Herman Hesse - Tolstoy və Rusiya
Proza
Qəfil təhlükələrdən ehtiyatlanmağımız, yad olan hər bir şeyə düşmənçiliyimiz, kin, ədavətlə dolu «milli” hisslərimiz artıq çoxdan köhnəlib. Bir vaxtlar bu hisslər elə həddə idi ki, hətta milliyətcə ingilis olan Şekspirin əsərlərini belə tamaşaya qoymağa tərəddüd edirdilər. Almanların ən ali xeyirxahlığı, comərdliyi – dünyadakı bütün dəyərlərə və nailiyyətlərə hörmətlə yanaşmaqlarında idi. Başqaları isə bunu zəiflik adlandırır və lazımsız hesab edirlər.
Bu adamlar öz eqoistliyində, xudbinliyində boğulmuş İngiltərə kimi, alman ruhunu da sevgisiz və sonda gərəksiz məhdudiyyətlər yoluna itələmək istəyirdilər. Daha bütün bunlar keçmişdə qalıb. İndiki zamanda Floberə və ya Qoqola haqq qazandırmaq artıq xüsusi cəsarət tələb etmir. Bu müharibədən sonra artıq dünyada ada kimi qalmağın yersiz olduğunu anlamaq, qonşu ölkələrlə əməkdaşlıq edib, ümumi məqsədlər üzrə istiqamətlənmək, ortaq metodlara riayət etmək, eyni tanrılara sitayiş etmək barəsində söhbətləri təzələməyin vaxtı çoxdan çatıb. İndi həmişəkindən daha çox „Avropa” haqqında danışırlar, mən belə hesab edirəm ki, bu dövrün milli çərçivələrdən kənara çıxan ən gözəl nəticə Avropa ruhunu möhkəmləndirmək, onlara hörmət və rəğbət bəsləməkdir. Lakin Avropa anlayışı bir çoxlarının fikrində dar və məhdud anlayışdır.
Bizim bəzi böyük fikir adamlarımız öz əsərlərində (məsələn, Şeler özünün çox gözəl, ehtiraslı “Müharibə dahisi” adlı kitabında) Rusiyanı Avropadan ayırıblar. Ümumiyyətlə, bu çətin günlərimizdə Avropa düşüncəsi təcavüzkarlıqdan yoğurulub və sanki birləşməkdən daha çox ayrılmağa, bölünməyə meyillidir. Avropanı gələcəyin ideal birliyi hesab etmək, bütün bəşəri bu birlikdə görmək, indiki zamanda kosmopolitizm kimi rədd edilir, poetik xəyallar dünyasına tolazlanır. Yaxşı, fikrim mübahisə etmək deyil. Lakin mən də bu poetik arzuları yüksək qiymətləndirirəm və bütün bəşəriyyətin birliyini Höte, Herder və Şiller kimi dahilərin sadəcə şirin xəyalı kimi deyil, mənəvi istəyi, yəni həyata keçə biləcək real bir məsələ kimi qiymətləndirirəm. Axı elə məhz bu fikir bizim bütün dini düşüncələrimizin və təsəvvürlərimizin əsasını təşkil edir.
Bəlli inkişaf yolu keçmiş və bu gün də mövcudluğunu qoruyan dinlərin, yaradıcı dünyagörüşünün əsasında insanın ləyaqəti və mənəviyyatına inam dayanır. Çinli Lao-tszının, İsa peyğəmbərin, hindli Bxaqavadqitanın müdrik deyimləri, eləcə də, bütün zamanların və xalqların incəsənəti, bəşəriyyətin mənəvi birliyinə işarədir. İnsan ruhunun müqəddəsliyi, sevmək qabiliyyəti, əzab gücü, azadlıq və müstəqillik arzusu Platon və Tolstoyun, Budda və Avqustinin, Höte və „Min bir gecə nağılları”nın hər səhifəsində öz əksini tapır. Lakin bu o demək deyil ki, xristianlıq və daosizm, Platonun fəlsəfəsi və buddizm bundan sonra birləşməlidirlər. Yaxud, zamana, irqə, iqlimə görə tarix boyu fərqli mənəvi aləmlərin qaynayıb-qarışmasından hər hansı bir ideal fəlsəfə yarana bilər. Xeyr. Xristian elə xristiandır, çinli elə çinlidir.
Bunlardan hər biri öz yaşam və düşüncə tərzini müdafiə edir. Biz əbədi ayrılmış hissələrik. Lakin dünyada heç bir yol, heç bir cığır, heç bir əməl və heç bir əzab səbəbsiz ola bilməz. Axı öz determinasiyamı dərk etməyim də məni azad, müstəqil etməyəcək. Bu mənə təvazökarlıq, dözüm də verə bilər, xeyirxahlıq da. Çünki əgər mən determinə olunmuşamsa, onda təxmin etməli və digərlərinin də determinəsinə hörmət qoymalıyam, almalıyam, hesablaşmalıyam. Əgər biz insan ruhunun dünyadakı müqəddəsliyinin və missiyasının eyni səpkili olduğunu anlasaq, bu, yalnız bir elmə – sevgi və ehtiram hissinə bağlılıqdan daha çox, minnətdarlıq hissi ilə dolu, geniş bir qəlbə, ruha xidmət sayıla bilər. Bu ruha, qəlbə, kamilliyə və təmiz istəklərə yol açıqdır.
Əgər gələcək barəsində düşüncələrimizdə, avropasayağı anlayışımızda Rusiya və onun mahiyyətini istisna etsək, bununla özümüzü dərin və güclü bir mənbədən perikdirmiş olarıq. Avropada iki böyük təəssürat vardı – antik mədəniyyət və xristianlıq. Orta əsrlər? xristianlığın antik mədəniyyətlə mübarizəsi dövrü idi. İntibah, nəhayət ki, antikliyin qələbəsini, nəhayət ki, Avropa mənəvi metodlarının tam formalaşmasını qəbul edirdi. Rusiya bu mübarizədən bizimlə birlikdə keçmədi. Bu, onu bizdən ayıran cəhətdir. Bu da bizə imkan verir ki, hansısa mənada Rusiyanı orta əsrlər dövrünə aid edək. Lakin Rusiyadan bizə yenə də zəngin güclü bir səmimiyyət sel gəlir. Bunun da əsası xristian sevgisi, uşaqcasına sarsılmaz bağışlanmaq arzusudur. Bizim Avropa ədəbiyyatı bu səmimiyyət selinin qarşısında gücsüz qalır.
Lev Tolstoy iki xarekterik rus xüsusiyyətlərini özündə birləşdirmişdi: Onda həm dahi və sadəlövh rus insanının mahiyyəti, həm dərki, doktinyorluq (nəzəriyyəbazlıq), antiavropalıq var. Və bunların hər biri onda çox gözəl alınır. Biz onda rus ruhunu, ürəyini sevir, ona hörmət edir və onda yenicə meydana çıxmış rus nəzəriyyəbazlığını, həddindən artıq bitərəfliyi, vəhşi fanatizmi, öz köklərindən məhrum və daha şüurlu, düşüncəli rusun ehkamına mövhumi marağı tənqid edir, hətta bu məqamda ona nifrət edirik. Tolstoyun yaradıcılığı önündə bizim hər birimiz təmiz, saf, dərin bir həyəcan keçirmişik. Onun dahiliyinə, dühasına böyük ehtiram hissimiz var. Lakin, bizim hər birimiz həm də əlimizdə qəzəblə Tolstoyun doqmatik proqramlı əsərlərini tutmuşuq.
Tərcümə edən: Xanım Aydın

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Corc Oruell - Tolstoy Şekspiri niyə məğlub edə bilmədi?
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ