Jorj Sandın vida mərasimində Hüqonun nitqi
Proza
Xanım Sandın dəfn mərasimi Nohandda olmuşdur. Cənab Pol Moris onun məzarı üstündə C.V.Hüqonun nitqini oxumuşdur.
10 iyun 1876
Mən ölmüş bir adamın məzarı üstündə ağlayır və həm də heç vaxt ölməyən bir şəxsi alqışlayıram. Mən onu sevdim, onu istədim, ona heyran oldum, bu ölüm səhnəsində də mən ona qibtə edirəm. Mən onu təbrik edirəm, çünki o böyük işlər görmüşdür, həmçinin mən ona minnətdarlıq edirəm, ona görə ki, o yaxşı və xeyirxah işlər görmüşdür. Mən xatırlayıram ki, bir gün ona yazmışdım ki, belə böyük bir qəlbiniz olduğuna görə mən sizə minnətdaram.
“Məgər biz onu itirmişik?”
— Yox.
Bu yüksək şəxsiyyətlər dünyalarını dəyişsələr də, onlar tamam itib-batmırlar, yenidən əmələ gəlirlər, demək olar ki, onlar yenidən reallaşırlar. Onlar bir formada görünməz olsalar da, başqa bir formada görünürlər. Xanım Sand öz üzünə ideya və ya fikirlər, maskası taxmışdır, o ölməmişdir, çünki o ölü olduğu halda belə ideya və fikirlərdə yaşayır, o azaddır, çünki o bütün zamanda vahid, toxunulmaz bir yer tutur. Başqaları böyük və dahi kişilər olduğu halda, o böyük və dahi qadındır.
Bu əsr elə bir əsr idi ki, Fransa inqilabı bitmiş və bəşəri bir inqilab başlamışdı, insanların, kişilərin və qadınların bərabərliyinin dövrü başlamışdı. Artıq qadın başa düşürdü ki, o bəşəriyyətdə çox güclüdür və o bütün imkanlara malikdir. Xanım Sand bu səbəbdən də çox güclü qadın idi.
Bu dövrdə Fransanı şərəfləndirən bir adam lazım idi, belə ki, elələri vardı ki, onu hörmətdən salmışdılar, şərəfsiz etmişdilər. Jorj Sand bizim əsrin və bizim ölkənin qürur yeri idi, bu qadın şan-şöhrətə layiq bir qadın idi. Onun Barbes kimi böyük ürəyi və Balzak kimi böyük bir dühası var idi, onun həmçinin Lamartin kimi böyük qəlbi var idi. Bu dövrdə Haribaldi böyük qələbələr qazandığı vaxt, bu qadın da şah əsərlər yaratdı.
Bu əsərlərin adını saymağın əhəmiyyəti yoxdur. Bu əsərlər hamısı ictimaiyyətin ixtiyarına verilmişdir. Onların qüdrəti onların müvəffəqiyyətindədir. Bu qadın çox yaxşı qadın idi. Ona hamı ikiqat heyran qalmışdı...
O çox tezliklə ucalmışdı və insanların dərin hörmətini qazanmışdı. Jorj Sand kimi insanlar cəmiyyətin ən sevimli üzvləridir, onlar hər cür məhəbbətə layiqdirlər. Onlar gəlib-gedirlər və sonra onların yeri boş qalır və bəşəriyyət yenidən bu dühaları yaratmağa çalışır. Hər dəfə bəşəriyyətin bu qüdrətli insanları dünyadan köçəndə, biz onlardan sonra çox güclü əks-sədalar eşidirik, elə bil ki, nə isə uçub gedir, o, sonradan qayıdıb gəlir.
Yerin göy kimi öz qanunları var, nə isə yenidən yaranır, nə isə yox olur. İstər kişi, istərsə qadın özündən sonra fikirlər, ideyalar qoyub gedir. Sonra bu fikir və ideyalar işıq saçır və hər yeri işıqlandırır, o bəşəriyyətin bir hissəsini təşkil edir, o bəşəri bir işığa daxil olur və orada yaşayır. Burada yalançı işıqlar və sirli-sehirli əzablar həqiqi işıqlarla, odlarla əvəz olunur. Zəhmətkeş çıxıb getmişdir, lakin onun əməyi, zəhməti qalmışdır.
Edqar Qine ölmüşdür, lakin onun fəlsəfəsi məzardan çıxıb, yaşayır və insanlara məsləhət verir… Jorj Sand ölmüşdür, lakin onun qadın dühası, qadın qüdrəti barədə fikirləri, ideyaları yaşayır. Beləliklə, inqilab yaşayır, yeniləşir. Dünyadan köçənlər üçün ağlayaq, lakin qeyd edək ki, onların gözəl əməlləri, gözəl işləri daima yaşayır. Bütün həqiqətlər, bütün ədalətli işlər bizə qarşı gələn yoldadır, biz onların səslərini eşidirik.
Belə qəbul edək ki, biz öz məşhur adamlarımızı dəfn edirik və onları tərk edirik və gələcəyə tərəf dönürük, onlarla həm sağollaşır, həm də salamlaşırıq, bu böyük ayrılıqlar bizə böyük dönüşləri vəd edir və düşündürür.
Fransız dilindən tərcümə edən: Əsgər Zeynalov
filologiya elmləri doktoru, professor

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Pol Tomas Anderson və Lars Von Trier
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ