keçmişdəki kimi, elə o cür
xoşbəxt həyat vəd eləyən sanballı qədim abidələr arasında böyüyürdüm. Tozları ilə
təmasda olmaq üçün gizlicə onlara toxunurdum, amma məhz nəyə görə gərək
olduqlarını təsəvvür eləmirdim, hər gün mənası məndən yan keçən mərasimə oğrun-
oğrun baxırdım; babam gündəlik məişətində o qədər bacarıqsız idi, əlcəyinin düyməsini
anam bağlayırdı, amma bu mənəvi müxəlləfatla mehrab xidmətçisi kimi çevikliklə
davranırdı. Onun necə fikirli görkəmlə masa arxasından qalxdığını, bir göz qırpımında
üzbəüz divarın yanında olduğunu, qətiyyətlə, düşünmədən rəfdən cildlərin birini
götürdüyünü, baş və şəhadət barmağının vərdişkar hərəkəti ilə onu vərəqlədiyini,
təzədən kresloda oturduğunu, lazımi səhifəyə baxmaq üçün dəri cildini təzə botinka
kimi, azacıq xışıldadıb bir dəfəyə kitabı açdığını yüz dəfələrlə müşahidə eləmişdim.
Aradabir ilbiz çanağı kimi açılan, qarşımda öz içini göstərən bu hücrələrə baxmaq üçün
yaxına gəlirdim: solğun, kiflənmiş, azacıq kövrəlmiş, qara damarlarla örtülmüş vərəqlər
mürəkkəb hopmuş göbələk qoxusu verirdilər.
Nənəmin otağında kitablar rəfdə yox, masanın üstündə dururdular; Luiza onları
bir dəfəyə ikisindən çox olmayaraq, kitabxanadan götürürdü. Bu əhəmiyyətsiz şeylər
mənə yeni il şirniyyatlarını xatırladırdı, çünki onların nazik şümal səhifələri bəzəkli
kağızdan kəsilmiş kimi görünürdü. İşvəli, ağ, demək olar, təzə kitablar həyata daha
yüngül sirlər doğururdu. Hər cümə günü nənəm paltosunu geyinib «Aparıb bunları
qaytarım» sözləriylə çıxıb gedirdi. O qayıdıb rübəndli qara şlyapasını başından
götürürdü, kitabları sumkasından çıxarırdı, mənsə çaşıb qalırdım: «Yenə həminkilərdir?»
Nənəm kitabları diqqətlə açırdı, sonra birini seçib pəncərənin qabağındakı dərin yumşaq
kresloda otururdu, eynəyini burnunun üstünə taxırdı, sonralar Cokondanın dodaqlarında
gördüyüm incə, şirin təbəssümlə gülümsəyə-gülümsəyə xoşbəxt, yorğun ah çəkib
gözlərini yumurdu. Ann-Mari səsini kəsirdi, mənə susmaq işarəsi verirdi, mənsə öz-
özlüyümdə ibadət, ölüm, yuxu təsəvvür eləyirdim, müqəddəs sükuta qərq olurdum.
Aradabir Luiza qısaca gülüb qızını çağırırdı, barmağını bir sətrin üzərində gəzdirirdi, hər
iki qadın da anlayan nəzərlərlə bir-birinə baxırdı. Amma mənə, hər halda, nənəmin
həddən artıq zərif kiabları xoş gəlmirdi; həmin kitablar yalançıydılar, heç babam da
gizlətmirdi ki, onlar ikinci dərəcəli ilahilər, xüsusi qadın sitayişinin predmetləridir. Bazar
günləri işi olmadığından, o, arvadının otağına girir, nə deyəcəyini bilmədən onun
kreslosunun yanında dayanırdı. Bütün bu nəzərlər ona yönəlirdi, o da barmaqları ilə
şüşəni taqqıldadıb, ağlına heç nə gətirməyib Luizaya sarı dönür, oxuduğu kitabı onun
əlindən alırdı. «Şarl!» - o hiddətlənirdi, sonra qaldığım yeri tapa bilməyəcəyəm!»
Amma babam qaşlarını qaldırıb artıq mütaliəyə dalırdı, qəfildən bükük barmağını kitaba
vurub elan eləyirdi: «Heç nə başa düşmürəm». – «Axı ortasından oxuyanda necə başa
düşə bilərsən?» - nənəm etirazını bildirirdi. Məsələ onunla bitirdi ki, babam romanı
masanın üstünə tullayır, çiyinini çəkib gedirdi.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Pol Tomas Anderson və Lars Von Trier
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ