Kənan Hacı - Kitab və Kartof
Proza
Yay aylarında bəndənizin yazmaq tempi aşağı düşür, ciddi mənəvi-psixoloji sarsıntılar ucbatından mütaliə etmək imkanım da yoxdur. Amma inada hər gün nəsə oxumağa çalışıram. Özümü formada saxlamağa çalışıram, motivasiya olunmaq üçün xırda səbəblər axtarıb tapıram. Yazıçının yazmaması üçün heç bir bəhanə keçərli deyil, vaxt olub ki, yazılarımı elektrik qatarında sərnişinlərin maraq dolu baxışlarının təzyiqi altında dizimin üstündə yazmışam. Mənəvi böhran xirtdəyə çatanda boğulmamaq üçün əlimə keçən hər hansı bir kitaba əl atmışam ki, məni xilas etsin. Belə məqamlarda mütləq bir yaradıcı mikromühit olmalıdır ki, yazıçını bu dərin psixoloji burulğandan çəkib çıxara bilsin. “BİZ” Klubun uşaqları sağ olsunlar, məni tək qoymurlar. Hər gün görüşüb saatlarla ədəbi söhbətlər edirik, yeni çıxan kitabları müzakirə edirik. Hamısı gənclərdir. Mən isə artıq gənclik yaşını çoxdan geridə qoymuşam. Onların fədakarcasına ədəbiyyata xidmət etməsi, oxumaq, yazmaq şövqü içimdə qarışıq hisslər oyadır. Düşünürəm ki, onlar bizdən şanslı nəsil olacaq. Ümid edirəm, inanmaq istəyirəm.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xeyli maraqlı, istedadlı imzalar var ki, adları kölgədə qalıb. İstedada xas olan təvazökarlıq, iddiasızlıq onların üzə çıxmasına, tanınmasına mane olub. Ədəbi tənqid həmişə bu cür istedadlı yazıçıları görməzliyə vurub. Səbəbləri də məlum. Onlar da gənclik yaşını ötüblər, amma gənclik entuziazmı onları tərk etməyib, yazıb-yaradırlar. Gənclər onları tanıtmaq üçün çaba göstərirlər, onların haqqında yazılar yazır, əsərlərini təbliğ edirlər. Ayaz İmranoğlunu uzun illərdir tanıyıram. Vicdanlı, ləyaqətli bir qələm sahibidir. Heç vaxt özü haqqında danışmaz, “mən yazıçıyam” deyib öyünməz. Amma gözəl yazıçıdır. Haqqında yazı da yazmışam. Onun özünəməxsus yazı manerası var. Bu yaxınlarda “Təzə gəlin” adlı povest və hekayələrdən ibarət kitabı nəşr olundu. Mən onun harda çalışdığını yazmayacağam. Ayaz İmranoğlu sərt həyat həqiqətlərini rəngsiz-boyasız şəkildə qələmə alır, bu acı gerçəkləri bədii mətnə çevirməyi bacarır. Doğrudan da ədəbiyyat tale məsələsidir, taleyi olmayan adam nə yazıçı, nə də şair ola bilməz. Ayaz taleyi olan adamdır. Bu da ona yazmaq üçün zəngin material verir. Dostumuz Elvin Rizvangil onun “Təzə gəlin” povestini oxuyandan sonra heyrətlə danışırdı ki, əsərdə bir məqam var, Joze Saramaqonun “İsanın İncili” romanındakı bir situasiya ilə səsləşir. Təbii ki, Ayaz “İsanın İncili”ni oxumayıb. Elvin demək istəyirdi ki, Ayazın süjetqurma məharəti, bədii təsvirləri heç də dünyaca ünlü yazıçılarıdan geri qalmır.
Havalar sərin keçir. Mən yaza bilməsəm də mütəmadi oxuyuram. Yazıçı Yaşar Bünyadın “Azan gəmilər limanı” romanını oxudum. Sovet dövründə yazıçıların potensial yaradıcılıq dövrü 20-40 yaş arası hesablanırdı. Amma müstəqillik dövrü ədəbiyyatında xeyli yazıçılar meydana çıxdı ki, onların yaşı 40, hətta 50-ni belə çoxdan keçmişdi. Bu, onların öz günahı deyildi. Tale, dolanışıq qayğıları, bir formasiyadan başqa bir formasiyaya keçid, müharibə, keçid dövrünün bitib-tükənməyən çətinlikləri, məhrumiyyətlər və bu kimi digər köklü problemlər bu yazıçıların zamanında parlamasına əngəl oldu. Amma nə xoş ki, gec də olsa, onlar öz imzalarını ədəbiyyatda təsdiq edə bildilər. Yaşar Bünyad da bu qisim yazıçılardandır. “Azan gəmilər limanı” da Qarabağ savaşının qızğın dövründə atasının Rusiyaya göndərdiyi bir oğlanın, Qismətin taleyindən bəhs edir. Ata oğlunu sevdiyindən xilas etmək istəyir, amma onu dərin bir quyunun dibinə yuvarlatdığının fərqində deyil. Qismət Rusiyada elə bir duruma düşür ki, Allahına yalvarır ki, kaş indi Qarabağda olaydım, lap şəhid olsam belə bilərdim ki, torpaq uğrunda öldüm. Bir şaxtalı-sazaqlı qış günü qatarda quldurlar onu soyub vaqondan atıblar. Qarlı-çovğunlu çöllərdə qalıb, hayına yetən yoxdur. Cəsarətsizliyinə görə özünü lənətləyir. Hadisələr hansı istiqamətdə cərəyan edəcək, bunu kitabı oxuyandan sonra biləcəksiniz. Yaşar bəyin təhkiyəsi situasiyanı tam qavramağa, dərk etməyə kömək edir. Təbii ki, müəllifin bədii təfəkkürü də elə həmin xaotik dövrdə ilğımla reallığın toqquşmasında formalaşıb. İstedadının üzərinə illər, yaş və həyati təcrübə əlavə etsə də ilkin ağrılar, əzəli və əbədi mövzular dəyişməyib. Romanda Qismətin bir sevgi xətti də var ki, müəllif onu lirik-psixoloji planda işləyib. Bu uğurun böyük payı yazıçının ədəbi texnikasına bağlıdır. Metod və texnika necə yazmaq bacarığının nümayişi deyil, bütün imkanlardan istifadə edərək istədiyini ifadə edə bilməkdir. Yaşar bəy ədəbi texnikadan ustalıqla istifadə edir və bu da onun artıq püxtələşmiş bir yazıçı olduğunu göstərir.
Pəncərəyə baxıram, səhər açılır. Yuxu gözümdən perik düşüb. Stolumun üstündə qalaqlanmış kitablara baxıram. Bu kitablar oxunma növbəsini gözləyir. Bəzilərinin arasında əlfəcin var, oxuyub başa çatdıra bilməmişəm. Son zamanlar yerli müəlliflərə daha çox yer ayırıram və oxuduqca düşünürəm ki, bizim yazıçılarımız heç də Murakamidən, keçən il Nobel ödülü almış İşıqurodan, Patrik Modianodan, Elis Munrodan zəif yazmırlar. Sadəcə, onlar gün-güzəran qayğıları içində çarpışa-çarpışa yazıb-yaradırlar və onların yazdığı əsərlər başqa dillərə tərcümə olunmur, dünya oxucusu onları tanımır. Bunun üçün ciddi və sistemli iş aparılmalıdır. Yazıçı yazdığı kitabdan pul qazanmalıdır. Yazıçılıq hobbi deyil, sənətdir. Sənət isə öz sahibinə gəlir gətirməlidir.
Yazıçı millətin dəyəridir və bir yazıçının yetişməsi üçün uzun bir zamana ehtiyac var. Bu gün iş tapa bilməyən yazıçıya “get, kartof sat” deyirlər. Elə bu cür düşünmüşük ki, kartof satan da kitab yazır.
Yazıçı kartof satmaz, kitab yazar, əfəndilər! Kartof satanın kitab yazması isə bir alayı dərddir.
Hardan hara gəldik. Bu xaotik düşüncələr içində səhəri açdım. Bu yazını oxuyanlardan artıq dərəcədə rica edirəm: Ayaz İmranoğlunun və Yaşar Bünyadın – bu iki gözəl yazıçının kitablarını oxuyun. Zövq alacaqsınız, mənən zənginləşəcəksiniz. Pal-paltar alırsınız, köhnəlir, atırsınız, siqaret alırsınız, çəkirsiniz, bitir, pivəni içirsiniz, qalmır. Kitaba xərclənən pul isə itmir, əksinə, qazanc gətirir. Dünya təkcə maddiyyatdan ibarət deyil, mənəviyyatınıza da azca sərmayə qoyun!

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)
Vaqif Osmanov - “BU GÜN GƏLƏCƏYİN TARİXİDİR”, VƏ YAXUD SONUNCU DƏRVİŞ KİMDİR?
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)