VAQİF OSMANOV - MUMU XOŞBƏXT İDİ, YOXSA GENERAL?
Proza
(Yaşar Bünyadın "Hürməyən küçüyün ariyası" və General" hekayələri "bir küçüyün sərgüzəştləri"ndən danışır)
İ.V.Turgenev "Mumu" povestini az qala 150 il əvvəl, 1852 - ci ildə yazmışdır. Hekayənin mövzusu real həyatın əks etdirib. Anası Varvara Petrovnanın Moskvadakı evində baş verən hadisələri yazıçı təxəyyülünün süzgəcindən keçirib. Malikanədəki Tatyananın sevgisinə cavab verməyə cürəti çatmayan, daha dəqiq desək, dili dönməyən 195 santimetr boyu olan pəhləvan cüssəli, ovucunda bir nərmənazik xanımı gəzdirə biləcək lal - kar süpürgəçi Gerasim ancaq bir neçə sözü tələffüz edə bilirdi, əlbəttə, "sevirəm" sözündən başqa. Gerasimin Mumuya olan qayğısından, daha doğrusu sevgisindən qısqanıb özündən çıxan Tatyana eşikağası Qavrilə əmr edir ki, Mumunu evdən rədd etsin. Başqasına satılan it bir gün keçməmiş geri qayıdanda bu işi Gerasimə həvalə edirlər. Mumunu gedər - gəlməzə aparan Gerasim yolda sevimli itinə ətli şi (borş) alıb onu yedizdirir, sonra da "barışnya"nın əmri ilə bataqlıqda batırır. Malikanəyə qayıdıb özünə məxsus olan şeyləri götürüb doğma kəndinə qayıdır. Orada yaşayır, qadınsız və itsiz. Bu hadisə Gerasimin həyatını və xarakterini dəyişir. O, təhkimçiliyə qarşı barışmaz mübarizə çevrilir.
Bir incə məqam. Gerasimin tələffüz edə bildiyi sözlərdən bir "Mumu" idi. Mumudan ayrılandan sonra o, ətrafındakı insanları görən kimi "Mumu" deyir, yəni Mumunu axtardığnı başa salmağa çalışır. Əslində Gerasimin onu anlamayan nadanlara "Mumu" müraciəti də təbiidir. Anlamayan insan itdən çox da fərqlənmir...
Deyəsən müqəddimə uzun oldu. Keçək əsas mətləbə. Yaşar Bünyadın qəhrəmanı "kefnəqulu" Kərim Gerasimdən fərqli olaraq yeyib - içən, "ürəyi geniş", gözəlləri pulu və dili ilə ovlayan Azərbaycan kişisidir. Onun Generalını İsfəndiyar yaylaqdan gətirmişdi Kərimə. Yazıq görkəmli bu it süddən yanıq idi, heç hürə də bilmirdi, ancaq "mır - mır" mırıldayırdı.
Hadisələri qabaqlayıb təvəzökarlıqdan uzaq olsa da öz "aforizm"imi demək istəyirəm: "Mumu sahibəsinə hürməsiylə bədbəxt olmuşdu, General isə hürə bilməməsiylə". Doğrudan dünyanın qəribə işləri çoxmuş...
Turgenevin, daha dəqiq desək Gerasimin Mumusu ilə Yaşar Bünyadın, yox ey, "kefnəqulu" Kərimin Generalı arasında paralellər - oxşar və fərqli cəhətlər axtaranda milli ruhumuzun özəlliklərini görməmək olmur. Bu yazıçının müşahidə qabiliyyətinin gücündən irəli gəlir. İnanmıram başqa xalqlar komandirinin xatirəsini yaşatmaq üçün itinə General adı versin. Gerasim itini ona görə Mumu çağırır ki, o, başqa sözləri deyə bilmir. Amma Kərim heç özü də dəqiq bilmir ki, o, itinə General adını niyə qoyub? "General" sözü gurultuyla səsləndiyindən, nakam komandirinin ölmüş arzusunu əbədiləşdirmək istəyindən? "Alkaş komandir"i ordudan qovulduğundan general ola bilməmişdi. Bəlkə ona görə itinə General adı qoymuşdu ki, it də komandiri kimi zabitəli, ötkəm olsun? Amma Kərimin bu arzusu ürəyində qalmışdı, iti ancaq mırıldamağı bacarırdı. Amma bilmirik, bu Kərimin komandirinə nifrəti idi, yoxsa simpatiyası?..
Gerasimlə Kərimin oxşar taleyi hər ikisinin tənha olmasıdır. Hər ikisi yanında qocalar demiş, qulaq yoldaşı axtarırdılar, bu da Mumu və General idi. Çünki onlar "bu boyda mülkdə bayquş kimi tək -tənha yaşayırdılar". Onların ən əsas fərqli cəhəti isə Gerasimin lal - kar, Kərimin isə ilanı da yuvadan çıxara biləcək dilinin olmasıdır. Kərim vağzal bufetində işləyən Qalyaları, internetdə tanış olduğu Ceylaları, hətta yataqda əli ögey əzaya toxunanda qorxub üşəndiyi "oğlan" Selenaları "yağlı" dili ilə "bişirə" bilir.
"Kak beşennıy dikar" Kərimdən fərqli olaraq Gerasim məhəbbətini izhar eləyə bilmədiyindən Tatyananın qəzəbinə tuş gəlir, o da qisasını Mumudan alır. Kərim kənddə şəhərli kimi yaşamağın çəmini tapmışdı. Gerasim isə şəhərdə kəndli kimi yaşayırdı.
Gerasimi kənddən şəhərə gətirmişdilər. Kərim isə şəhərdən kəndə qayıdır:
"...Kərim əmin idi ki, şəhərli kimi yaşamaqdan ötəri kənddən köçmək elə də vacib deyil və istəsə şəhər boğanağında itib - batmadan da arzularını reallaşdıra bilər".
Ömrünün qürub çağında "tənhalıqdan mənasız işə baş qoşan - göydəki ulduzları sayan" Kərim bax onda peşman oldu ki,"lal - dinməz bir iti də saxlamağa fərasəti çatmadı". Səhərin alatoranında "evi"inə qayıdan Generalı görəndə Kərim əzizini tapmış kimi itin boynuna sarıldı, "tərli boynunu qucaqladı":
- Ay insafsız, nə mırıldayırsan, hür də, hürr!.. Qoy bütün kənd diksinib ayılsın. Niyə qorxursan hürməkdən? Səni Allah hürmək üçün yaradıb da!..
Tənha insanın arzusunda qeyri - adilik axtarmayaq. Bəxtiyar Vahabzadə poeziyası ilə desək, meşədə aslan da yalqız olmasın.
Yaşar müəllimin Generalla hesabdar Cəbi arasında eynilik tapması da düşündürücüdür, zamanın realığından xəbər verir. Hər ikisi "poslışnı"dı. Ona görə də hesabdar Cəbi "yavaş - yavaş böyüyüb çıxdı nazirliyə". "Külli miqdarda dövlət əmlakının dağıdılmasına şərait yaratdığına görə on il həbs olunanda", quyruğu qapı arasında qalanda dili açılır, hamını "baqaj"a qoyur. Bu da mövqesiz adamın taleyidir. Belə adamlara yazıçı xəbərdarlığıdır.
Hürə bilmədiyinə görə "sən məni bağışla, General" üzrxahlığı ilə Kərim iti ilə "halallaşır", onu bulaq başındakı qovaq ağacına bağlayıb evə qayıdır. Amma Generalla vidalaşmaq elə də asan deyilmiş.Kərim qüruruna sığınıb arxasına baxmasa da fikirləşirdi: "Əziz adamım kimi, yox e, əzizgirami kimi iti öpərdim, hürən dodaqlarından, vallah öpərdim".
Generaldan ayrılandan sonra Kərimin qara günləri başladı, xəstəlik qondu sinəsinə. Kərim ömrünün son anlarında özünü ona yetirən Generalın "adam kimi" ağlamasını görmədi . Artıq canını tapşırmışdı."Canını tapşırmasaydı onsuz da bunu eşidəndən sonra sevincindən ürəyi partlayardı"...
"Çöllü - biyabanda veyillənərkən" təzə sahibinə rast gələn Generalın həyatı tamam dəyişir. Onun "bəxtəvər" günləri başlayır. Amma belə günlərin də ömrü uzun olmur. Təzə sahibinin xanımının ətri Generalın "burnunun dəliklərindəki üfunət ətrini elə qovdu ki", General həyatın xoş ətrindən məst oldu. Evə gətirilən kimi hamama salınıb "köpüklü şampunla çimizdirilən, ayrıca ağ dəsmalla, fenlə qurudulan General gözəl yaşamağın dadını çıxarırdı. Artıq ondan gül iyi gəlirdi, it iyi yox". Sahibindən fərqli olaraq sahibəsinin əliaçıqlığı, boynunu, çənəsini, belini oxşaması, hətta onu öpüb qucaqlaması Generala ləzzət edirdi. Generalda gənc və gözəl sahibəsinə sevgi yaranırdı. Bircə sahibəsi ilə "sevgi roman"ı yaşayan oğlanın hərəkətləri itin qanını qara edirdi, o, "qovrula - qovrula" qalırdı, oğlandan zəhləsi gedirdi.
Xanımla oğlanın qırmızı kirəmidli talvarın altındakı divanda Generalı it yerinə də saymayıb qol - boyun olmaları, sevişmələri Generalın xoşuna gəlmədiyindən "Mırrrrr!.. Mırrrrr!.." mırıldaması eşqin ləzzətli gölündə qayğısız üzən xanımın qəzəbinə səbəb olur.Qorxaq aşiq də öz "iş"ini yarımçıq qoyub aradan çıxır. General təkcə öz halına acımırdı, yaşlı bədbəxt sahibinə yazığı gəlirdi. Sahibəsi ilə oğlanın ritmik hərəkətlərinə dözməyən it onların üstündəki örtüyü ağzı ilə tutub dartandan sonra ömründə ilk dəfə ləzzətlə hürməyə başladı: "Ham - ham - hammmmm!" "Zaraza vsyo isportila" deyərək hirslənən sahibə isə üstünü örtməyə belə ehtiyac duymadı".
General it düşüncəsiylə fikirləşdi: "Gözəl yaşayışım burnumdan gələcək".
Mumudan fərqli olaraq General hələ də yaşayır, gözəl həyatına "əlvida" deyib öz it həyatını sürür.
Suda batırılan Mumu bədbəxt idi, yoxsa General? Yaxud General xoşbəxt idimi? Bu günkü çirkaba bulaşmış cəmiyyətin iyrənc əməllərini, qaydasız işləklərini, xəyanətləri, ikrah doğuran eyş - işrətləri görən General bədbəxtlərin ən bədbəxtidir. Mumu bəlkə də xoşbəxt idi. Belə eybəcərlikləri az görmüşdü.. Yəqin ki, çox yaşasaydı çox görərdi. Bəxti onda gətirmişdi...
Bəlkə də çox yaşamaq özü bədbəxtlikdir...
Anlamaq da...

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azan gəmilər limanına yan alarkən - Azad Müzəffərli