Kənan Hacı - Boşluqla mübarizə
Proza
Əzizim, Nicat! Sənin “Boşluqdan qaçış” romanını bir gecəyə oxuyub bitirdim. İçimdə mürgüləyən ağrılar oyandı, inqilabi romantikanın dalğalarında keçən gəncliyimi xatırladım, dəhşətli ümidsizlik və boşluq içində keçən günləri, ayları, illəri dərin kədər hissiylə xatırladım...
Biz əslində ömrümüz boyu həmin o boşluqdan qaçmağa çalışmışıq. Bizi yazmağa sövq edən də elə misgin, fəqir həyatımıza məna qatmaq istəyi olub. Bizim heç vaxt pulumuz olmadı, arzularımız elə illüziya olaraq qaldı. Gecəmizi gündüzümüzə qatıb yarımzirzəmilərdə kitabların tozunu uda-uda oxuduq, oxuduq, oxuduq...
Rütubət, nəmişlik bizim ciyərlərimizi çürütdü, amma heç vaxt maddiyyat haqda düşünmədik, ideallarımızın bir gün bizi xoşbəxt gələcəyə qovuşduracağına canı-dildən inandıq, gənc dostum! Sənin kitabını oxuyarkən bir neçə məqam məni kövrəltdi, qəhərləndim. Həyat çox amansızdır. İnsan ən böyük sarsıntısını ilk dəfə məğlub olanda yaşayır, ilk dəfə itgiylə üzləşəndə nə qədər gücsüz olduğunu anlayır. Amma bəs nədir bizi yazmağa, yaşamağa sövq edən?! Boşluğu doldurmaq istəyi!
Sənin romanın da elə boşluqla ən gözəl və möhtəşəm bir mübarizədir. Bu romanda süjet yoxdur, bəzən həddən çox didaktikaya meyl edirsən. Düz edirsən! İnsanlar mənəviyyatdan (bilirəm, bu söz səndə qıcıq yaradır, amma deməliyəm) uzaq düşüblər, kitabsız bir toplum yaranıb və bu, çox dəhşətli bir haldır. Onlara məsləhət, nəsihət verməkdən yorulmamalıyıq, təkrar-təkrar deməliyik, bağırmalıyıq. Başqa çarə yoxdur. Bəlkə ayıldılar. İndi cəhalət dürlü-dürlü formalarda təzahür edir və bilmirsən öz taleyinlə uğraşasan, yoxsa bu cəhalətlə döyüşəsən. Çox çətindir...
Sizin nəslin məğlub olmasını istəmirəm. Bu romanı oxuduqca belə qarışıq hisslər keçirdim, əzizim Nicat. Kədər qatı duman kimi içimə çökdü. Amma qətiyyən pessimizmə yenik düşmək olmaz. Düşünürəm ki, bu romanla sən boşluğu doldura bilmisən və gələcəkdə bundan da yaxşı, bitkin əsərlər yazacaqsan. Gələcək sizindir.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)
Kənan Hacı - "Hacı İsgəndər" (Romandan bir hissə)
Nəcəf Əsgərzadə - Boşluqdan hara qaçırıq?